Məhkəmə qərarları › İş №e-2(075)-1134/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1134/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1134/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı X4 və etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(075)-851/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə verilməsinə və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 avqust 2019-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X8 adlı övladları olmuşdur. Ailə qurandan sonra cavabdeh daima onu döymüş ona qarşı məişət zoraçılığı həyata keçirmişdir. Şəki Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(075)-851/2023 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 30 avqust 2019-cu il tarixdə bağlanmış 95 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 19 yanvar 2023- cü il tarixli barışıq sazişinə əsəsən 15 iyun 2020-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində və yanında saxlanılmasının nəzərə alınması, Cavabdeh 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı verilməsi, aliment tutulmasının əvvəlinin 07 aprel 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırki şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Oğlu günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, övladları X5 anadangəlmə allergiya xəstəliyi var. Bu səbəbdən onun qida, dərman və müalicəsi üçün əlavə vəsaitə də ehtiyac olur. Tək başına bu ehtiyacları qarşılaya bilmir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, hal-hazırda uşağın ehtiyacları üçün özünün də maddi dəstək olduğunu və gələcəkdə də dəstək olacaqdır. Gələcək zamanlarda qızının çətinlik çəkməməsi üçün aliment məbləğinin artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, məhkəmənin qərarı ilə təyin olunmuş 170 manat məbləğində alimenti mütəmadi olaraq vaxtı-vaxtında ödəmişdir. Lakin valideynlərinin xəstə olması və onlara özünün baxması səbəbindən alimentin məbləğinin artırılacağı təqdirdə ödəniş etməkdə çətinlik çəkəcəkdir. Bütün bünları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-851/2023 saylı, 03 may 2023-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30 avqust 2019-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 95 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 19 yanvar 2023-cü il tarixli barışıq sazişinə əsəsən 15 iyun 2020ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində və yanında saxlanılması nəzərə alınması, 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay üçün sabit pul məbləğində 170 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının əvvəli 07 aprel 2023-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2023-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 iyun 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, AZ-İ 441167 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən 03 may 2023-cü il tarixdə xitam verilmişdir. 08 yanvar 2024-cü il tarixli, MŞŞ/MT018/2023-03070 nömrəli nömrəli X7 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X7 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X7 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, X1 Şəki Rayon Məhkəməsinin 2(075)-851/2021 saylı, 03 may 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X1 xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq X2 ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X7 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X7 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan X7 çəkilən 60 (altmış) manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq X2 ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh mediasiya xərcinin 60 (altmış) manatı tutularaq iddiaçı X2 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar