Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1087/2022 04.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14180 manat pulun və 130 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, onunla Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixdə 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona yaş tütün verməyi, o isə aldığı yaş tütünün dəyərini Cavabdeh ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən Cavabdeh onun tərəfindən ilkin ödəniş (avans) həyata keçirildikdən sonra 30 (otuz) təqvim günü ərzində yaş tütünü ona verməyi öz öhdəsinə götürmüşdür. Göstərmişdir ki, Cavabdeh ilə aralarında qeyd edilən müqavilə bağlandıqdan sonra onun tərəfindən 20 yanvar 2021-ci il tarixdə 760 manat, 01 fevral 2021-ci il tarixdə 2000 manat, 20 fevral 2021-ci il tarixdə 500 manat, 10 mart 2021-ci il tarixdə 300 manat, 03 aprel 2021ci il tarixdə 1000 manat, 28 aprel 2021-ci il tarixdə 1160 manat, 10 may 2021-ci il tarixdə 1000 manat, 15 may 2021-ci il tarixdə 1660 manat, 24 may 2021-ci il tarixdə 1000 manat, 05 iyun 2021-ci il tarixdə 500 manat, 09 iyun 2021-ci il tarixdə 1000 manat, 23 iyun 2021-ci il tarixdə 1500 manat, 28 iyun 2021-ci il tarixdə 1100 manat və 04 iyul 2021-ci il tarixdə 700 manat olmaqla, ümumilikdə 14180 manat məbləğində pul Cavabdeh əvvəlcədən (avans) verilmişdir. Hər dəfə Cavabdeh tərəfindən qeyd edilən pul məbləğləri götürüldükdə, Cavabdeh tərtib edilmiş avans cədvəlində aldığı pul məbləğinin qarşısında imza etmişdir. Lakin, Cavabdeh ondan aldığı 14180 manat pulun müqabilində üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, ona hər hansı çəkidə yaş tütün verməmiş və aldığı puldan hər hansı bir məbləğ qaytarmamışdır. Buna görə də Cavabdeh tərəfindən hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməli olmuşdur. Tütün məhsulunun təhvil verilmə vaxtı çatdıqda cavabdeh avans aldığı pulla yetişdirdiyi tütünü ona verməmişdir. Cavabdehdən dəfələrlə yaş tütünü və yaxud da avans kimi vermiş olduğu 14180 manat pulun geri qaytarılmasını tələb etsə də cavabdeh bu günədək nə öhdəlik kimi üzərinə götürdüyü tütünü ona təhvil vermiş nə də ki, avans kimi almış olduğu 14180 manat pulu ona qaytarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddiaya qarşı hər hansı etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, Şəki rayonu Cumakənd kəndi ərazisində iddiaçıya məxsus yanacaq doldurma məntəqəsi vardır. O, həmin yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. Bildirmişdir ki, İddiaçı fərdi qaydada sahibkarlıqla məşğul olmaqla tütün, taxıl məhsulları alıb satır. Onların İddiaçı ilə Cavabdeh arasında yaş tütün alqı-satqı müqaviləsi imzaladıqlarından məlumatı olmuşdur. Belə ki, həmin müqavilə əsasında Cavabdeh Namik müəllimə yaş tütün verməli idi. Buna görə də Namik müəllim onlara tapşırmışdır ki, Cavabdeh avtomobilinə yanacaq doldursunlar. Bildirmişdir ki, onlar Cavabdeh avtomobilinə doldurduqları yanacağın pulunu almamışlar, həmin yanacağın pulunu Namik müəllim ödəmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 və X2 şahid qismində dindirilmiş X4 məhkəmə iclasında vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunlu ifadə vermişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan 11 yanvar 2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləs əsasında Cavabdeh yaş tütünü İddiaçı satmışdır. Malın qiyməti və miqadarı yaş tütünün hər miqdarı üçün 0-22 manat müəyyənləşmişdir. İşdə olan avans cədvəlindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə 760 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1160 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1660 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 700 manat məbləğdə ödənişlər etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(117)-337/2022 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 14180 manat pulun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Şəki Kommersiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(117)-364/2022 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 14180 manat pulun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İşin araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli, 01 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıya yaş tütün satmağı, iddiaçı yaş tütünün hər kq-ı üçün 0-22 manat olmaqla aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlə aralarında olan avans cədvələ əsasən aldığı yaş tütün üçün cavabdehə xx.xx.2021-ci il tarixdə 760 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1160 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1660 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 700 manat məbləğdə ödənişlər etmişdir. Lakin Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, iddiaçı aldığı pulun dəyərində yaş tütün verməmiş və iddiaçıdan aldığı pullarıda geri qaytarmamışdır. İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Həmçinin məhkəmə tərəfindən Cavabdeh ünvanlanmış 14 iyun 2022-ci il tarixli, 2(075)-1087/2022 saylı və təkrar olaraq 07 iyul 2022-ci il tarixli bildirişdə ona 11 yanvar 2021-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə və ödənilmiş pul məbləğlərini əks etdirən avans cədvəlinə münasibət bildirməsi onun diqqətinə çatdırılmış, lakin o, iddiaya və ona göndərilmiş 11 yanvar 2021-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə və ödənilmiş pul məbləğlərini əks etdirən avans cədvəlinə hər hansı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə alqı-satqı müqaviləsinin və borc münasibətlərindən irəli gələn normaların müddəaları tətbiq edilməlidir. Belə ki, MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsi üzrə verilmiş pulun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Bundan başqa öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, alqı-satqı müqaviləsi üzrə verilmiş pulun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında yaş tütünün yetişdirilməsi və cavabdeh tərəfindən həmin tütünün iddiaçıya satması ilə bağlı razılaşma olmuşdur. İddiaçı tütünün yetişdirilməsi ilə bağlı cavabdehə əvvəlcədən avans kimi 14180 manat pul ödənişi etmişdir. Lakin cavabdeh öhdəlik kimi üzərinə götürdüyü tütünü ona təhvil vermiş nə də ki, avans kimi almış olduğu 14180 manat pulu iddiaçıya geri qaytarmamışdır. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək Cavabdeh 14180 manat pul və 130 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 14180 (on dörd min yüz səksən) manat pul və 130 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1087/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1087/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver