Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1129/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh və Zamin qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçının xeyrinə 1280 (bir min iki yüz səksən) manat əsas, 540 (beş yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 1820 (bir min səkkiz yüz iyirmi) manat borcun, ödənilmiş 38,20 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, X3 uzun müddətdir ki, «Samsung-22» mağazasında işləyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh və zamin kimi Zamin ilə aralarındada bağlanmış 0312/21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən rəhbəri olduğu mağazadan Cavabdeh ümumi dəyəri 2160 manat olmaqla, 1190 manat məbləğində “SAM.AR09TSHZ” kondinsioner və 970 manat məbləğində “AUX 12” markalı kondinsioner adlı məişət avadanlıqları verilmişdir. Bunun müqabilində Cavabdeh isə 18 ay müddətində həmin məbləği ödəməli, gecikmə olduğu təqdirdə isə hər gecikən gün üçün 3 manat peniya ilə birlikdə ödəməli idi. Lakin Cavabdeh tərəfindən kreditin ödənişi lazımi qaydada ödənilməmiş və o, öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehin hazırda 1280 manat məbləğində əsas borcu və 540 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1820 manat məbləğində borcu vardır. Cavabdehə dəfələrlə xəbardarlıqların edilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bunun nəticəsində mağazaya cavabdeh tərəfindən zərər dəymişdir. Mağazanın məsələnin məhkəmədənkənar həll edilməsi təşəbbüsünə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Artıq hüquqları pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı Cavabdehə qarşı hazırkı iddia tələbinin 540 (beş yüz qırx) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimənin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1280 (bir min iki yüz səksən) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1380 (min üç yüz səksən) manat borc, ödənilmiş 38,20 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq iddiaçı X2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1280 (bir min iki yüz səksən) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1380 (min üç yüz səksən) manat borc, ödənilmiş 38,20 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 10 iyul 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı X1 cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:10-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:20-də qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1129/2024 10 iyul 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1280 (bir min iki yüz səksən) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1320 (min üç yüz iyirmi) manat borc, ödənilmiş 38,20 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1129/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1129/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver