Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1189/2024 30.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6232.16 (altı min iki yüz otuz iki manat on altı qəpik) manat əsas, 160.86 (bir yüz altmış manat səksən altı qəpik) manat faiz borcu, 0.85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 6393.87 (altı min üç yüz doxsan üç manat səksən yeddi qəpik) manat borcun, həmçinin 83.94 (səksən üç manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 43040***-*******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə illik 16 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9000 AZN məbləğində sms kredit verilmişdir (sms kredit mətni iş materiallarına əlavə edilmişdir). Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 43FİZAM154170101 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixə 6232.16 (altı min iki yüz otuz iki manat on altı qəpik) manat əsas kredit borcu, 160.86 (bir yüz altmış manat səksən altı qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 0.85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 6393.87 (altı min üç yüz doxsan üç manat səksən yeddi qəpik) manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, İddianı qəbul edir. Krediti evin təmiri üçün götürüb. Əvvəllər borcunu anasının pensiyası ilə ödəyirdi. Anası vəfat etdikdən sonra ödəniş edə bilməmişdir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, Hal-hazırda maddi imkanı yaxşı olmadığından olması səbəbindən ödəyə bilmir. İddianı qəbul edir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 43040***-*******02L saylı Əsas kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 16 % olmaqla 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 43FİZAM154170101 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzini ödəməkdə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh1 İddiaçı ASC-nə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə 6232.16 (altı min iki yüz otuz iki manat on altı qəpik) manat əsas kredit borcu, 247.65 (iki yüz qırx yeddi manat altmış beş qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 25.38 (iyirmi beş manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6505.19 (altı min beş yüz beş manat on doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, X2 və Cavabdeh2 oğluna borcun 3 gün müddətə ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 43040***-*******02L saylı Əsas kredit razılaşmasına əsasən Cavabdeh1 kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1, 472.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6232.16 (altı min iki yüz otuz iki manat on altı qəpik) manat əsas, 160.86 (bir yüz altmış manat səksən altı qəpik) manat faiz borcu, 0.85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 6393.87 (altı min üç yüz doxsan üç manat səksən yeddi qəpik) manat borc və 83.94 (səksən üç manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6232.16 (altı min iki yüz otuz iki manat on altı qəpik) manat əsas, 160.86 (bir yüz altmış manat səksən altı qəpik) manat faiz borcu, 0.85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 6393.87 (altı min üç yüz doxsan üç manat səksən yeddi qəpik) manat borc və 83.94 (səksən üç manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1189/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1189/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver