Məhkəmə qərarları › İş №e-2(075)-1122/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1122/2023

19.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1122/2023 19.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin şəxsi vəsaiti hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Zunud kəndinin giriş hissəsində yerləşən tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonunun, Zunud kəndinin giriş hissəsində yerləşən yeməkxana ona məxsus olmuşdur. 2007-ci il tarixdə Şəki-Qax magistral yolunun yenidən bərpası ilə əlaqədar ona məxsus olan yeməkxana plana düşdüyünə görə sökülmüş və dəymiş zərərə görə İnçə bələdiyyəsi tərəfindən ona 0.04 hektar torpaq sahəsi ayrılmışdır. 28 iyun 2019-cu il tarixdə qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, 2008-ci ildə həmin torpaq üzərində şəxsi vəsaiti hesabına yeni yeməkxana tikdirmişdir. Bu günə kimi həmin yeməkxana onun tərəfindən idarə olunur və bütün vergiləri də o ödəyir. Lakin iş üzrə cavabdeh, eyni zamanda atası Cavabdeh son 3-4 ay olar ki, onun işinə problemlər yaradır. Belə ki, işlədiyi yeməkxanaya gələrək müştərilərin yanında onu danlayır və həmin yeməkxananın ½ hissəsini Rusiya Federasiyasında yaşayan qardaşı X1 verməsini tələb edir. Halbuki qardaşı Şəfahət Bəlyarovun həmin yeməkxanada heç bir əziyyəti yoxdur və həmin obyektin tikilməsi üçün 1 manat da olsa pul xərcləməmişdir. Dəfələrlə həmin obyektin onun tərəfindən və onun şəxsi vəsaiti hesabına tikildiyini atasına izah etməyə çalışsa da, buna nail ola bilməmişdir. Atası Cavabdeh yalnız öz bildiyini deyərək Şəfahətin də onun qardaşı olduğunu, ona görə də, obyektin yarısının ona düşdüyünü deyərək obyektin yarısını əlindən alımağa çalışır. Halbuki qardaşı Şəfahət uzun illərdir ki, ailəsi ilə birgə Rusiya Federasiyasında işləyir, heç vaxt Azərbaycana qayıdıb yaşamaq fikirləri yoxdur. Həmçinin qardaşının onun obyektinə ehtiyacı da yoxdur. Bu işlə bağlı bir neçə qohum-qardaş atasını yola gətirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli obyekti, o, özü əziyyət çəkərək inşa etdirmişdir. Atası həmin obyektin yarısını əsassız olaraq qardaşına vermək istəyir. Qardaşı isə onun obyektini istəmir. Ona görə də, iddianın təmin olunmasını, mübahisəli obyektin onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli onyekti iddiaçı tiksə də, onun da əməyi olmuşdur. Bunun müqabilində iddiaçıdan 1000-1500 manat məbləğində pul tələb edir ki, mal-qara alsın və öz dolanacağını təmin etsin. Qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş İnçə Bələdiyyəsinin 20 sentyabr 2017-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İnçə Bələdiyyəsinə məxsus ərazidən 400 kv.metr torpaq sahəsinin hərrac yolu ilə sahibkarlıq məqsədi üçün satılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd icra nümayəndəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Şəki-Qax magistral yolunun yenidən bərpası ilə əlaqədar yolun kəndə giriş hissəsində yerləşən İddiaçı məxsus yeməkxana plana düşdüyü üçün sökülmüş və ona bu zərərin qarşılığında bələdiyyə tərəfindən yer ayrılmışdır. İş materiallarına əlavə edilmiş 28 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, İnçə kəndi ərazisindən 0.04 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd icra nümayəndəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 46 nömrəli arayışın surətindən görünür ki, İnçə kəndində yerləşən 0.04 hektar torpaq sahəsində yerləşən yeməkxana 2008-ci ildə İddiaçı vəsaiti hesabına inşa edilmiş və bu gün də həmin yeməkxana İddiaçı istifadəsində olmaqla vergiləri onun tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikintisi aparılmış qeyri-yaşayış (yeməkxana) binasının sənədləşdirilməsi üçün tikintiyə və istismara icazə sənədlərinin verilməsi qanuna uyğun deyil. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddia ərizəsində və məhkəmə iclaslarında İddiaçı Şəki rayonu, Zunud kəndinin giriş hissəsində yerləşən mübahisəli tikilinin (yeməkxananın) onun şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmiş, lakin o, qeyd edilən hallara dair məhkəməyə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, tikilinin yalnız iddiaçının vəsaiti heabına tikilməsi, həmin tikilinin tək sahibi olmaqla, bütün hüquqların ona məxsus olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericilikdən gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı iddia tələbində qeyd etdiyi halları kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının istinad etdiyi hallar iddianı təsdiqləyən zəruri sübut olmamaqla, onun iddiasının əsaslılığına dair şübhələr yaratmış, iddiaçı isə yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin iş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubdan da müəyyən olunur ki, qeyriyaşayış binası (yeməkxana) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla inşa edilmiş, həmin binasının sənədləşdirilməsi üçün tikintiyə və istismara icazə sənədləri verilməmişdir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona borclu olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmiş, irəli sürdüyü həmin iddialarla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisədə iddiaçının hüquqlarının pozulmuş olduğu müəyyən edilməmişdir. Buna görə, iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı tikilinin şəxsi vəsaiti hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar