Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1120/2024 21.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Cavabdeh etibarnamə üzrə nümayəndəsi Əhmədov Zabit Hüseyn oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat əsas kredit borcu, 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat kreditdən istifadəyə görə faiz borcu və 53.53 (əlli üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla,cəmi 11388.96 (on bir min üç yüz səksən səkkiz manat doxsan altı qəpik) manat və iddianın verilməsi üçün ödənilmiş 124.17 (bir yüz iyirmi dörd manat on yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, 43050***- *******02L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2033-cü il tarixədək 50000.00 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 15.50 % ödəmək şərti ilə aldığı 13000.00 (on üç min) manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 05-dək ayda 453.91 (dörd yüz əlli üç manat doxsan bir qəpik) manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat, faizlər üzrə 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat, cərimə borcu üzrə 53.53 (əlli üç manmat əlli üç qəpik) manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Əhmədov Zabit Hüseyn oğlu izahat verərək bildirdi ki, Cavabdeh onun oğludur. Əvvəllər hərbiçi işləyirdi. İşlədiyi müddətdə kredit üzrə banka ödəniş edib. Sonradan aldığı kəllə beyin travması nəticəsində ordu sıralarından tərxis olunmuşdur. Hal-hazırda işləmədiyi üçün ödəyə bilmir. İddianı qəbul edir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 43050***-*******02L saylı Əsas kredit razılaşmasından görünür ki, Cavabdeh 120 ay müddətinə illik faiz dərəcəsi 15.50 % olmaqla 50000.00 (əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-nə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat əsas kredit borcu, 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat kreditdən istifadəyə görə faiz borcu və 53.53 (əlli üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla,cəmi 11388.96 (on bir min üç yüz səksən səkkiz manat doxsan altı qəpik) manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 43050***-*******02L saylı Əsas kredit razılaşmasına əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1, 472.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat əsas kredit borcu, 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat kreditdən istifadəyə görə faiz borcu və 53.53 (əlli üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla,cəmi 11388.96 (on bir min üç yüz səksən səkkiz manat doxsan altı qəpik) manat və iddianın verilməsi üçün ödənilmiş 124.17 (bir yüz iyirmi dörd manat on yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat əsas kredit borcu, 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat kreditdən istifadəyə görə faiz borcu və 53.53 (əlli üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 11388.96 (on bir min üç yüz səksən səkkiz manat doxsan altı qəpik) manat və iddianın verilməsi üçün ödənilmiş 124.17 (bir yüz iyirmi dörd manat on yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1120/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1120/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver