Məhkəmə qərarları › İş №e-2(075)-1228/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1228/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1228/2022 21.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Ağabəy oğluna qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə kreditə görə 0 manat əsas, faiz borcuna görə 206,14 manat, cərimə borcuna görə 104,7 manat olmaqla cəmi 310,84 manat pul məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş 2 ədəd 585 əyarlı çəkisi 7,5 qr olan üzüyə, 1 ədəd 585 əyarlı çəkisi 3,5 qr olan sırqaya, 1 ədəd 585 əyarlı çəkisi 5,8 qr olan qolbağa, 1 ədəd 585 əyarlı çəkisi 17,6 qr olan sepə, cəmi 34,4 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 310,84 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 03 iyun 2022-ci il tarixdə İddiaçı ASC iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə kreditə görə 0 manat əsas, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 104,7 manat olmaqla cəmi 104,7 manat pulun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş 2 ədəd 585 əyarlı çəkisi 7,5 qr olan üzüyə, 1 ədəd 585 əyarlı çəkisi 3,5 qr olan sırqaya, 1 ədəd 585 əyarlı çəkisi 5,8 qr olan qolbağa, 1 ədəd 585 əyarlı çəkisi 17,6 qr olan sepə, cəmi 34,4 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 104,7 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, SBLMB-6131 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. 13 iyun 2022-ci il tarixdə saat 10:00-da iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin baxış iclası bu günə, yəni 21 iyul 2022-ci il tarixə, saat 09:00-a təyin edilmişdir. 08 iyul 2022-ci il tarixdə İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağabəy oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, Cavabdeh Ağabəy oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC oğluna izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC oğluna qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh Ağabəy oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC oğluna qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar