Məhkəmə qərarları › İş №e-2(075)-1099/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1099/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1099/2022 07.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh X2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 51 manat əsas, 7.6 manat cərimə, cəmi 58.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 169.4 manat əsas, 25.4 manatcərimə, cəmi 194.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 manat əsas, 2.7 manat cərimə, cəmi 20.7 manat, ümumilikdə 274.1 manat manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Səttərova (İsmayılova) Gülnar Arif qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə 07 iyul 2022-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Səttərova (İsmayılova) Gülnar Arif qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X5 8” markalı mobil telefona və qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla cəmi 563.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 349.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ” markalı tozsorana görə 6 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 128.5 manat, ümumilikdə üç müqavilə üzrə 1041.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 32.5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 2 manat və üç müqavilə üzrə qalıq qalmış 238.4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirmişdir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu üç müqavilə üzrə 357 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 357 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 35.7 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMCnə olan borcu xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 51 manat əsas, 7.6 manat cərimə, cəmi 58.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 manat əsas, 2.7 manat cərimə, cəmi 20.7 manat,ümumilikdə borcu hər üç müavilə üzrə 274.1 manat təşkil etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış 02 iyul 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 563.53 manat olan X5 8 markalı 1 ədəd mobil telefon və bir ədəd qulaqçıq əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəməyi (18 ay X 32.00 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 349,6 manat olan Samsung A025 markalı 1 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 30 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış 21 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 128,5 manat olan Xiaomi markalı 1 ədəd tozsoran əldə etmiş, borc məbləğini 06 ay müddətinə ödəməyi (6 ay X 22 manat + 0.50 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, X3 götürdüyü mobil telefonun və qulaqcığın dəyərini hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 10 mart 2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, X3 götürdüyü Samsung A025 markalı mobil telefonun dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 21 may 2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, X3 götürdüyü Xiaomi markalı 1 ədəd tozsoranın dəyərini hər ay hissə-hissə ödəməklə 06 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında bаğlаnmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X5 8” markalı mobil telefona və qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla cəmi 563.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “SAMSUNG A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 349.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ” markalı tozsorana görə 6 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 128.5 manat, ümumilikdə üç müqavilə üzrə 1041.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini cavabdeh X1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək 02 iyul 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 51 manat əsas, 7.6 manat cərimə borcu olmaqla, cəmi 58.6 manat borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 169.4 manat əsas, 25.4 manat cərimə borcu olmaqla, cəmi 194.8 manat borc, 21 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 18 manat əsas, 2.7 manat cərimə borcu olmaqla, cəmi 20.7 manat borc, ümumilikdə 274 manat borc və 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 51 manat əsas, 7.6 manat cərimə, cəmi 58.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 manat əsas, 2.7 manat cərimə, cəmi 20.7 manat, ümumilikdə 274.1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Səttərova (İsmayılova) Gülnar Arif qızından tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar