Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1184/2024 29.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində alimenin artırılaraq və mediasiya xərci üçün ödənilən 60 manat rüsumun alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 29 may 2024-cü il tarixdə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onunla birgə nikahdan xx.xx.2010-cü il təvəllüdlü X12 adlı uşağı anadan olmuşdur. Cavabdehlə bir müddət səmimi ailə münasibətində yaşasa da, sonradan xasiyyətləri uyğun gəlməmiş, nikahları pozulmuşdur. 28 yanvar 2011ci il tarixdə 2(075)-332/2011 saylı mülki iş üzrə alimentlə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən Cavabdeh aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin hər ay tutulub ödənilməsinə dair məhkəmə əmri çıxarılmışdır. Bir müddət alimentin ödənilmədiyini gördüyü üçün, cavabdeh əvvəllər polis orqanlarında işlədiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdi. xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh X24 Baş İdarəsinin 3-13-28/ Ə(Ş/H) 131/223 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən öz xahişi ilə xidmətdən xaric edildiyi üçün məhkəmə əmrinin icraatı dayandırılmışdır. Beləliklə, alimentin artırılmasına dair iddia ərizəi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh könüllü alimentin ödənilməsi üçün mediasiyaya dəvət olunsa da, gəlməmiş, mediasiya xərci olaraq 60 manat iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. O, bildirdi ki, Cavabdeh onun oğludur. Boşandıqdan sonra yenidən ailə həyatı qurub. Həmin nikahdan onun üç övladı anadan olmuşdur. Uşaqların üçü də məktəblidir. Övlalarından ikisinin səhhəti ilə bağlı problem olduğundan hər ay onların müalicəsi üçün xərcləri çox olur. Alimentin ödənməsinə etiraz etmir. Lakin iddiaçının hal-hazırda tələb etdiyi aliment məbləği olduqca çoxdur. Hər ay 140 manat ödəniş etməyə maddi imkanları çatır. Odur ki, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-332/2011 saylı, 28 yanvar 2011-ci il tarixli alimentin artırılması tələbinə dair məhkəmə əmrindən görünür ki, Cavabdeh aylıq gəlirinin ¼ miqdarında vəsait tutularaq 13 aprel 2010-cu il tarixdə anadan olmuş Səadətin saxlanılması üçün İddiaçı verilməsi və alimentin tutulmasının əvvəli 10 noyabr 2010-cu il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00312 nömrəli X11 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X11 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X11 iştirak etməmişdir. xx.xx.2011-ci il tarixdə Şəki şəhər İH Başçısının Biləcik kənd İcra Nümayəndəliyindən verilmiş AZ-İİ 550653 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2012-ci il tarixli Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 737758 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydlər kitabında 08 № ilə qeyd olunmuş, nikah bağlandıqdan sonra ərə Hüseynov arvada Hüseynova soyadı verilmişdir. xx.xx.2012-ci il tarixli Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 987780 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X13 atası Cavabdeh, anası X3r. xx.xx.2016-cı il tarixli Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 873509 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X8 atası Cavabdeh, anası X3r. xx.xx.2014-cü il tarixli Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 230927 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Meyniman kənd İƏD-üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvləri X6, X14, X15 və X19 olmaqla 5 nəfərdən ibarətdir. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Meyniman kənd İƏD-üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Hüseynov X10 rayon Meyniman kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sisteminin Pensiya haqqında arayışından görünür ki, Cavabdeh aylıq 478.64 manat pensiya alır. DİN Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının Epikriz kağızından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək DİN Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında olmuş və nəticələrə əsasən onda kəllədaxili hipertenziya əlamətləri müşahidə olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-80/2023 saylı, 01 mart 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-80/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bundan başqa cavabdehin hazırda digər nikahdan da üç azyaşlı uşağı olmaqla onların da tələbatı ödənilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X11 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X11 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan X11 çəkilən 60 manat xərcin yarısı 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh mediasiya xərcinin 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1184/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1184/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver