Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-119/2023 13.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: İddiaçı1 və İddiaçı2 nümayəndəsi X2, Cavabdeh namayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X13 və X11 istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o və ailə üzvüləri o cümlədən valideynləri daim bir yerdə yaşamışdır. Uzun illər əvvəl köhnə evlərini satıb Şəki şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli evi almışlar. Həmin ev anaları X7 adına qeydə alınaraq ona DƏDRX-dən qeydiyyat nömrəsi 300700216, qeydiyyat tarixi xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. O, anası, atası, qardaşı, yəni Cavabdeh bu evdə yaşamışlar. Sonradan anaları həmi evi 4Ə- 2/526 saylı, xx.xx.2008-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh adına keçirmişdir. Bundan sonra onun adına DƏDRX-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Həmin vaxtdan bu günə kimi mübahisəli ev cavabdehin adına olmuşdur. Bildirmişdir ki, həmin evi onun mərhum atası tərəfindən 2000ci ildə tikilmişdir. Sonradan həmin mübahisəli ev ƏMDK yanında DƏDRX-də mərhum anası X7 adına 2007-ci ildə qeydiyyata alınmışdır. Anası öz sağlığında həmin evi satıb onunla qardaşı arasında böləcəyini bildirmişdir. Sonradan anası 2008-ci ildə bağışlama müqaviləsi əsasında həmin evi qardaşı Cavabdeh bağışlamışdır. Göstərmişdir ki, o, 2016cı ildə İddiaçı2 ilə ailə həyatı qurmuşdur. Ailəsi və uşaqları ilə birlikdə 2019-cu ilə kimi həmin evdə yaşamışlar. 2018-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakıda olduğu müddətdə də tez-tez həmin evə gəlib getmişdir. Lakin sonradan anaları rəhmətə getdiyi üçün onunla qardaşı arasında məhkəmə mübahisələri düşmüş və Cavabdeh ilk əvvəl Şəki İnzibati Məhkəməsinin qərarı ilə onu, daha sonra onun həyat yoldaşı İddiaçı2 həmin mənzildən pasport qeydiyyatından çıxartmışdır. Daha sonra cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin qətnaməsi ilə onun həyat yoldaşı İddiaçı2 məxsus ev əşyalarının çıxarılmasına nail olmuşdur. Mübahisələndirilən həmin fərdi yaşayış evini onun mərhum atası tikmiş, onun da həmin evin tikilməsində əməyi çox olmuşdur. Lakin qardaşı Cavabdeh evin tikilməsində hər hansı yardım etməmişdir. Göstərmişdir ki, hal-hazırda onlar kirayə evdə yaşamaq məcburiyyətində qalmışlar. Kirayə haqqını ödəyə bilmirlər. Məhz buna görədə mübahisəli evə istifadə hüququnun tanınması və evə köçürülməsini tələb etmək məcburiyyətində qalmışlar. Onların mübahisəli mənzilə istifadə hüquqarı mövcuddur və buna görədə həmin mənzilə uşaqları ilə birlikdə köçürülməlidirlər. Belə ki, iş üzrə mübahisəli mənzil 2007-ci ildə onların anası Sədaqət Məmmədovanın adına qeydə alınmış və həmin mənzildə onlar ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun həmin mənzildən istifadə hüququ vardır. Artıq həmin mənzilin mülkiyyətçisinin dəyişməsi onun hüquqlarının xitamına səbəb ola bilməz. Eyni zamanda onun həyat yoldaşı İddiaçı2da digər ailə üzvü kimi istifadə hüququ mövcuddur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi X8 məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat vermiş, həmçinin bildirmişdir ki, İddiaçı1 ailəsi ilə birlikdə uzun müddət həmin evdə yaşamışlar. Anası öz sağlığında evi satıb iki qardaş arasında böləcəyini bildirmişdir. Həmin evdən hər iki qardaşa pay düşməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh namayəndəsi (vəkili) Vəkil2 izahat verərək göstərdi ki, ünvan 7 saylı fərdi yaşayış evi MH ******* nömrəli xx.xx.2008-ci il tarixli ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh məxsusdur. Hesab edir ki, iddiaçıların hazırki iddiaları əsassızdır. Belə ki, Cavabdeh iddiaçıların həmin evdən paport qeydiyyat çıxarılmaları üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin qətnaməsinə əsasən əvvəlcə İddiaçı1 həmin evdən pasport qeydiyyatdan çıxarılması qət edilmişdir. X23 “Asan Xidmət” mərkəzində həmin evdə iddiaçıların uşaqlarınında qeydiyyatda olması məlum olmuş, Cavabdeh ikinci dəfə uşaqların həmin evdən qeydiyyatdan çıxarılması üçün Şəki İnzibati Məhkəməsinə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh iddiası təmin olunmuş iddiaçıların uşaqların mübahisələndirilən evdən qeydiyyatdan çıxarılmışdırlar. Bundan sonra Cavabdeh İddiaçı2 qeyd olunan evdə qalmış əmlaklarının çıxarılması tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 əmlaklarının Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddianı qəbul etmir və iddianın rədd edilməsi brədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 12 dekabr 2008-ci il tarixli, 10396 invertar nömrəli, **********45-10301 reyestr nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş 12 dekabr 2008-ci il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında istifadədə olan 0.005 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34.0 kv.m yaşayış, 29.1 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 27 noyabr 2008-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X4 şəhəri, Novruz küçəsi, dalan 1 ünvanında 0.0421 ha torpaq sahəsində yerləşən iki otaqlı, yaşayış sahəsi 34 kv.m, köməkçi sahəsi 29.1 kv.m ümumi sahəsi 63.2 kv.m olan 04 saylı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş 16 fevral 2007-ci il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında istifadədə olan 0.005 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34.0 kv.m yaşayış, 29.1 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 08 dekabr 2006-cı il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, Novruz küçəsi, dalan 1 ev 4 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 34 kv.m yaşayış sahəsi, 29.1 kv.m köməkçi sahəsi, 63.2 kv.m ümumi sahəsi olan 04 saylı fərdi yaşayış evini X10 1500 manat məbləğə satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 22 dekabr 1995-ci il tarixli, 10396 nömrəli qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, 18-ci rayon, Novruz küçəsi, dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki şəhər İHB-nin 06 dekabr 1995-ci il tarixli 1/571 nömrəli Sərəncamından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında X3 1985-ci ildə tikib istifadə etdiyi sahəsi 34 kv.metr olan iki otaqlı ev X3 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 oktyabr 2006-cı il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(075)- 904/2022 nömrəli qətnaməsindən görünür ki, Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına məxsus əşyalar, yəni 1 ədəd – divan, 2 ədəd – kreslo, 1 ədəd – taxt kravat, 1 ədəd – termos, 1 ədəd – nahar stolu, 1 ədəd – jurnalni stol, 6 ədəd – stul, pərdə, pakrıval – taxt üçün, 1 ədəd – stenka mebel, 1 ədəd – tozsoran, 1 ədəd – televizor (plazma), 1 ədəd – paltaryuyan (balaca), 1 ədəd – balaca tumba, 1 ədəd – lüstur, 1 ədəd – saat, 1 ədəd – taxt döşəyi, 3 ədəd – döşək, 3 ədəd – yorğan, 3 ədəd – baduşka, 1 ədəd – böyük xalça, 1 ədəd – balaca xalça, 1 ədəd – mikser, 12 ədəd – dolma boşqabı, 12 ədəd – tort boşqabı, 29 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 24 ədəd – aş boşqabı, 29 ədəd – balaca piyalə, 10 ədəd – böyük kasa, 5 ədəd – aş boşqabı, 2 ədəd – subnik boyda qab, 1 ədəd – plastmas podnos, 1 ədəd – dəmir podnos, 3 ədəd – plasmas yemək qabı , 12 ədəd – iri boşqab, 1 ədəd – çaynik, 5 ədəd – balaca razetka, 4 ədəd – nəlbəki iri stəkan üçün, 6 ədəd – armudu stəkan üçün nəlbəki, 1 ədəd – naçnik, 6 ədəd – nəlbəki, 6 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 6 ədəd – böyük dolma boşqabı, 1 ədəd – çaynik, 1 ədəd – dəm çayniki, 1 ədəd – süd qabı, 1 ədəd – güldan, 2 ədəd – boşqab dörə, 2 ədəd – şirniyyat qabı (3 mərtəbəli), 6 ədəd – fincan, 6 ədəd – nəlbəki, 2 ədəd – salfetka qabı, 1 ədəd – çaynik, 1 ədəd – süd qabı, 6 ədəd – boşqab, 1 ədəd – tort boşqabı böyük, 3 ədəd – razetka kimi balaca qab, 2 ədəd – şüşə duz qabı, 6 ədəd – armudu stəkan, 12 ədəd – araq rumkas, 1 ədəd – kompot qabı, 6 ədəd – kompot stəkanı, 4 ədəd – uzun rumka, 4 ədəd – adi rumka, 1 ədəd – gülqabı, 1 ədəd – meyvə qabı, 1 ədəd – böyük çaynik, 1 ədəd – mürəbbə qabı, 1 ədəd – bəzəkli gülqabı, 2 ədəd – meyvə qabı, 2 ədəd – böyük konfet qabı, 1 ədəd – tısbağa oyuncaq, 1 ədəd – qoyun oyuncaq, 1 ədəd – ləpə keçirən maşın, 1 ədəd – balıq bişirən qab, 1 ədəd – dəst qazan , 1 ədəd – mikser, 1 ədəd – dəmir verdə, 1 ədəd – plasmas qırmızı vedrə Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-1267/2020 nömrəli qərarından görünür ki, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1207/2021 nömrəli qərarından görünür ki, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X13, X16 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı1 və Cavabdeh atası Şəki şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evini 2000-ci ildə tikdirmişdir. Həmin fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehin mərhum anaları X7 adına qeydiyyata alınmışdır. 27 noyabr 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına 12 dekabr 2008-ci il tarixli MH ******* nömrəli çıxarış verilmişdir. İddiaçılar mübahisələndirilən həmin fərdi yaşayış evində uzun illər birlikdə yaşamışlar. Sonradan iddiaçı 2018-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir. Bu müddət ərzində Cavabdeh mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı1 pasport qeydiyyatdan çıxarılması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. Bundan sonra Cavabdeh yenidən mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən X13, X16 və X5 pasport qeydiyyatdan çıxarılması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X13, X16 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulmuşdur. Həmçinin Cavabdeh İddiaçı2 qarşı mülkiyyətində olan fərdi yaşayış evindən əmlakın çıxarılması tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 məxsus olan əmlakların Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Mülki iş üzrə iddiaçılar hazırki iddia ərizəsi ilə cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmələri və hüquqlarının tanınması tələbi ilə bağlı məhkəəyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Göründüyü kimi iddiaçılar ailə üzvləri ilə birlikdə uzun müddət 2018-ci ilə kimi cavabdehə məxsus evdə yaşasalar da, sonradan mübahisələndirilən evdən çıxmış və Bakı şəhərinə getmişlər. Həmçinin qanuni qüvvəsini almış Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1267/2020 nömrəli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Bundan başqa qanuni qüvvəsini almış Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1207/2021 nömrəli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X13, X16 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçılar cavabdehlə birgə yaşadıqları mübahisə predmeti olan ünvan 10 ünvanında yerləşən 4 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh mülkiyyətçi Cavabdeh arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır. İddiaçılar mübahisəli evə onların uşaqları ilə birlikdə köçürülməsini göstərsə də, həmin evdə yaşamalarını, yaşadığı halda belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağladığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X13 və X11 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin yeni redaksiyada olan 217.2 maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi mübahisələndirilən fərdi yaşayış evi İddiaçı1 və Cavabdeh mərhum analarına məxsus olmuşdur. Sonradan bağışlama müqaviləsi əsasında həmin ev Cavabdeh bağışlanmış və həmin müqaviləyə əsasən cavabdehə ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçılar və cavabdeh həmin evdə uzun illər yaşasalar da, iddiaçılar ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmamaqla, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ əldə etməmişlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X13 və X11 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən 10 manat dövlət rüsumu X6 özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X13 və X11 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-119/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-119/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver