Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1092/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəriyəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qaytarılmalı olan 1600 manat borcun, 1600 manat borcun bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 1600 manatın və ödənilmiş 62 manat dövlət rüsumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh 12 avqust 2020-ci il tarixdə 1600 manat borc pul vermişdir. Sonuncu dəfə Cavabdeh həmin borcunu 15 mart 2023-cü il tarixdə qaytaracağına söz vermişdir. Bununla bağlı Cavabdeh 13 mart 2023-cü il tarixdə iltizam yazmışdır. Lakin cavabdeh ona borcundan bu günədək ödəniş etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ona pula ehtiyyacının olduğunu bildirmiş, ondan borca 1600 manat pul istəmişdir. O da cavabdehə 1600 manat borc pul vermişdir. Bildirmişdir ki, o, cavabdehdən dəfələrlə ondan aldığı borcunu qaytarmasını bildirsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Cavabdeh hər dəfə onunla rastlaşdıqda borcunu yaxın zamanda qaytaracağını bildirsə də, bu günədək qaytarmamışdır. Göstərmişdir ki, cavabdeh ona olan borcunu qaytarmaması səbəbli ona maddi zərər də vurmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış 13 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə həyat yoldaşı rəhmətə gedən vaxt pula ehtiyyacı olduğu üçün həmkəndlisi İddiaçı 1600 manat borc almış və bu günədək qaytarmamışdır. xx.xx.2023-cü il tarixədək borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh 1600 manat borc pul vermişdir. Bildirişə əsasən İddiaçı Cavabdeh aralarında bağlanmış müqavilə üzrə öhdəlikləri 5 gün müddətində icra etməyini xahiş etmiş, əks hal “borc və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 81 saylı arayışdan görünür ki, Cavabdeh Şəki rayonu Bolludərə kəndində qeydiyyatda olmaqla yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iclasında iddiaçının izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün 12 avqust 2020-ci il tarixdə İddiaçı 1600 (bir min altı yüz) manat borc pul götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 1600 (bir min altı yüz) manat pulu 15 mart 2023-cü il tarixində qaytaracağı barədə qəbz yazsa da, borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfindən yazılmış iddiaçı tərəfindən cavabdehə 1600 manat borc pulun yazılması barədə qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbinin 1600 manat əldən çıxmış fayda hissəsinə münasibət bildirərək hesab edir ki, bununla bağlı hər hansı razılaşma olmadığından, iddiaçının pulu geri tələb etmə müddətindən elə də uzun müddət keçmədiyindən, həmçinin iddiaçı tərəfindən məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissələrdə qanuni və ədalətli əsaslı hesab edilə bilməz. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi 1600 (bir min altı yüz) manat əsas borc və 62 (altmış iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 1600 (bir min altı yüz) manat əsas borc və 62 (altmış iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1092/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1092/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver