Məhkəmə qərarları › İş №e-2(075)-1144/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1144/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1144/2023 20.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş 08 dekabr 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 15 mart 2013-cü ildə nikahlarını rəsmi qaydada qeyd etditməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08 dekabr 2013-cü il tarixdə Ayla adlı qızı dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən nikahları Şəki Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan dünyaya gəlmiş Ayla Rüstəmlinin onun himayəsinə verilməsi və onun saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bundan sonra müraciəti əsasında Şəki Rayon Məhkəməsinin 12 noyabr 2018ci il tarixli, 2(075)-4115/2018 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkəmizdə hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu 93 manat, 2018-cı ildə 154 manat idi. Hazırda yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırkı yaşayış minimumuna uyğun olaraq aliment məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 dekabr 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(075)-3212/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh 08 dekabr 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçına verilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(075)-4115/2018 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçına verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 120 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 15 mart 2013-cü ildə nikahlarını rəsmi qaydada qeyd etditməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 08 dekabr 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Münasibətləri pisləşdiyindən Şəki Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(075)-3212/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçına verilməsi qət edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(075)-4115/2018 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. İddiaçı, təyin olunmuş aliment məbləğinin uşağın təlabatını ödəmək üçün kifayət etmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçının Şəki Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(075)-4115/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılmaları üçün artan tələbatını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçına ödənilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 manat müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçına ödənilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar