Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1201/2022 05.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və onların vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçılar) İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçılar) İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 1.8 ha torpaq sahəsinə çəkilmiş xərcin yəni 12321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın yəni 21312 (iyirmi bir min üç yüz on iki) manatın, rəyin tərtib edilməsi üçün Kristal-MM MMC-yə ödənilmiş 1100 manat xidmət haqqının və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, İddiaçı1 və İddiaçı2 36750 (otuz altı min yeddi yüz əlli) manat vurulmuş maddi ziyanın və ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, keçmiş Azərbaycan SSRnin zamanında yəni 80-cı illərdə onlar və ailələri kolxozda işlədikləri üçün onların istifadələrinə hazırda mübahisəli olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Həmin torpaq sahəsi həmin vaxtı Şəki rayonu Biləcik kəndinin ərazisi olmuşdur. Daha sonra torpaqların yerdəyişməsi zamanı həmin torpaq sahəsi Şəki rayonu Biləcik kəndindən alınaraq Şəki rayonu Baş Göynük kəndinin ərazisinə verilmişdir. Bildirmişdir ki, mərhum atası rəhmətə gedəndən sonra onlar həmin əraziyə yaxın ev də inşa etmişlər. Həmin vaxtlarda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki rayonu Cumakənd kəndində yaşamışlar və Azərbaycanda Aqrar islahat aparılan zaman onlara ordan pay torpağı verilmişdir. Göstərmişdir ki, cavabdehlərdən Məhbubə onun doğma bacısı, Fazil isə onun yeznəsidir. Daha sonra cavabdehlər Şəki rayonu Cumakənd kəndindəki pay torpaqlarını sataraq qanunsuz olaraq Şəki rayonu Baş Göynük kəndinə qeydiyyata düşərək Şəki rayonu Baş Göynük kəndindən yenidən pay torpağı almışlar. Həmin torpaq sahələri onlara məxsus olmaqla istifadələrində olmasına baxmayaraq, Cavabdeh2 və Cavabdeh1 qeyri-qanuni yolla onlara məxsus torpaq sahəsinə çıxarış əldə etmiş və onlara qarşı məhkəmədə iddia qaldıraraq torpaq sahələrindən çıxarılmaqlarını məhkəmədən xahiş etmişlər. Belə ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər onların mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə etdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi ilə onların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahələrindən istifadələrinə onlar tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, onların cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və X5 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versələr də, apellyasiya şikayətləri təmin edilməmiş Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və onlar uzun illər istifadələrində olan 1,48 ha torpaq sahəsindən çıxarılmışlar. Lakin həmin torpaq sahəsi uzun illər onların istifadələrində olmuş və onlar həmin torpaq sahəsində yaxşılaşdırma işləri apararaq orada öz hesablarına fındıq bağı salmışlar. Göstərmişdir ki, həmin torpaq sahəsi daha əvvəl daşlıq ərazi olmuş, oranı kol-kos basmışdır. Onlar öz vəsaitləri hesabına ərazini yabanı kollardan təmizləmiş, daha sonra ərazini daşlardan təmizləmiş və daha sonra ərazini hamarlayaraq əkiləcək vəziyyətə gətirmişlər. Daha sonra ərazini peyinləyərək orada 485 ədəd fındıq və digər ağac tingləri əkmişlər. Beləliklə, bütün bu işlərin görülməsinə 10647,20 manat pul xərcləmişlər. Həmin əraziyə əkdikləri meyvə ağacları artıq çoxillik tinglərdir və onlar bu illər ərzində kifayət qədər dəyər qazanmışlar. Hazırda həmin ağac tinglərinin dəyəri 34495 manat təşkil edir. Bildirmişdir ki, onların istifadələrində olan daha sonra cavabdehlər tərəfindən zorla çıxarıldıqları 1.48 ha əkin sahəsinin daşlardan və kollardan təmizlənməsi, peyinlənməsi və yonca sahəsinin əkilməsinə də 1674 manat pul xərcləmişlər. Həmin torpaq sahələri onların istifadələrində olmaqla onlar torpaq sahələrini illərlə yaxşılaşdırmış, dəyər qazandırmış və orada əkin işləri aparmışlar. Onlar həmin torpaq sahəsindən çıxarılmaqları nəticəsində həmin ağac tinglərindən və yonca sahəsindən əldə edəcəkləri gəlirdən də məhrum olmuşlar. Hər iki torpaq sahəsindən yəni ağaclardan və yonca sahəsindən əldən çıxmış fayda 21312 manat təşkil edir. Ona görə də onlar torpaq sahəsinə çəkdikləri xərcləri, ağac tinglərinin dəyərini və əldən çıxmış faydanı cavabdehlərdən tələb etsələr də cavabdehlər həmin məbləğin onlara ödənilməsindən imtina etmişlər. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, onun qeyd edilən ərazidə istifadəsində 1.48 və 1.8 ha torpaq sahəsi mövcuddur. 1.48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı ilə cavabdehlərin və onların ailəsinə verilmişdir. 1.8 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla icarə əsasında hazırda onun istifadəsindədir. Göstərmişdir ki, Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı cavabdehlərın mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsində onun və ailəsi tərəfindən hələ 1994-1996-cı illərdə fındıq bağı salmışlar. Bildirmişdir ki, həmin sahədə dəqiq olaraq 416 ədəd findıq ağacı topası, 20 ədəd qoz, 22 ədəd şaftalı, 5 ədəd alça, 12 ədəd nar, 2 ədəd alma, 3 ədəd ərik, 3 ədəd əzgil və 2 ədəd zoğal ağacları da vardır. Qeyd etmişdir ki, həmin torpaq sahəsində bitən ağacları 1994- 1996-cı illərdə əkmələrinə baxmayaraq onların barını 2000-ci ildən yığmağa başlamışdır. Həmin ildən etibarən 2021-ci ilin bar mövsümü də daxil olmaqla qeyd edilən bağda olan ağacların findıqlar da daxil olmaqla barını o, anası və ailəsi yığmış, satdıqlarını satmış, yediklərini isə yemişlər. Bir sözlə 2000-ci ildən 2021-ci ilədək qeyd edilən bağdakı ağaclara o qulluq etmiş, barlarını da özləri yığmışlar. Lakin cavabdeh hazırda onların əkərək böyütdükləri bağa sahib çıxıblar. Qarşılıqlı iddiaya münasibət bildirərək onu əsassız hesab etmişdir. Göstərmişdir ki, qeyd edilən torpaq sahəsi cavabdehlərin mülkiyyətində olsa da həmin torpaq üzərində əkilən və yetişdirilən bütün bitkilərdən cavabdehlərin və onların ailəsinin xəbəri yoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 da İddiaçı1 izahatına oxşar məzmunda izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, İddiaçı1 onun doğma qardaşı, İddiaçı2 isə onun doğma anasıdır. İddiaçılar onlara qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha və 1,8 ha torpaq sahəsinə çəkilmiş xərcin yəni 12321 manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 manatın və əldən çıxmış faydanın yəni 21312 manatın, rəyin tərtib edilməsi üçün Kristal-MM MMC-yə ödənilmiş 1100 manat xidmət haqqının və ödənilmiş 298 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə onların ailələrinə Baş Göynük kəndində 1.48 ha torpaq sahəsi ayrılmış, xx.xx.2019-cu il tarixdə isə həmin torpağa dair ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrəsi olan çıxarış da almışlar. Torpaq sahəsi onlara verildikdən sonra 2-3 il həmin torpaqda tütün əkməklə özləri istifadə etmiş, həmin torpağı təmizləmiş, münbitləşdirmə işləri aparmışlar. Bu işdə atası Sabir onlara yaxından köməklik etmişdir. Atası Sabir 2018-ci ildə vəfat etmişdir. Sonradan əri Fazil və özü mərhum X3 ilə birlikdə, onun dəstəyi ilə həmin torpaq sahəsində fındıq bağı salmış, həmin findıq bağına 3 il qulluq etmişlər. Həmin dövrlərdə findiq ağacları bar gətirməmişdir. Daha sonra həyat yoldaşı Cavabdeh2 mütamadi olaraq RF-na gedibgəldiyindən, həmçinin azyaşlı uşaqları olduğundan qeyd edilən torpaq sahəsində istifadə edə bilməmişlər. Buna görə də mərhum X3nun təklifi ilə qeyd edilən torpaq sahəsini atasının istifadəsinə və bağa baxmasına vermişlər. Atası həmin torpaq sahəsindən təxminən 10-14 il istifadə etmişdir. X3 2018-ci ilin oktyabr ayında vəfat etdikdən sonra qeyd edilən həmin torpaq sahəsindən anası İddiaçı2 və qardaşı İddiaçı1 istifadə etmişdir. Göstərmişdir ki, artıq uşaqları böyüdüyündən və öz təsərrüfatlarından istifadə etmək istədiklərindən sonunculara müraciət edərək öz torpaqlarından çıxmasını istəmişlər. Lakin İddiaçı1 və İddiaçı2 onların tələblərini qəbul etməmiş torpaq sahələrini onlara verməkdən imtina etmişlər. Bu səbəbdən də, onlar məcbur qalaraq İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etməklərinə etdikləri maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 onların mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, onların həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, İddiaçı2, İddiaçı1 onlara, həmçinin övladları X4, X5 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq bu ilə kimi İddiaçı1 və İddiaçı2 onların qanuni mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməklərinə imkan vermirlər. İddiaçılar iddia ərizələrində hazırki mübahisəli ərazidə özləri tərəfindən 416 ədəd fındıq kolu və digər ağaclardan ibarət 485 ədəd bağ salmalarını göstərmələrinə baxmayaraq həmin torpaqda 350 fındıq ağacları onlar tərəfindən əkilmişdir. Həmin bağda 416 ədəd deyil, 350 ədəd fındıq ağacı əkilmiş həmin ağaclardan da 350 ədədi böyümüşdür. Ancaq keçən müddət ərzində 2021-ci ilin də bar mövsümü daxil olmaqla həmin bağdan hazırki iş üzrə iddiaçılar istifadə etməklə bəhrələnmiş, bağın məhsulunu yığmaqla satıb gəlir əldə etmişlər. İddiaçılar onların mülkiyyətlərində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən bağdan qanunsuz olaraq istifadə etməklə uzun müddət gəlir əldə etmiş və əsassız varlanmışlar. Onların bu əməlləri nəticəsində də, onlar həmin sahədən istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuşlar. Bildirmişdir ki, hazırki iş üzrə iddiaçılar onun anası və qardaşıdır. O, hər dəfə onlarla barışmağa razılığa gəlməyə çalışsa da, onların aqressiv münasibəti ilə qarşılaşmış və bu səbəbdən də aralarında olan mübahisə sona çatmamışdır. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 nömrəli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıların onların torpaqlarından çıxarılması qət edilməsinə baxmayaraq iddiaçılar onların torpaqlarından çıxmamış qanunsuz olaraq onların torpaqlarını istifadə etməklə külli miqdarda gəlir əldə etmişlər. Əgər iddiaçılar onların torpaqlarını vaxtında tərk etsəydilər, onlar həmin torpaq sahəsindən istifadə etməklə gəlir əldə edə bilərdilər. Bütün bunlara baxmayaraq o, yenə də hazırki iş üzrə iddiaçılar anası və qardaşı olmasını nəzərə alaraq iddiaçıların onların həmin torpaqdan çıxmağı tələb etdikləri il 2019-cu ilə kimi əldə etdikləri gəliri vəfat etmiş atasının xətrinə onlara bağışlayır, lakin 2018-ci ilin bar vövsümündən sonra yəni 2019-2020-2021-ci ilin bar mövsümündə fındıq ağaclarından əldə etdikləri gəliri onlardan tələb edir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X21 Mərkəzi tərəfindən 20 may 2022-ci ildə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, Şəki rayonu, Baş Göynük kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsində əkilən fındıq topalarının orta məhsuldarlığının hesablanması barədə Şəki X21 Mərkəzinə 2022-ci ilin may ayında edilmiş müraciəti əsasında əraziyə baxış müşahidə keçirilmiş, aparılmış baxış müşahidə zamanı 1.48 ha ərazidə (23-25 il əvvəl) 7x6 m, 6x5 m əkin sxemləri ilə salınmış fındıq bağının bar verən yaşda olması və normal aqrotexniki qulluq edilməsi səbəbli hər top fındıq bitkisindən orta hesabla 10 (on) kq fındıq məhsulu alınması ehtimal olunur. 2018-2021-ci illərdə fındığın orta bazar qiyməti 3,50-4 manat arasında dəyişmişdir. Bununlada belə nəticəyə gəlmək olur ki, o, 2019-2021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların qanunsuz əməlləri nəticəsində o, minimum 36750 (otuz altı min yeddi yüz əlli) manat gəlirdən məhrum olmuşdur. Hesab edir ki, İddiaçı1 və İddiaçı2 2019-2021-ci illərdə onun və ailəsinin mülkiyyətində olan torpaqda yerləşən fındıq bağından istifadəyə imkan vermədikləri 36750 (otuz altı min yeddi yüz əlli) manat maddi ziyan görmüşlər. Buna görə də həmin məbləğ cavabdehlərdən alınaraq onlara verilməlidir. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, 2018-ci oktyabr ayında atası vəfat edəndən sonra anlamışdır ki, iddiaçılar qeyd edilən torpaq sahəsini onlara geri qaytarmaq istəmirlər. Buna görə də onların həmin torpaq sahəsindən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası təmin edilnmişdir. Bildirmişdir ki, iddiaçılar təxminən 10-14 il onların fındıq bağından istifadə etmiş və 2021-ci ilin bar mövsümü də daxil olmaqla məhsulunu götürərək satıb gəlir əldə etmişlər. Bildirmişdir ki, lakin iddiaçıların 2018-ci ilin bar mövsümü də daxil olmaqla əldə edilmiş gəliri həmin vaxt bağa onun razılığı ilə atası baxdığından həmin gəliri vəfat etmiş atasına görə iddiaçılardan tələb etmir. Lakin iddiaçıların 2019-2020-2021-ci ilin bar mövsümündə əldə etdikləri gəliri onlardan tələb edir. Belə ki, iddiaçıların həmin torpağı onlara qaytarmama niyyətini anlayan kimi məhkəməyə müraciət etmiş və sonuncu məhkəmə aktı 30 yanvar 2020-ci il tarixdə çıxarılmışdır. Lakin həmin məhkəmə aktı çıxarıldıqdan sonra da iddiaçı həmin torpaq sahəsindən çıxmamış, məhsulunu da özləri yığmışdır. Qətnamənin icrası nəticəsində həmin mübahisəli bağ iddiaçılardan alınaraq onlara verilsə də iddiaçılar hələ də onlara maneçilik edirlər. Hətta 2022-ci ilin bağ mövsümündə findığı yığıb bağda saxlamış, lakin gecə həmin findıqlar oğurlanmışdır. Düşünür ki, bütün bunlar iddiaçıların işidir. İlkin iddianın əsassız olduğunu, onu qəbul etmədiklərini bildirmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq 36750 (otuz altı min yeddi yüz əlli) manat vurulmuş maddi ziyanın və ödənilmiş 201 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını və ilkin iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 vəkili Vəkil da, cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 izahatına oxşar məzmunda izahat vermiş və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o, Şəki rayonu Baş Göynük kəndində yaşayır. Hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı2 ilə Şəki rayonu Qarasov adlanan ərazidə qonşudurlar, kənddə isə qonşu deyillər. Bildirmişdir ki, qeyd edilən ərzidə olan mübahisəli torpaq sahəsini iddiaçı və cavabdeh tərəfin X3gilin olduğunu bilmişdir. Sabirlə münasibətləri yaxşı olmuş, onu yaxşı biri kimi tanımışdır. Sabir həmin ərazini Sovet dövründə istifadə etmişdir. Əvvəlllər Sabir, ailəsi və onun uşaqları orada tütün əkmişdir. Cavabdeh Məhbubənin və Sabirin digər uşaqlarının da həmin torpaq sahəsində işləməsini görmüşdür. Sabir kişi qeyd edilən ərzidə tütünlə yanaşı tək-tək, gizlincə qoz, fındıq ağacı da əkmişdir. Çünki həmin vaxtlar əkin sahəsində ağaclar əkilməsinə icazə verilməmişdir. Torpaq islahatları keçiriləndən sonra həmin torpağın Məhbubə və onun ailəsinin pay torpağı olmasını bilməmişdir. Orada bağlar torpaqlar islahat nəticəsində paylanandan sonra salınmağa başlanılmışdır. 2-3-ildir bilir ki, qeyd edilən torpaq sahəsi Məhbubə və onun ailəsinə verilmişdir. Lakin həmin ərazi ilə qonşuluqda Sabirgilin istifadəsində olan bələdiyyə torpağı da vardır. Göstərmişdir ki, halhazırda həmin torpaq sahəsi İddiaçı1 və İddiaçı2 istifadəsindədir və orada olan findıqları və digər ağacların barlarını onlar yığırlar. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, İddiaçı1 2003-cü ildən tanıyır. Mayislə bir yerdə işləmişlər. Onun Mayisin istifadə etdiyi torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi vardır. Həmin torpaq sahəsində Mayisin fındıq bağı vardır. Təxminən 6-7 il olarki, o, öz torpaq sahəsində fındıq bağı salmışdır. Bildirmişdir ki, sözügedən fındıq bağından Mayis istifadə edir, məhsulunu da, özü yığır. 2003-cü ildən bəri həmin fındıq bağında yalnız Mayisi işləyən görmüşdür. Hərdən bir Mayisin atası da, həmin torpaq sahəsinə gəlib getmişdir. Mayisin anasını bağda arada-bir görmüşdür. Göstərmişdir ki, həmin torpaq sahəsində fındıq bağının nə vaxt salınmasını bilmir. Bağı Mayis, yoldaşı və atası salmışdır. Ancaq həmin ərazidə artıq 2005-2006-cı illərdə fındıq bağı var idi. Fındıq bağında təxminən 200-300 topa fındıq ola bilər. Bildirmişdir ki, həmin bağdakı məhsulları kimin yığmasını görməmişdir. Ancaq Mayisin araba ilə fidıq yığaraq məhsullarını apardığını görmüşdür. Onun həmin torpaq sahəsinin Məhbubəgilə məxsus olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Mayisi 30 ildir ki, tanıyır. Göstərmişdir ki, o, Mayisə əkmək üçün 10 il qabaq, hissə-hissə 1000 fındıq tingi vermişdir. Həmin tingləri Mayisə həm pulla, həm də pay olaraq vermişdir. Bildirmişdir ki, Mayisin evinin yanında da 2 ha fındıq bağı vardır. Mayis ona həmin tingləri ora basdıracağını demişdir. Ancaq Mayisin ondan aldığı fındıq tinglərini ora basdırıb, basdlrmamasını bilmir. Bildirmişdir ki, həmin fındıq bağında kimin işlədiyini görməmişdir. Bəlkə də ola bilər ki, Sabir həmin fındıq bağında işləmişdir. Bağdakı fındıqları kimin yığıb, satdığını görməmişdir. Bundan məlumatı yoxdur. Həmin bağda təxminən 300-400 fındıq topası ola bilər. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, hazırki mülki iş üzrə tərəfləri tanıyır. Göstərmişdir ki, uşaqlıqda həmin torpaq sahəsində Aslanov Sabirin, İddiaçı2 və uşaqlarının tütün əkdiyini görmüşdür. Tütündən başqa həmin torpaq sahəsində bir, iki fındıq ağacları da, əkilmişdir. Mayisin bacısı Məhbubəni gəlin köçməmişdən əvvəl həmin bağda işlədiyini görmüşdür. Lakin ailə qurduqdan sonra onu, bağda görməmişdir. Bağın fındıqlarını Mayis yığıb satmışdır. Hal-hazırda kimin fındıqları yığıb satmağından məlumatı yoxdur. Onun tərəflər arasında mübahisə olduğundan xəbəri olmamışdır. Mayisin başqa torpaq sahəsinin olmasını bilmir. Həmçinin bildirmişdir ki, onların kəndində əvvəllər kim hansı torpaqdan istifadə edirdi sə, həmin torpağı həmin ailəyə pay torpağı kimi vermişlər. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, tərəflər onun yaxın qohumudur. Bildirmişdir ki, sözü gedən fındıq bağını 13 il əvvəl Mayis salmışdır. 2000-ci illərdə həmin torpaq sahəsində Məhbubə və Fazil işləmişdir. Sonradan həmin torpaq sahəsində Mayisi işləyən görmüşdür. Fındıqları da həmişə Mayis yığıb satmışdır. Həmin fındıq bağında təxminən 300 topa fındıq olar. Bildirmişdir ki, 1-2 il qabaq həmin torpaq sahəsində Məhbubəgili işləyən görmüşdür. Onun Mayisin bundan başqa torpaq sahəsinin olmasından məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, mülki iş üzrə hər iki tərəf onun qonşusudur. Bildirmişdir ki, sözü gedən fındıq bağını Aslanov Sabir və ailəsi salmışdır. Cavabdeh1 də həmin bağda işləmişdir. Həmin bağda fındıq, armud və heyva əkmişlər. Daha sonradan Fazil və Məhbubə torpaq sahəsini Aslanov Sabirə vermiş və özləri Rusiya Federasiyasına getmişlər. Göstərmişdir ki, onun Aslanov Sabirlə münasibətləri yaxşı olmuşdur. Aslanov Sabiri həmin bağda çox görmüşdür. Bildirmişdir ki, fındıq bağının məhsullarını həmişə Mayis yığmışdır. Onun Mayisin başqa fındıq bağının olmasından məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, mülki iş üzrə tərəfləri tanıyır. Hər iki tərəflə münasibəti vardır. Onların arasında torpaq sahəsinə görə mübahisə olduğundan xəbərdardır. Sözü gedən fındıq bağının kim tərəfindən salınmasından məlumatı yoxdur. Bildirmişdir ki, əvvəllər həmin torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 işləməsini görmüşdür. Həmin bağın məhsullarını isə həmişə Mayıs və Qəndəvət yığmışdır. Lakin bu il bağdakı fıdıqları Məhbubəgil yığmışdır. Məhbubəgil bu il tikanlı məftillə bağın kənarlarını bağlamışlar. Göstərmişdir ki, onun Aslanov Sabirlə münasibətləri yaxşı olmuşdur. Onlar 40 il qonşu olmuşlar. Aslanov Sabir həmin bağda işləmişdir. O, həmişə həmin fındıq bağında olmuşdur. Bağ sahəsi Sabirin mülkiyyətində olmasını bilməmişdir. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, onun hər iki tərəflə tanışlığı vardır. Sözü gedən torpaq sahəsi onların evlərinə yaxındır. Bildirmişdir ki, onun tərəflər arasında baş vermiş mübahisədən xəbəri vardır. Həmin bağın kim tərəfindən salınmasından məlumatı yoxdur. Göstərmişdir ki, o, Məhbubənin və onun ərinin təxminən təxminən 15-16 il qabaq 3-4 il həmin torpaq sahəsində işləyən görmüşdür. Lakin sonralar həmin bağda Sabir kişini işləyən görmüşdür. Bağın məhsullarını həmişə Mayis yığmışdır. Lakin son bir ildə Məhbubə də həmin bağın məhsullarından yığmışdır. Məhkəmə iş üzrə iddiaçıların və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)- 1713/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, həmçinin İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və X5 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin, Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan “Kristal MM” şirkətinin 30 noyabr 2021-ci il tarixli, 1107/21 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 tərəfindən Biləcik kəndi, Baqqal torpaqlarının alt hissəsi, dəmir yolunun altında yerləşən 1,48 ha fındıq bağı, 1.8 ha yonca sahəsindən ibarət olan torpaq sahəsində görülmüş işlərin dəyəri 12321 manat, əkilmiş ağacların dəyəri 34495 manat və əldən çıxmış mənfəət 21312 manat təşkil edir. Həmin qiymətləndirmə rəyində əldən çıxmış mənfəətin hesablanması aşağıdakı kimi göstərilmişdir: s/s İşin adı Miqdarı Vahidi Qiyməti Cəmi 1 Fındıq (10 kq) 4160 kq 3,50 14 560,00 2 Qoz (20 kq) 400 kq 4,00 1 600,00 3 Şaftalı (8 kq) 176 kq 2,00 352,00 4 Yonca (200 tay x 3 biçin x 2 il) 1200 ədəd 4,00 4 800,00 Cəmi :21 312,00 İşdə olan Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 1413 saylı arayışdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh2 özünə məxsus torpaq sahəsində 350 ədəd fındıq topu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 mart 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, bağa baxış keçirilən zaman fındıq bağının ilk hissəsinin 23-25 il əvvəl salınması, sonradan illərlə əlavə edilməklə cərgə aralarına müxtəlif növ meyvə ağaclarının əkilməsi müəyyən olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 may 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsində əkilən fındıq topalarının orta məhsuldarlığının hesablanması barədə Şəki X21 Mərkəzində 2022-ci ilin 20 may tarixli müraciəti əsasında əraziyə tərəflərindən baxış keçirilən zaman müşahidə keçirilmişdir. Aparılan baxış müşahidə zamanı 1.48 hektar ərazidə (23-25 il əvvəl) 7x6 m, 6x5 m əkin sxemləri ilə salınmış fındıq bağının bar verən yaşda olması və normal aqrotexniki qulluq edilməsi səbəbli hər top fındıq bağının bar verən yaşda olması və normal aqrotexniki qulluq edilməsi səbəbli hər top fındıq birkisindən orta hesabla 10 kq fındıq məhsulu alınması ehtimal olunur. İşdə olan 23 iyun 2022-ci il tarixli aktında qeyd edilmişdir ki, tərəflərindən baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı1 icarəsində aid olan torpaq sahəsində əkin işləri ilə məşğul olmuş və su arxı onun istifadəsində olan torpaq sahəsində olan torpaq sahəsinə aiddir. Onun bacısının və ailəsinin İddiaçı1 istifadəsində olan torpağa və suvarma arxına heç bir aidiyyatı yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 oktyabr 2018-ci il tarixli, AZ-İ 968507 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 20 oktyabr 2018-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçılardan Qəndəvət cavabdeh Məhbubənin anası, Mayıs isə onun qardaşıdır. Digər cavabdeh Fazil isə Məhbubənin əri olmaqla iddiaçıların yeznəsidir. İddiaçılar cavabdehlərin mülkiyyətində olan 1.48 ha torpaq sahəsi və onların özlərinin icarəsində olan 1.8 ha torpaq sahəsi üzrə yaxşılaşdırmaları və əkilmiş ağaclara görə müəyyən məbləğ tələb etsə də həmin torpaqlardan yalnız 1.48 ha olanı cavabdehlərin mülkiyyətindədir. Digər 1.8 ha torpaq sahəsi isə iddiaçıların da məhkəmə iclasında qeyd etdiyi kimi bələdiyyə torpağı olmaqla onların öz icarələrindədir. Müəyyən edilmişdir ki, qeyd edilən mübahisəli 1.48 ha torpaq sahəsi hələ Aqrar İslahat keçirilməmişdən əvvəl iddiaçı və cavabdeh Məhbubənin ailəsinin yəni ailə başçısı Sabir Aslanovun istifadəsində olmuşdur. Sabir Aslanov, onun ailəsi və uşaqları o cümlədən Məhbubə də həmin torpaq sahəsində tütün əkib becərmişlər. Təbii ki, həmin dövr sovet dövrü olduğundan əkin sahələrində hər hansı bağ salınmasına icazə verilməmişdir. Azərbaycanda Aqrar İslahatı başladıqdan sonra vaxtilə ailənin istifadəsində olmuş qeyd edilən 1.48 ha torpaq sahəsi Şəki rayon, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə cavabdehlərə pay torpaq sahəsi kimi ayrılmış və cavabdehlər xx.xx.2019-cu il tarixdə həmin torpağa dair ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrəsi olan çıxarış almışlar. Qeyd edilən həmin mübahisəli torpaq sahəsi hazırda cavabdehlərin qanuni mülkiyyətindədir. Təxminən 2002ci ildən etibarən cavabdehlər və onun vəfat etmiş atasının köməkliyi qeyd edilən 1.48 ha torpaq sahəsində onlar tərəfindən findıq ağacları əkilmiş və hazırda həmin torpaq sahəsində 350 ədəd findıq kolu vardır. Cavabdehlər həmin ərazidə fındıq bağının salınmasına və tinglərin böyüdülməsinə təxminən 3 il vaxt sərf etmişlər. Cavabdeh Fazil mövsümü işlə əlaqədar RF-na gedib-gəldiyindən təxminən 2005-2006-cı illərdə RF-na getmiş və torpaqda əkilən ağaclara qulluq edilməsini qaynatası Sabirə həvalə etmişdir. Fazil ilk vaxtlarda ailəsini də özü ilə RF-na aparmışdır. Cavabdehlər həmçinin Sabir Aslanovla razılaşmışlar ki, həm fındıq ağaclarına qulluq edəcək, bar verəndə isə onun barını yığacaq həm də həmin torpaqdan mal-qarasına ot tədarükü görəcəkdir. Belə də olmuş Sabir Aslanov vəfat etdiyi 2018-ci ilin oktyabr ayınadək qeyd edilən fındıq bağına baxmış, fındığın məhsulunu yığmış və həmin ərazidən mal-qarası üçün ot tədarükü görmüşdür. S.Aslanov vəfat etdikdən sonra cavabdehlər iddiaçılardan bağlarına özlərinin baxmasını bildirmiş, lakin iddiaçılar buna razı olmayaraq qeyd edilən bağdan çıxmaq istəməmişlər. Bu səbəbdən də, cavabdehlər məcbur qalaraq İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etməklərinə etdikləri maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 onların mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, onların həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, İddiaçı2, İddiaçı1 onlara, həmçinin övladları X4, X5 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alsa da bütün bu dövr ərzində cavabdehlər qanuni mülkiyyətlərində olan torpaq sahəsindən və onun üzərində olan bağdan istifadə edə bilməmişlər. Müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi tam olaraq 2022-ci ilin əvvəllərində icra edilmiş və həmin torpaq sahəsi icra məmurları tərəfindən onlara təhvil verilmişdir. Lakin hələ də iddiaçılar arasında münaqişə səngiməyib və iddiaçılar cavabdehlərin öz torpaqlarından və bağından istifadə etmələrinə müəyyən maneələr yaradırlar. Cavabdehlər məhkəmə iclasında göstərmişlər ki, qeyd edilən mübahisəli bağa və bağda olan ağaclara vəfat etdiyi 2018-ci ilin 20 oktaybr ayınadək Sabir Aslanov baxaraq məhsulunu da özü yığdığından həmin ana kimi nə ondan bağın geri qaytarılmasını tələb etməmiş həm də hazırkı iddia ərizəsi üzrə bağda olan fındıq ağaclarının dəyərini tələb etmirlər. Lakin sonrakı 3 il, yəni 2019-2020-2021-ci ildə fındığın məhsulunu hazırkı iddiaçılar yığdığından və sataraq gəlir kimi pul əldə etdiklərindən hazırda 3 ilin onlara vurulmuş ziyanlığını onlardan tələb edirlər. Çünki iddiaçılar bağın onların mülkiyyətində olduğunu bilmiş və apellyasiya şikayəti verməklə və Şəki İnzibati Məhkəməsində əsassız iddia qaldıraraq vaxt qazanmaqla həmin bağda olan fındığın barını yığaraq onlara maddi ziyan vurmuşlar. İlk iddiaçılar iddialarını müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmişlər. Əksinə cavabdehlər qarşılıqlı iddialarını müdafiə etmiş, ilk iddianı isə əsassız hesab etmişlər. Azərbаycаn Respublikаsının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət etsələr də öz iddialarını əsaslandıracaq mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə onların məhkəməyə təqdim etdikləri sübutlara tənqidi yanaşır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd edilən mübahisəli bağın məhz onlar tərəfindən salınmasını sübuta yetirə bilməmişlər. Hətta onların vəsatəti ilə şahid qismində dindirilən şahidlər də həmin bağın Mayıs və ya Qəndəvət tərəfindən salınmasını, həmin bağın yerləşdiyi torpaq sahəsinin əkin və bağın salınması üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə dolğun ifadə verməmişlər. Əksinə həmin şahidlərdən bəziləri cavabdeh Məhbubənin həmin bağda işləməsini gördüklərini bildirmişdir. Buna görə də məhkəmə ilk iddianı əsaslı hesab etmir. Lakin məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslıdır və onun təmin edilməsi üçün işdə mötəbər sübutlar vardır. Belə ki, iddiaçıların özlərinin etirafı, onların vəsatəti ilə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi, həmçinin cavabdehlərin izahatı ilə müəyyən olundu ki, 2019-2020-2021-ci ilin bar mövsümündə bağda olan fındıq məhsulunu iddiaçıar qeyri-qanuni olaraq özləri yığmış və həmin məhsulu sataraq gəlir əldə etmişlər. Baxmayaraq həmin dövrdə iddiaçıların qeyd edilən torpaq sahəsindən çıxarılmaları və cavabdehlərə maneçilik yaratmamaları ilə bağlı məhkəmə qətnamələri olmuş, bütün bunlara baxmayaraq iddiaçılar cavabdehlərin mülkiyyətində olan həmin bağdan çıxmamaış, bu 3 il ərzində onlara bağda olan məhsulları yığmalarına mane olmuşlar. Bundan başqa işdə olan sənədlərlə müəyyən olunur ki, qeyd edilən 1.48 ha torpaq sahəsində 350 findıq kolu (topası) vardır. İşdə olan “Kristal MM” şirkətinin 30 noyabr 2021ci il tarixli, 1107/21 saylı qiymətləndirmə rəyindən görünür ki, hər fındıq topasından hər il 10 kq findiq almaq mümkündür. Həmçinin müəyyən olunur ki, 2018-2021-ci illərdə Şəki rayonu üzrə fındığın orta bazar qiyməti 3,50-4 manat arasında dəyişmişdir. Bununlada belə nəticəyə gəlmək olur ki, o, 2019-2020-2021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığmaları nəticəsində cavabdehlərə ən azı 36750 (otuz altı min yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Belə ki, 1 ildə 350 ədəd fındıq kolu (350 x 10 kq = 3500 kq) 3500 kq məhsul verir. Fındığın orta bazar qiymətini 3.5 manat götürdükdə 1 ildə toplanan (3500 kq x 3.5 =12.250) fındığın dəyəri 12250 manat təşkil edər. Belə olan halda ildə qeyd edilən bağdan əldə edilən fındıqdan götürən gəlir 3 ilə (12250 x 3 = 36750 manat) 36750 manat təşkil edər. Beləliklə yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1.48 ha və 1.8 ha torpaq sahəsinə çəkilmiş xərcin, yəni 12321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın, yəni 21312 (iyirmi bir min üç yüz on iki) manatın, Kristal-MM MMC-yə ödənilmiş 1100 manat xərcin və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara verilməsi tələbinə dair ilk iddiaları təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 36750 (otuz altı min yeddi yüz əlli) manat məbləğdə pul vəsaiti və ödənilmiş 201 manat dövlət rüsumu alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu və tələb edilən xərclər onların özlərinə aid edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş rüsum isə ilk iddiaçılardan alınaraq cavabdehlərə verilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 1.8 ha torpaq sahəsinə çəkilmiş xərcin yəni 12321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın, yəni 21312 (iyirmi bir min üç yüz on iki) manatın, Kristal-MM MMC-yə ödənilmiş 1100 manat xərcin və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara verilməsi tələbinə dair ilk iddiaları təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 36750 (otuz altı min yeddi yüz əlli) manat məbləğdə pul vəsaiti və ödənilmiş 201 manat dövlət rüsumu alınaraq Cavabdeh1 və Cavabdeh2 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1201/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1201/2022
05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver