Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1220/2022 30.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutularaq 15 may 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 01 noyabr 2001-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 25 sentyabr 2002-ci il tarixdə X7 və 15 may 2006-cı il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulduğundan nikahları pozulmuş və hər iki oğlu onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 2(075)-437/2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq 25 sentyabr 2002-ci il tarixdə anadan olmuş X7 və 15 may 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Bildirmişdir ki, uşaqlarının maddi təminatı tam təmin edə bilmədiyi üçün sonradan Cavabdeh qarşı aliment miqradırının artırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-580/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 25 sentyabr 2002-ci il tarixdə anadan olmuş X7 və 15 may 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul olunandan sonra böyük övladı X7 yetkinlik yaşına çatmış və ona ödənilən aliment kəsilmişdir. Həmçinin həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın təlabatının ödənilməsi üçün həddindən artıq az olduğundan o, X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(075)-633/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 15 may 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq həmin alimentin təyin edilməsindən bir il müddət ötmüş, həmin dövrdə yaşayış minimumu artaraq 193 manat olmuşdur. Günü gündən bahalaşma gedir. Onun da maddi vəziyyəti yaxşı deyil. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Belə ki, o, X3 sədri vəzifəsində işləyir. Bildirmişdir ki, o, məhkəməyə müraciət etməmişdən əvvəl aliment miqdarının artırılması tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin mediasiya prosesində aralarındakı mübahisə öz həllini tapmamışdır. Birgə nikahlarından olmuş uşaqlarının maddi təminatını qarşılaya bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 iyul 2006-cı il tarixli, AZ-İ 808612 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 2006-cı il təvəllüdlü X6 atası Cavabdeh, anası X4r. İşdə olan Şəki Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(075)-633/2021 nömrəli qətnaməsindən görünür ki, 15 may 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 150 manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İşdə olan 23 aprel 2022-ci il tarixli, 2022-MŞİH-16617 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 23 aprel 2022-ci il tarixdə, 15:30 – 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etdi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh Piriyev Sabir oğlu X2 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(075)-633/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 may 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh bundan əvvəl 2 uşaq üçün 240 manat aliment ödəmişdir. Hazırda isə uşaqlardan 1-i yetkinlik yaşına çatdığından cavabdeh yalnız digər övladı üçün aliment ödəyir. Həmçinin cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ikinci nikaha daxil olmasını, həmin nikahdan uşaqlarının olması barədə hər hansı sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(075)-633/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Göründüyü kimi mediasiya prosesində iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İddiaçı mediasiya xərclərini ödədiyi və mediasiya prosesindən keçdiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. İddia qismən təmin edildiyindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 15 may 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(075)-633/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1220/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1220/2022
30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver