Məhkəmə qərarları › İş №e-2(075)-1203/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1203/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1203/2024 23.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 qarşı üçüncü şəxs X20 olmaqla “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X12 tərəfindən ona vurulmuş 26031.5 (iyirmi altı min otuz bir manat əlli qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 168.1 (bir yüz altmış səkkiz manat on qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X7 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Mövcud təsərrüfatının genişləndirilməsi məqsədi ilə torpaq icarəyə götürmək qərarına gəlmiş və həmin vaxtı özlərinin mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək istəyən Cavabdeh5 ilə bu barədə razılaşmışlar. Belə ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X15 2.60 hektar torpaq sahəsi (3 kontur olmaqla – 0.8098 ha, 07648 ha və 1.0280 ha) verilmişdir. Bu barədə Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X13 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən JN 260 saylı Dövlət Aktı verilmişdir. 01 may 2016-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X9 Rayonu Torpaq Şöbəsi tərəfindən verilmiş seriya nömrəsi JN 260 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 2.60 ha torpaq sahəsini ona 99 illik icarəyə vermişlər. Beləliklə aralarında 99 illik icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən icarə haqqını da icarə müqaviləsi bağlanarkən icarə haqqını da tam şəkildə ödəmişdir. Həmin torpaq sahəsi ona icarəyə veriləndən 2021-ci ilə kimi onun istifadəsində olmuş və 2021-ci ilədək həmin torpaq sahəsini o əkmişdir. Torpağa dair verilən subsidiyanı da o almışdır. 2021-ci ilin yaz aylarında X2 Elçin Novruz oğlunu aldadaraq vasitəçilik edərək ona daha öncə onun icarəsinə verilmiş torpaq sahəsini digər şəxsə satmışdır. Belə ki, onun xəbəri olmadan cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X5 nömrəsi JN 260 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 2.60 ha torpaq sahəsinə dair 1.028 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, 0.7648 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və 0.8098 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Daha sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X3 1.28 ha torpaq sahəsini Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1454 saylı alqı-satqı müqaviləsinə əsasən, 0.8098 ha əkin torpaq sahəsi Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1455 saylı alqı-satqı müqaviləsinə əsasən, 0.7648 ha torpaq sahəsini isə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1456 saylı alqı-satqı müqaviləsinə əsasən X1. 2021-ci ildə torpaq sahəsinin yeni mülkiyyətçisi onu həmin torpaq sahəsindən çıxarmışdır. O həmin 2.6 ha torpaq sahəsinin ətrafını kənar şəxslər və mal-qara girməməsi üçün xəndək qazaraq ayırmış, xəndəyin üstündən də qaratikan kolu ilə kəpərləmişdim. Həmin ərazidə artıq uzun müddətdir ki, yonca bitkisi əkmişdir. Beləliklə Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X8 qanunsuz və saxtakar əməlləri nəticəsində ona 26031.5 manat məbləğində maddi ziyan dəmişdir. Ona dəymiş maddi ziyan aşağıdakı qədərdir: 1. Ona satılmış torpaq sahəsinin dəyəri – 5200 manat; 2. Torpaq sahəsinin ətrafını xəndəklə qazılmasına çəkdiyi xərc – 520 manat; 3. Torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc – 260 manat; 4. Əkdiyi yoncanı biçə bilmədiyi üçün əldən çıxmış fayda – 19500 manat; 5. Torpaq sahəsini sənədləşdirərkən çəkdiyi yol xərci - 150 manat; 6. Torpaq sahəsinin sənədləşdirilməsi üçün ödədiyi rüsumlar - 401.5 manat İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 01 may 2016-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X9 Rayonu Torpaq Şöbəsi tərəfindən verilmiş seriya nömrəsi JN 260 olan dövlət aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 2.60 ha torpaq sahəsini ona 99 illik icarəyə vermişlər. Beləliklə aralarında 99 illik icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən icarə haqqını da icarə müqaviləsi bağlanarkən icarə haqqını da tam şəkildə ödəmişdir. Həmin torpaq sahəsi ona icarəyə veriləndən 2021-ci ilə kimi onun istifadəsində olmuş və 2021-ci ilədək həmin torpaq sahəsini o əkmişdir. Torpağa dair verilən subsidiyanı da o almışdır. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. 2021-ci ildə ona satdıqları torpaq sahəsinə başqa bir şəxsə satmışlar. O həmin torpaq sahəsindən uzun müddətdir ki istifadə edir, orada əkinçilik fəaliyyəti ilə məşğul olur. Hal-hazırda torpaq sahəsini əlindən almışlar və nəticədə ona maddi ziyan vurmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh iclasında Novruz Qasım oğlunun etibarnamə üzrə nümayəndəsi X19 izahat verərək bildirdi ki, 2016-cı il tarixdən İddiaçı onların torpaq sahəsindən icazəsiz istifadə etmişdir. Qardaşlarının bundan xəbərləri olduqdan sonra isə heç bir problem yaratmamış və ona torpaq sahəsindən istifadə etməsinə icazə vermişlər. Lakin həmin torpaq sahəsi onların mülkiyyətində olmuş və iddiaçıya satmamışlar. Sonradan həmin torpaq sahəsini başqa şəxsə satmaq qərarına gəlmişlər. Bundan sonra torpaq sahəsini X20 adlı şəxsə satmışlar. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə alıcı X16 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilədən görünür ki, satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1,028 hektar torpaq sahəsini 1000 manata alıcıya satmışlar. - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə alıcı X16 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilədən görünür ki, satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,7648 hektar torpaq sahəsini 760 manata alıcıya satmışlar. - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə alıcı X16 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilədən görünür ki, satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,8098 hektar torpaq sahəsini 800 manata alıcıya satmışlar. - Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış torpaq icarəsi müqaviləsindən görünür ki, Şəki rayonu, Sarıca kənd sakini İddiaçı kənd təssərrüfatı məhsulları istehsalı ilə məşğul olması üçün 2.90 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmişdir. - JN-0260 Kod 40400018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 48 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh2, Cavabdeh1, X18, Cavabdeh4, Cavabdeh5 2.60 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 169 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, iddiaçının tələbinin bir hissəsi yəni ona cavabdehlər tərəfindən vurulan ziyanın 19500 manatlıq hissəsi əkdiyi yoncanın biçə bilmədiyi üçün əldən çıxmış fayda və eləcə də torpaq sahəsinin ətrafını xəndəklə qazılmasına çəkdiyi xərc və torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində göstərilən və görülməsi iddia edilən yaxşılaşdırmalar olan cavabdehlərin mülkiyyətlərində olmuş torpaq sahəsi daha sonra hazırkı iş üzrə üçüncü şəxs olan Cavanşir Rüstəmə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, görülməsi iddia edilən yaxşılaşdırmaların dəyəri hazırkı iş üzrə üçüncü şəxs Cavanşir Rüstəmdən tələb edilməlidir. Şərh edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X12 tərəfindən ona vurulmuş 26031.5 (iyirmi altı min otuz bir manat əlli qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 168.1 (bir yüz altmış səkkiz manat on qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X7 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X12 tərəfindən ona vurulmuş 26031.5 (iyirmi altı min otuz bir manat əlli qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 168.1 (bir yüz altmış səkkiz manat on qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X18 və X7 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar