Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1173/2024 29.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6704.90 (altı min yeddi yüz dörd manat doxsan qəpik) manat əsas məbləğ üzrə, 698.77 (altı yüz doxsan səkkiz manat yetmiş yeddi qəpik) manat faiz və 81 (səksən bir) manat cərimə olmaqla, cəmi 7484.67 (yeddi min dörd yüz səksən dörd manat altmış yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 95.25 (doxsan beş manat iyirmi beş qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 215nkSHEK/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% olmaq şərtilə 7478 (yeddi min dörd yüz yetmiş səkkiz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öztələbinin məhkəmə yolu ilə həlledilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Krediti götürən zaman işləyirdi. Lakin sonradan işdən çıxması və maddi imkanı yaxşı olmamağı səbəbindən ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 215nkSHEK/22 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 60 ay müddətinə illik 18% ödəmək şərti ilə 7478 (yeddi min dörd yüz yetmiş səkkiz) manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X1 götürdüyü 7478 (yeddi min dörd yüz yetmiş səkkiz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 215nkSHEK/22 nömrəli müqaviləyə əsasən "xxxx" X2 Səhmdar Cəmiyyətinə 6704.90 (altı min yeddi yüz dörd manat doxsan qəpik) manat əsas məbləğ üzrə, 698.77 (altı yüz doxsan səkkiz manat yetmiş yeddi qəpik) manat faiz və 81 (səksən bir) manat cərimə olmaqla, cəmi 7484.67 (yeddi min dörd yüz səksən dörd manat altmış yeddi qəpik) manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, xx.xx.2022-ci il tarixli 215nkSHEK/22 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 7478 (yeddi min dörd yüz yetmiş səkkiz) manat manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 6704.90 (altı min yeddi yüz dörd manat doxsan qəpik) manat əsas məbləğ üzrə, 698.77 (altı yüz doxsan səkkiz manat yetmiş yeddi qəpik) manat faiz və 81 (səksən bir) manat cərimə olmaqla, cəmi 7484.67 (yeddi min dörd yüz səksən dörd manat altmış yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 95.25 (doxsan beş manat iyirmi beş qəpik) manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6704.90 (altı min yeddi yüz dörd manat doxsan qəpik) manat əsas məbləğ üzrə, 698.77 (altı yüz doxsan səkkiz manat yetmiş yeddi qəpik) manat faiz və 81 (səksən bir) manat cərimə olmaqla, cəmi 7484.67 (yeddi min dörd yüz səksən dörd manat altmış yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 95.25 (doxsan beş manat iyirmi beş qəpik) manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1173/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1173/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver