Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1208/2023 30.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və dövlət büdcəsinə ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 28 mart 2022-ci il tarixdə 4000 manat borc pul vermişdir. Cavabdeh həmin borcunu 28 aprel 2022-ci il tarixdə qaytaracağına söz vermişdir. Bununla bağlı Cavabdeh ilə aralarında 28 mart 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh ona olan borcunu bu günədək ödəməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan 3M165 reyestr nömrəli xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, X1 Nicar İbrahimxəlil oğluna 4000 manat məbləğində borc vermişdir. Həmçinin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş 8i-7658 reyestr nömrəli 10 iyun 2022-ci il tarixli icra qeydindən görünür ki, X1 Nicar İbrahimxəlil oğlunun arasında bağlanmış 3M165 reyestr nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında X2 4000 manat tutulub X5 verilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iş materiallarında olan Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış 28 mart 2022-cı il tarixli, 3M-165 reyestr nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 28 aprel 2022-ci il tarixədək 4000 manat məbləğində borc pul vermişdir. Bundan sonra cavabdeh, qeyd edilən müddət ərzində borc məbləğini qaytarmadığına görə iddiaçının müraciəti əsasında Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi qəbul edilmiş və 4000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə iddiaçının iddia ərizəsində 28 mart 2022-cı il tarixli, 3M-165 reyestr nömrəli kredit müqaviləsi üzrə tələb etdiyi borc məbləğinə münasibətdə artıq Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi verildiyindən və notariusun icra qeydi məhkəmə qərarına bərabər tutulduğundan və hazırda icra qeydi qüvvədə olduğundan yenidən eyni tələblə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqda həmin predmet barəsində yenidən iddia qaldırılmasının qeyri-mümkün olduğunu nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı 4000 manat məbləğində pulun və dövlət büdcəsinə ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilən 60 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1208/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1208/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver