Məhkəmə qərarları › İş №e-2(075)-117/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-117/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-117/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" KB-ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB- ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 289nkSHEK/19 saylı kredit müqaviləsi üzrə 213.59 manat əsas və 1.80 manat faiz olmaqla, cəmi 215.39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin vərəsəsi –Cavabdeh alınaraq iddiaç "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 25 avqust 2023-cü il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, 27 oktyabr 2023-cü il tarixdə iş iddia icraatına keçirilmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 21 noyabr 2023-cü il tarixdə keçirilmiş və təxirə salınaraq bu günə, yəni 10 yanvar 2024-cü il tarixə saat 11:20-ə təyin edilmişdir. Lakin 25 dekabr 2023-cü il tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərək, tərəflər arasındaki mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 30.40 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB-ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" KB-ASC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 30.40 manat dövlət rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar