Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1104/2023 01.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 195 (bir yüz doxsan beş) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 215 (iki yüz on beş) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, o, İddiaçı uzun müddətdir ki, “Home Gallery” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fərdi sahibkar kimi Azərbaycan Respublikası Qanunları və nizamnamə əsasında fəaliyyət göstərərək, məişət avadanlıqlarının nağd və kreditlə satışı ilə məşğul olur. Şəxslərə hər hansı avadanlıq kreditlə satıldığı zaman onlarla mağaza arasında kreditsatış müqaviləsi bağlanır. Bundan sonra avadanlıq alıcıya təqdim edilir. Kredit-satış müqaviləsinin 7-ci bəndinə əsasən, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər. Borclu Cavabdeh ilə “Home Gallery” mağazası arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli kredit-satış müqaviləsinə əsasən onların mağazadan borclu Cavabdeh dəyəri 650 manat olan “Samsung” markalı 1 ədəd paltaryuyan verilmişdir. Borclu qeyd edilən malın dəyərindən 65 manat məbləğində ilkin ödəniş etmişdir. Bundan sonra ödəniş cədvəlinə əsasən o, mağazaya 9 ay müddətində, hər ay 65 manat məbləğində ödəniş etməli olmuşdur. Lakin borclu Cavabdeh kredit-satış müqaviləsi üzrə cəmi 455 manat məbləğində ödəniş etdikdən sonra qalan borcunu ödəməmiş və öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Hazırda borclu Cavabdeh “Home Gallery” mağazasına kredit-satış müqaviləsi üzrə 195 manat məbləğində borcu qalmışdır. Borcluya dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bunun nəticəsində mağazalarına borclu tərəfindən maddi zərər dəymişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə borcluya pretenziya məktubu göndərilmiş və qeyd edilən müddət ərzində borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu yenə də ödəməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 195 (bir yüz doxsan beş) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 215 (iki yüz on beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 195 (bir yüz doxsan beş) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 215 (iki yüz on beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 01 iyun 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:10-da qurtardı. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1104/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1104/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver