Məhkəmə qərarları › İş №e-2(075)-1134/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1134/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1134/2022 14.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2415 manat məbləğində maddi zərərin, qiymətləndirmənin dəyəri olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manatın və ödənilmiş 44,15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Şəki şəhəri, X6 prospekti, ev 96 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum X1nun mülkiyyətindədir. X1 02 mart 2022-ci il tarixdə vəfat etmişdir. Göstərmişdir ki, qeyd edilən evi müxtəlif kurslara verərək gəlir əldə edir. Qeyd edilən evdə təmir işlərinin aparılması zərurəti yarandığından, həmin evi təmir etdirmək qərarına gəlmişdir. Evi təmir etdirmək üçün tanışları vasitəsilə usta axtardıqda Cavabdeh mobil telefon nömrəsini ona vermişlər. Buna görə də cavabdehə zəng vuraraq təxminən 2021-ci ilin dekabr ayının əvvəli rəngsaz ustası Cavabdeh ilə evin təmir edilməsi barədə danışmışdır. Bundan sonra Cavabdeh gəlib evə baxmış və təmir üçün lazım olan materialları almasını bildirmişdir. Onlar bir yerdə gedərək həmin materialları almışlar. Cavabdeh 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi evlərində təmir işlərini aparmışdır. Onların evində 303.10 kv.m sahəyə şpaklovka, astar, üzlük və emosya vuraraq rəngsaz işləri aparmış, evlərinin divarlarını yenidən boyamışdır. Bildirmişdir ki, hələ evdə təmir işləri gedən zaman təmir edilmiş divarlardan birinin rəngi qoparaq tökülməyə başlamışdır. Bu zaman Cavabdeh evlərinin digər divarlarını təmir etmişdir. Əfqan onların evində tək başına işləmişdir. Evlərində təmir işlərinin aparılması üçün o, usta pulu, material pulu və digər xərclər olmaqla evin təmirinə cəmi 2415,55 manat pul xərcləmişdir. Cavabdehə zəhmət haqqı olaraq 1200 manat məbləğində pul vermişdir. Bildirmişdir ki, mərhum atasından miras qalmış ev həyət evidir və X6 prospektində yerləşir. O, həmin evi kurslara icarəyə vermək istəyir. Buna görə də, evi təmir etdirmişdir. Lakin təmirdən bir müddət sonra evin divarlarından emusya və əhəng qopmağa başlamışdır. Cavabdeh evdə təmir işləri aparan zaman ona yaş şpaklovkanın üzərinə vurulan emusyanın tökülməsini bildirməmişdir. Evləri hal-hazırda tamamilə yararsız hala düşmüşdür. Ona görə də o, usta Cavabdeh evə dəvət edərək ona gördüyü işlərin yararsız hala gəldiyini bildirərək ya yenidən öz hesabına material alaraq evlərini yenidən təmir etməsini, ya da ona dəymiş 2415,55 manat pulun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək hal-hazıradək pulunu verməkdən imtina etmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, 2007-ci ildən bəri ev təmiri ilə məşğul olur. Bildirmişdir ki, 2021-ci ilin dekabr ayında İddiaçı ona zəng edərək evini təmir etdirmək istədiyini bildirmişdir. O, iddiaçıya məxsus evdə təmir işlərinin aparılması üçün həmin evə getmiş və təmir üçün lazım olan materialları iddiaçıya bildirmişdir. Onlar bir yerdə gedərək təmir üçün lazım olan materialları almışlar. İddiaçı onun dediyi materialları almışdır. Bildiyinə görə iddiaçı materiallara cəmisi 800 manat pul vermişdir. Bildirmişdir ki, o, iddiaçıya məxsus olan fərd yaşayış evində 2021-ci ilin dekabr ayının əvvəllində təmir işlərinə bağlamış və 2022-ci ilin yanvar ayının ortalarında bitirmişdir. Təxminən 300 kv.m sahəyə şpavlovka, astar, üzlük və emusiya vurmuşdur. Zəhmət haqqı olan İddiaçı ilə 1200 manata razılaşmışlar. İddiaçı təmir pullarını hissə-hissə olaraq vermişdir. Təmir işləri başa çatandan sonra pulun hamısını almışdır. Yanvar ayının ortalarına kimi evin divarlarında qopma, tökülmə olmamışdır. Lakin təmir gedə-gedə divarın bəzi yerlərində qabarmalar və qopmalar baş vermişdir. Qopmalar təmir işləri başa çatdıqdan sonra daha da artmışdır. Bildirmişdir ki, emosiya vurandan dərhal sonra, evin bəzi yerlərində qabarmalar baş vermişdir. Qabarmalar divar olan yerlərdə və bəziləri isə divarın dik olan yerlərində baş vermişdir. Təmir bitəndən təxminən 2-5 gün keçəndən sonra İddiaçı ona zəng edərək evin divarlarında qopan yerlərin olduğunu bildirmişdir. O, evə getdikdə görmüşdür ki, təmir etdiyi divarların bir çox yerlərində qopmalar və qabarmalar var. Qopmalar həmi iri, həm də xırda olmuşdur. Bildirmişdir ki, divarda baş verən qopmaların səbəbi şpaklovka qurumamışdan onun üzərindən emosyanın vurulması olmuşdur. Belə ki, iddiaçı onu evi təhvil verməsinə tələsdirmişdir. O təmir işləri gedən zaman Paşaya yaş şpaklovkanın üzərindən vurulan emosyanın qopmasını bildirsə də, Paşa onu tələsdirmiş, evi tez təhvil verməsini bildirmişdir. Çünki o, evi kurslara icarəyə vermək istəmişdir. O, həm Paşanın onu tələsdirdiyinə görə, həm də özünün pula ehtiyyacı olduğu üçün şpaklovka qurumamışdan emosiyanı vurmuşdur. Göstərmişdir ki, yaş şpavlovkanın üzərindən emosiya vurulduqda onun atmasını, yəni divarda qopma və qabarma olmasını bilmişdir. Lakin iddiaçı bunu etməyə onu məcbur etmişdir. İddianı qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 may 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X6 prospekti, ev 96 ünvanında 0.1533 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 134,8 kv.m yaşayış, 102,6 kv.m köməkçi sahədən ibarət 96 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “Kristal MM”-nin 31 mart 2022-ci il tarixli, 1101/22 saylı qiymətləndirilməsinə dair rəyindən görünür ki, “Kristal MM” şirkətinin ekspertləri tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində dəymiş zərərin dəyərini müəyyən etmək üçün qiymətləndirmə işləri həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hessablamalarda mütəxəsisləri tərəfindən, təmir işləri aparılmış tikiliyə baxış keçirilmiş, İddiaçı tərəfindən təmir zamanı çəkilmiş foto materiallarla, sənədlərlə tanış olmuş və dəymiş zərərin bazar qiyməti araşdırılaraq, xüsusi olaraq əldə edilmiş bazardakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından istifadə olunmaqla dəymiş zərərin xx.xx.2021-ci il tarixinə olan təqribi dəyəri 2415 (iki min dörd yüz on beş) manat təşkil edir. İş materiallarında olan elektron qaydada təqdim edilmiş, Şəki şəhər İHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 08 aprel 2022-ci il tarixli, 02 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İşdə olan ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı təmir işləri üçün lazımi olan materiallara cəmi 835,60 manat məbləğində pul ödəmişdir. İşdə olan ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı təmir işləri üçün lazımi olan materiallara cəmi 1104,60 manat məbləğində pul ödəmişdir. İşdə olan 31 mart 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı zərərin qiymətləndirilməsi üçün 300 manat məbləğində pul ödəmişdir. İşdə olan təmir işlərinin otaqlar üzrə sahəsinin qiymətləndirilməsindən görünür ki, 181,86 manat yuyucu maddə, 848,68 manat əhəng astar, 403,12 manat əhəng üz, 666,82 manat emulsiyanın qiymətləndirilməsi olmaqla, təmir sahəsinə işlənmiş mal və materialların zəhmət haqqı ilə birlikdə cəmi məbləği 2100,48 manat, ümumilikdə isə təmir işlərinin aparılması cəmi 2415,55 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinin təmir işlərini Cavabdeh həvalə etmişdir. Təmir işlərinin aparılması üçün 1200 manat zəhmət haqqı olmaqla, təmir üçün laım olan materiallarla birgə 2415 manat məbləğində pul vəsaiti xərcləmişdir. Lakin təmirdən sonra fərdi yaşayış evinin divarlarında qabarmalar və qopuqlar əmələ gəlməyə başlamışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı fərdi yaşayış evini cavabdehə həvalə edərək təmir etməsini tapşırmışdır. Cavabdeh tapşırığın icrasını təmin edərək evi təmir etsə də, təmir vaxtı və təmirdən sonra evin divarlarında qopmalar və qabarmalar başlamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, lakin Cavabdeh şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməmiş və ona həvalə edilmiş işi kifayət qədər vicdanla icra etməməsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, hələ qurumamış, şpaklovka vurulmuş yaş divarın üzərinə emusiya çəkməsi zamanı divarda qabarma və qopuqlar yarana biləcəyini əvvəlcədən bilsə də deməsinə görə iddiaçının təkidi ilə yaş divar üzərinə emusiya vurmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən ona “hələ qurumamış, şpaklovka vurulmuş yaş divarın üzərinə emusiya çəkməsi zamanı divarda qabarma və qopuqlar yarana biləcəyi” barədə məlumat verilməməsini demişdir. Əksinə cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, “həm Paşanın onu tələsdirdiyinə görə, həm də özünün pula ehtiyyacı olduğu üçün şpaklovka qurumamışdan yaş divar üzərinə emusiya vurmuşdur. Odur ki, İddiaçı vurulmuş maddi zərərin əvəzini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı vurulmuş 2415 manat məbləğində maddi zərər, qiymətləndirilmənin aparılması üçün "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində pul vəsaiti və ödənilmiş 44,15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan məbləği olan 2415 manat, ödənilmiş 300 manat məbləğində qiymətləndirilmə xərci və 44,15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar