Məhkəmə qərarları › İş №e-2(075)-121/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-121/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-121/2024 20.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1105nkSHEK/14 saylı kredit müqaviləsi üzrə 134.62 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2023cü il tarixli, 2(075)-2033/2023 saylı qərardadı ilə iddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia icraatına keçirilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 21 noyabr 2023-cü il tarixə, saat 11:40-a təyin edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclasıları 21 noyabr 2023-cü il və 10 yanvar 2024-cü il tarixlərdə keçirilmiş, iş üzrə məhkəmə baxışı iclası bu günə, yəni 20 fevral 2024-cü il tarixə, saat 11:40-a təyin edilmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 19 fevral 2024-cü il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi ərizəsində cavabdeh tərəfindən borc tam olaraq ödənildiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq hesab edir ki, "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməli, ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nə qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar