Məhkəmə qərarları › İş №e-2(075)-117/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-117/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-117/2023 22.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1934.63 (bir min doqquz yüz otuz dörd manat, 63 qəpik) AZN əsas borc, 2031.14 (iki min otuz bir manat, 14 qəpik) AZN faiz borcu, 1587,52 (bir min beş yez səksən yeddi manat, 52 qəpik) AZN cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 270 (iki yüz yetmiş) AZN faiz borcu olmaqla cəmi 5823.29 (beş min səkkiz yüz iyirmi üç manat, 29 qəpik) AZN borcun və iş üzrə ödənilmiş 78,24 (yetmiş səkkiz manat, 24 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 004498 saylı Bank Xidmətləri Müqaviləsi üzrə KM014T11170012 hesablı Müqaviləyə əsasən bank müştəriyə Cari borcların bağlanması məqsdəilə illik 29% olmaqla, 24 ay müddətinə 2500 (iki min beş yüz) AZN məbləğində kredit açmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5823.29 (beş min səkkiz yüz iyirmi üç manat, 29 qəpik) AZN təşkil edir. Bundan 1934.63 (bir min doqquz yüz otuz dörd manat, 63 qəpik) AZN əsas, 2031.14 (iki min otuz bir manat, 14 qəpik) AZN faiz, 1587,52 (bir min beş yez səksən yeddi manat, 52 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 270 (iki yüz yetmiş) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********759 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 22 may 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli KM014T11170012 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 24 ay müddətinə, 29 faizlə 2500 manat məbləğində kredit verilmişdir. Lakin iddiaçının hazırki tələbi həqiqəti əks etdirmədiyindən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş və ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hazırda ekspertiza rəyini qəbul edir. Ancaq iddia ərizəsində göstərilən cərimə borcu ilə razı deyil. Cərimə borcunun silinməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra borcunu hissə-hissı ödəyəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli KM014T11170012 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 29% olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 2500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli KM014T11170012 saylı kredit müqaviləsi üzrə 18 avqust 2022-ci il tarixinə 1934,63 manat əsas, 2031,14 manat faiz, 1587,52 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 270 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5823,29 manat məbləğində borc yaranmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 5819,24 manat məbləğində borcunu 3 gün müddətində Ləğv Prosesində olan İddiaçı ASC-nə ödəməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 9/2346 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh Ləğv Prosesində olan İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə 1932,72 manat məbləğində əsas borc, 798,22 manat faiz borcu və müqavilə müddətindən sonra xx.xx.2022-ci il tarixinə illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 266,02 manat məbləğində faiz borcu olmaqla, cəmi 2996,95 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli KM014T11170012 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “DəmirBank'' ASC tərəfindən 24 ay müddətinə, 29 faizlə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı Ləğv prosesində olan “DəmirBank'' ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1587,52 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı Ləğv prosesində olan “DəmirBank'' ASC Cavabdeh 1934.63 AZN əsas borc, 2031.14 AZN faiz borcu, 1587,52 AZN cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 270 AZN faiz borcu olmaqla cəmi 5823.29 AZN borcun və 78,24 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının 20 aprel 2023-cü il tarixli, 9/2346 saylı rəyi ilə Cavabdeh Ləğv prosesində olan “DəmirBank'' ASC-yə olan əsas borcunun 1932,72 manat məbləğində əsas borc, 798,22 manat məbləğində faiz borcu, müqavilə müddətindən sonra xx.xx.2022ci il tarixinə illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 266,02 manat məbləğində faiz borcu olmaqla cəmi 2996,95 manat olması müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “DəmirBank'' ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də ləğv prosesində olan “DəmirBank'' ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 1932.72 manat əsas borc, 798.22 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 266,02 manat faiz borcu olmaqla cəmi 3096,96 manat borc və iş üzrə ödənilmiş 78,24 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 50 manat məbləği Cavabdeh və 50 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1932.72 manat əsas borc, 798.22 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 266,02 manat faiz borcu olmaqla cəmi 3096,96 manat borc və iş üzrə ödənilmiş 78,24 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. 100 manat ekspertiza xərcinin 50 manat məbləği Cavabdeh və 50 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar