Məhkəmə qərarları › İş №e-2(075)-114/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-114/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-114/2024 18.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 BOKT "xxxx" MMC-nin xeyrinə 536.95 manat əsas borc, 6.45 manat faiz borcu və 0.51 manat cərimə borcu olmaqla cəmi 543.91 manat borcun, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 31 oktyabr 2021-ci il tarixdə vəfat etdiyi üçün Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(075)-114/2024 qərardadı ilə iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinin Cavabdeh2 aid olan hissəsi üzrə üzrə icraata xitam verilmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 3859/7 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 742.66 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3859/7 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 742.66 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 742.66 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (“Kredit üzrə ödəniş cədvəli”) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 3859/7 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X4 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 3859/7 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək kredit öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 536.95 manat əsas, 6.45 manat faiz borcu və 0.51 manat cərimə olmaqla cəmi 543.91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli 3859/7 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə illik 1%-dək olmaq şərtilə 742.66 AZN məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 13 dekabr 2019-cu il tarixli 3859/7 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 742.66 manat məbləğdə borcu ona hesablanmış faizlərlə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 13 dekabr 2019-cu il tarixli 3859/7 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-nə 536,95 manat əsas, 6,45 manat faiz, 0,51 manat cərimə olmaqla, cəmi 543,91 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 23 may 2023-cü il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 banka olan 53,92 manat borcunu ödəmələri, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli 3859/7 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1%-dək olmaq şərtilə 742.66 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda bankla Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin, Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Lakin zamin Cavabdeh2 31 oktyabr 2021-ci il tarixdə vəfat etdiyi üçün Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(075)-114/2024 qərardadı ilə iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinin Cavabdeh2 aid olan hissəsi üzrə üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini əsas borclu Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 536.95 manat əsas borc, 6.45 manat faiz borcu və 0.51 manat cərimə borcu olmaqla cəmi 543.91 manat borcun, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 536.95 manat əsas borc, 6.45 manat faiz borcu və 0.51 manat cərimə borcu olmaqla cəmi 543.91 manat borcun, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət xərci tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar