Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1193/2023 07.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh pulunu sonradan vermək şərti ilə verdiyi tikinti inşaat materiallarının dəyəri olan 1228 manat pul vəsaitinin və ödənilmiş 33 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı 12 iyun 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə elektron ərizə ünvanlayaraq, Cavabdeh 928 manat borcun və 33 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan pulunu sonradan vermək şərti ilə 1228 manat dəyərində tikinti inşaat materialları almışdır. Lakin, cavabdeh uzun müddətdir ki, ondan aldığı 1228 manat dəyərində tikinti inşaat materiallarının pulunu ona qaytarmamışdır. Cavabdeh həmin borcunu yaxın müddət ərzində qaytaracağına söz versə də, o, bu günədək onun borcunu qaytarmamışdır. Beləliklə hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaq istəmir. Qeyd edilən məsələ ilə bağlı Şəki ŞRPŞ-nə şikayət etmiş və şikayəti üzrə müvafiq araşdırma aparılmışdır. Lakin, şikayətinin əsaslı olduğu öz təsdiqini tapsa da, tələbi mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddianın tələbin azaldılması barədə ərizəyə uyğun olaraq təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək bildirdi ki, o, tikinti mallarının alqısatqısı ilə məşğul olur. Təxminən dörd il qabaq Cavabdeh ondan pulunu sonradan vermək şərti ilə tikinti materialları almışdır. Cavabdeh həmin tikinti materiallarını bayraq meydanı düzəltmək üçün ondan almışdır. Həmin vaxtdan dörd ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh aldığı tikinti materiallarının pulunu ödəməmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə müraciət etmiş, almış olduğu tikinti materiallarının pulunu qatarmasını tələb etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmaqdan yayınmışdır. Bildirmişdir ki, bu müddət ərzində cavabdeh 180 – 190 manat məbləğlərdə ödəniş etmişdir. Sonuncu dəfə təxminən 6 ay qabaq 20 manat məbləğdə pul vermişdir. Cavabdehin bu günki günə 1228 manat borcu qalmışdır. Cavabdehin ümumilikdə borcu isə təxminən 1450 manat təşkil etmişdir. Göstərmişdir ki, cavabdeh ona olan borcunu könüllü şəkildə ödəməkdən yayınır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh ona olan 1228 manat pulun 300 manatını ödəmişdir. Hazırda cavabdehin ona olan borcu 928 manat təşkil edir. Buna görə də məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlamışdır. İddianın tələbin azaldılması barədə ərizəyə uyğun olaraq təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, tikinti işləri ilə əlqədar olaraq pulunu sonradan vermək şərti ilə İddiaçı tikinti materialları almışdır. Lakin maddi imkanı aşağı olduğu üçün aldığı tikinti materiallarının pulunu iddiaçıya ödəyə bilməmişdir. Göstərmişdir ki, o, əkin-bikin işləri ilə məşğul olur. Taxıl olan zaman iddiaçıya olan borcunu ödəyəcəkdir. Taxıl olmadığı üçün İddiaçı aldığı tikinti materiallarının pulunu tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, o, iddiaçıya olan borcundan bu günə kimi ayrı-ayrı bvaxtlarda hissə-hissə ödəniş etmişdir. Bir neçə gün əvvəl isə 300 manat ödəniş etmişdir. İddiaçı olan 928 manat mbələğdə borcunu qəbul edir. Maddi sıxıntısı olduğuna görə iddiaçıya olan borcu tam ödəyə bilmir. Növbəti ayda da 300 manat ödəniş edəcək Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, İddiaçı yanında fəhlə işləyir. O, Cavabdeh da yaxşı tanıyır. Bildirmişdir ki, cavabdeh təxminən 4 – 5 il olar ki, iddiaçıdan pulunu sonradan vermək şərti ilə tikinti materialları olan turba, taxta, dəmir və digər materiallar almışdır. Cavabdeh həmin materialları bayraq meydanı düzəltmək üçün aldığını bildirmişdir. Bu vaxta kimi Cavabdeh həmin tikinti materiallarının pulunu ödəməmişdir. O, cavabdehin nə qədər borcu olmasını dəqiq bilmir. Lakin cavabdehin bu vaxta kimi borcunu ödəməməsini bilir. O, cavabdehlə rastlaşanda hər dəfə Cavabdeh müxtəlif bəhanələr gətirərək taxıl sezonunda borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, İddiaçı yanında fəhlə işləyir. Dəqiq vaxtını xatırlamasa da, təxminən dörd ildən çox olar ki, Cavabdeh iddiaçıdan müxtəlif tikinti materialları alıb aparmışdır. Cavabdeh iddiaçıdan turba, profil və digər tikinti materialları alıb aparmışdır. Cavabdeh iddiaçıdan aldığı materialları nisyə şəkildə, almış pulunu qaytarmamışdır. O, cavabdehin nə qədər borcunun olmasını dəqiq bilmir. Ancaq xatırladığına görə cavabdehin iddiaçıya 1000 manatdan yuxarı borcu vardır. Bu vaxta kimi cavabdeh iddiçıya olan borcu qaytarmamışdır. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı qarşılıqlı razılaşmaya əsasən tikinti materiallarını pulunu sonradan ödəmək şərti ilə cavabdehə satmışdır. Cavabdeh aldığı tikinti materiallarının dəyərini keçən müddət ərzində iddiaçıya qaytarmamışdır. Tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı bu müddət ərzində hissə-hissə ödəniş etmiş, həmçinin hazırki iş məhkəmənin icraatında olan zaman cavabdeh borcundan 300 manat iddiaçıya ödəniş etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 928 manat borcu qalmışdır. İddiaçının təmin edilməsini xahiş etmiş, cavadeh iddianı qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: -570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Lakin cavabdeh həmin nisyə alqı-satqı müqaviləsin əsasən aldığı tikinti materiallarının dəyərini vaxtında iddiaçıya ödəməmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 928 manat borc pul və 33 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 928 manat pul vəsaiti və 33 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1193/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1193/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver