Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1186/2024 25.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun onun və ailə üzvlərinin mülkiyyətində olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 10.1685 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması və onun tərəfindən olan manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində xüsusi mülkiyyət növü üzrə, kənd təsərrüfat təyinatlı, reyestr nömrəsi **********07 olan 10.1685 hektar torpaq sahəsi İddiaçı oğlunun (həmçinin ailə üzvərinin ümumi birgə) adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət resytrində 334 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan əlavə, həmin torpaq sahəsinə xx.xx.2023-cüil tarixdə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən A 954455 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb verilmişdir. Bundan əlavə, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 2768 nömrəli 25 noyabr 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən torpaq sahəsi hazırda İddiaçı oğlunun və ailə üzvərinin mülkiyyətindədir və bununla bağlı notarial əməliyyyat aşkar edilməmişdir. Belə ki, Cavabdeh oğlu qanunsuz olaraq onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 10.1685 ha torpaq sahəsinin bir hissəsini zəbt etmiş və həmin zəbt olunmuş torpaq sahəsindən qanunsuz istifadə edir. Ona dəfələrlə xəbərdar etməyinə baxmayaraq cavabdeh könüllü şəkildə torpağından çıxmaq istəmir, qanunsuz olaraq onun torpaq sahəsində istifadə etməsi və həmin torpaq sahəsində qazanc əldə etməsi mülkiyyətçi kimi onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 10.1685 ha torpaq sahəsi İddiaçı, X2, X4, X5, X1 və X3 ümumi birgə mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin torpaq sahəsinə dair məlumatın verilməsi barədə məktubundan görünür ki, Şəki rayon 2 saylı DNK-nın xx.xx.2005-ci il tarxili, 4Ə-105 saylı müqaviləsi ərazi İdarəsində mövcud olmadığından, torpaq sahəsinin elektron bazasında sürüşmə olduğundan "xxxx" MMC-yə satılmış torpaq sahəsi texniki səhv olaraq İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. Hal-hazırda 8.0 ha torpaq sahəsi "xxxx" MMCnin mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin **********07 reyestr nömrəli torpaq sahəsinin hazırda qüvvədə olubolmamasına dair məlumatın verilməsi barədə məktubundan görünür ki, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli İddiaçı və ailə üzvlərinə məxsus olmuş Şəki rayonu, Qayabaşı kəndində yerləşən torpaq sahəsinə verilmiş dövlət reyestrindən çıxarış hazırda qüvvədə deyil. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* nömrəli çıxarışından görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7.9999 ha torpaq sahəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə həmin şərtlər mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmamışdır. İddiaçının, cavabdehin barəsində iddia tələbində göstərdiyi faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq, iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Mübahisəli torpaq sahəsinə dair iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilsə də, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məktubuna əsasən İddiaçı və ailə üzvlərinə məxsus olmuş Şəki rayonu, Qayabaşı kəndində yerləşən torpaq sahəsinə verilmiş dövlət reyestrindən çıxarış hazırda qüvvədə olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev