Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1088/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1524/2020 saylı qətnaməsi ilə Cavabdeh övladları 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi, cavabdehlə birgə nikahlarından anadan olan övladı 24 dekabr 2010-cu il təvəllüdlü X1 18 yaşına çatanadək himayəsində saxlanması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi və artırmanın məhkəməyə müraciət edildiyi gündən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1524/2020 saylı qətnaməsi ilə Cavabdeh övladları 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrimə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi, bu artırmanın məhkəməyə müraciət edildiyi gündən hesablanması. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli, 2(075)-1611/2012 nömrəli qətnaməsinə əsasən onunla cavabdeh arasındakı rəsmi nikah pozulmuş, övladları 24 dekabr 2010-cu il təvəllüdlü Nuranənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O alimentin məbləği ilə razılaşmadığı üçün yenidən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(075)-1185/2016 saylı qətnaməsinə əsasən həmin alimentin miqdarı 85 manata qaldırlımışdır. Bundan sonra, 2020-ci ildə o alimentin yenidən artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1524/2020 saylı qətnaməsi ilə alimentin miqdarını qaldıraraq 140 manat məbləğində təyin etmişdir. Məhkəmə tərəfindən alimentin təyin edilən zaman həmin ilin yaşayış minimumu üzrə aliment hesablanaraq təyin edilmişdir. Müəyyən edilən bu aliment hazırki şəraitdə övladının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Övladı təhsil aldığı üçün onun əlavə xərcləri yaranır və bu xərcləri hazırda müəyyənləşmiş aliment məbləği ilə ödəmək mümkün olmur. Aliment məbləğinin təyin edilməsindən artıq 4 il müddət keçmişdir. Bu zaman müddətində isə bir çox məhsulların qiymətində bahalaşmalar olmuşdur. Bu da hazırda uşağın müəyyənləşmiş alimentlə saxlanmasında çətinlik yaradır. Cavabdeh övladlarının saxlanması üçün əlavə heç bir yardım göstərmir. Buna görə də hazırda aliment məbləğinin artırılmasına ehtiyac yaranmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-1611/2012 saylı, 03 dekabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02 oktyabr 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 370 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 24 dekabr 2010-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 50 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəli 11 sentyabr 2012-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(075)-1185/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan uşaqları – 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 85 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-1524/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan uşaqları – 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 140 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 588846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. 15 fevral 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00088 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X2 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1524/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1088/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1088/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver