Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1207/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment və ilkin mediyasiya ilə bağlı ödədiyi 50 manat rüsumun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X13 ilə 10 oktyabr 2015-ci il tarixdə nikahlarını Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 25 may 2017-ci il tarixdə Sevda adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamaqlarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən 2018-ci ilin sentyabr ayından faktiki olaraq, Şəki Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə isə rəsmi şəkildə ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahdan anadan olan və yetkinlik yaşına çatmayan uşaqları Sevda onun hamayəsindədir. Nikah pozularkən Sevda onun himayəsində saxlanılmış və onun saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonuncu dəfə alimentin artırılması ilə bağlı 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(075)-436/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə 150 manat alimentin tutulması qət edilmişdir. Lakin qeyd olunan 150 manat alimentlə uşağın tələbatlarını tam şəkildə ödəmək mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, birgə nikahdan olan uşaqları böyüdükcə onun maddi tələbatları da artır. Uşağının altı yaşı tamam olacaqdır. Növbəti ildən orta məktəbdə təhsil almağa başlayacaqdır. Təyin olunmuş aliment məbləğin uşağın zəruri tələbatlarını qarşılamır. Birgə nikahdan olan uşaqlarını saxlamaqda maddi cəhətdən çəkinlik məkir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçının hazırki aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, onun artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. O. hal-hazırda heç yerdə işləmir. Təyin olunmuş alimentdən onun 500 manat borcu yaranmışdır. Onun maddi imkanı olmadığı üçün uşağı ilə görüşmür. İddianı əsassız hesab edir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 11 fevral 2020-ci il tarixli, AZ-T 136597 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 may 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X5r. İşdə olan Şəki Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(075)-141/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh X7 arasında 10 oktyabr 2015-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış 19 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşağı 25 may 2017-ci il təvəllüdlü X10 anası iddiaçı X1 yanında qalması, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi, alimentin tutulmasının əvvəli 15 oktyabr 2018-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)-436/2020 saylı qətnaməsindən görünür ki, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay üçün sabit pul məbləğində 150 manat alimentin tutularaq İmamverdiyeva (Ələkbərova) Şahnaz Eldəniz qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 aprel 2023-cü il tarixli MŞŞ/MT018/2023-00967 nömrəli X9 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 19 aprel 2023-cü il tarixində 11:00-12:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X9 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X12 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)-436/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 25 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 25 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)-436/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, 50 manat mediasiya xərci Cavabdeh İddiaçı verilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 25 may 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)-436/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1207/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1207/2023
25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver