Məhkəmə qərarları › İş №e-2(075)-117/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-117/2025

10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-117/2025 10.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İlk iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli, 2(075)-1281/2011 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq 23 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsi təqdim edərək, oğlu Cavabdeh fəaliyyət qabiliyyətsizliyi 1-ci qrup ömürlük əlil olduğunu nəzərə alaraq alimentin qarşılanmasını ünvanlı sosial yardımla əvəzlənməsi, oğlunun aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mən İddiaçı Cavabdeh ilə 17 oktyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 23 iyul 2009-cu il tarixdə X6 adlı övladı anadan olmuşdur. Bir müddət mehriban yaşaslar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 17 oktyabr 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşağı – 23 iyul 2009-cu il təvəllüdlü X3 anası Həsənova (Babayeva) Rəvanə Elxan qızının himayəsində qalması, Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq 23 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Həsənova (Babayeva) Rəvanə Elxan qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 13 oktyabr 2011-ci il tarixdən hesablanması qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği dəfələrlə artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Oğlu günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhdud fəaliyyət qabiliyyətsiz oğlu Cavabdeh keçmiş gəlini olan İddiaçı ilə rəsmi dövlət qaydasında nikaha girərək ailə qurmuşlar. Birgə nikahda olduqları zaman 23 iyul 2009-cu il tarixdə oğlan övladları dünyaya göz açmışdır. Bir müddət səmimi ailə şəraitində yaşasalar da sonra xasiyyətləri uyğun gəlməyərək aralarında olan nikah 13 oktyabr 2011-ci il tarixli məhkəmənin 2(075)- 1281 nömrəli qətnaməsinə əsasən pozulmuş ve birgə nikahdan olmuş oğlanları Məhəmməd anasının himayəsində saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı verilməsi göstərilsə də uzun illər adıgedən alimentin icra edilməsində Şəki İcra ve Probasiya şöbəsinin hərəkətsizliyi üzündən gecikdirilmişdir. Belə ki, yığılmış borcla birlikdə icra vərəqəsi 2022-ci ildə icra edilməyə başlanılmışdır. Oğlu məhdud fəaliyyət qabiliyyətsiz olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiesi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekpertiza va Reabilitasiya Xidmətinin 17 saylı Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə müddətsiz olaraq ömürlük əlillik təyin edilmiş ve başqasının qulluğuna ehtiyacı olduğu göstərilməklə ayda 470 (dörd yüz yetmiş) manat 1 qrup əlillik pulu kəsilmişdir. 13 oktyabr 2011-ci il tarixli 2(075)-1281 nömrəli qətnaməsində Məhəmmədin yetkinlik yaşına çatanadak saxlanması üçün qət edilmiş 50 (əlli) manat aliment 2022-ci il tarixdə icra edilməyə başlamış va illər üzrə yığılmış alimentin ödənilməsi üçün oğlunun əlillik kartından hər bir ay üçün 50 (əlli) manat aylıq borc olmaqla 85 (səksən beş) manat köhnə borca yönəldilməklə tutulmaqdadır. Bundan başqa 165 manatda hər ay "xxxx" KB ASC-nə müntəzəm pul tutulur. Diaqnoz olaraq Beyin İnfaktının nəticələri-sol yarım kürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez nitq pozğunluğu kimi qiymətləndirilmiş ve ömürlük olaraq 1-ci qrup əlil dərəcəsi təyin edilmişdir. O bir ana olaraq oğlunun həyatda qalması üçün şəxsi mənzilini sataraq onun müayinə va müalicəsinə xərcləmiş, hal-hazırda kirayələrdə qalmışdır. Köhnədən yığılıb qalmış alimentlə bağlı oğlunun əlillik pulundan 50 manat hər ay üçün 85 manat köhnədən yığılmış aliment borcunun ve kreditə görə də 165 manatda "xxxx" KB ASC-nə müntəzəm pul tutulur. Yerdə qalan 170 manata onun dava-dərmanını alıb belə çatdırmaq mümkün deyil. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı hər hansı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdeh X4 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 iyul 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X5r. - Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(075)-1281/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq 23 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Həsənova (Babayeva) Rəvanə Elxan qızına verilməsi qət edilmişdir. - 05 avqust 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01268 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 17 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli elektron sistemdən çıxarışından görünür ki, Cavabdeh ümumi xəstəlik üzrə müddətsiz əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(075)-1281/2011 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 13 ildən çox vaxt keçməsini, ailə qanunvericiliyinə əsasən uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, 23 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 2024-cü il üçün minimum əmək haqqına münasibətdə 0.29 misli həddində müəyyən edilməlidir. Həmçinin, Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsi təqdim edərək, oğlu Cavabdeh fəaliyyət qabiliyyətsizliyi 1-ci qrup ömürlük əlil olduğunu nəzərə alaraq alimentin qarşılanmasını ünvanlı sosial yardımla əvəzlənməsi, oğlunun aliment ödəməkdən azad edilməsi və alimentin ödənilməsini ünvanlı sosial yardımla əvəzlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdehin nümayəndəsi X4 bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(075)-1281/2011 saylı qətnaməsi ilə 23 iyul 2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş 50 manat aliment məbləği artılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində müəyyən edilməli, aliment tutulmasının əvvəli iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(075)-1281/2011 saylı qətnaməsi ilə 23 iyul 2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş 50 manat aliment məbləği artılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar