Məhkəmə qərarları › İş №e-2(075)-1213/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1213/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1213/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 825 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən iddiaçı VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o özünə məxsus olan VÖEN: ********** nömrəsinə bağlı olan "xxxx" MMC adından müştərilərinə bir hissəsini əvvəlcədən ödəməklə, qalan hissəsini isə aylar üzrə tərtib edilmiş qrafikə uyğun ödəməklə müxtəlif əşyaların satışı ilə məşğul olmuşdur. Lakin hazırkı iş üzrə cavabdeh olan müştəri tərəfindən ona satılmış əmlakların ödənişi lazımi qaydada ödənilməmiş və cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və aralarında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi təşəbbüsünə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli 004646 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 8 ay müddətinə dəyəri 440 manat olan 1 ədəd sadə qaz pilitəsi satılmışdır. Cavabdeh tərəfindən cəmi 40 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 400 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004647 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 6 ay müddətinə dəyəri 240 manat olan 1 ədəd qazan dəsti satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 220 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004648 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 5 ay müddətinə dəyəri 225 manat olan 1 ədəd mikrovalnovka satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 205 manat borcu yaranmışdır. Göründüyü kimi ümumilikdə cavabdehin satılmış əşyalara görə 825 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparılmış, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubunda müqavilənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Artıq hüquqları pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 825 manat borc məbləği və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 825 manat borc məbləği və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar