Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-123/2023 13.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona verilməli olan 18401 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 17595 manat borc məbləğinin və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun etibarından suiistifadə edərək onun 33304 manat pulunu almış və həmin pulun 18401 manatını geri qaytarmamışdır. O, Cavabdeh həmin hərəkətləri ilə bağlı aidiyyəti üzrə şikayət etmiş və şikayəti üzrə araşdırma aparılmışdır. Cavabdeh barəsində ona qarşı etdiyi həmin cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh 179.2.3 və 179.2.4cü maddələri təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi apellyasiya şikayəti vermişdir. Hökm çıxarılmamışdan qabaq cavabdeh borcundan 10000 manat ödəniş etmişdir. Qeyd edilən işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh vurduğu ziyandan 5000 manatını ödəmiş və qalan borcunu ayda 500 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş, bununla bağlı ərizə yazaraq məhkəməyə təqdim etmişdir. O da, Cavabdeh və onun yaxınlarının xahişlərini diqqətə alaraq, humanistlik etmiş Cavabdeh şikayətçi olmamışdır. Cavabdehin şirkətə olan borcunu o, özü ödəmişdir. Buna görə də, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzası verilərək o, məhkəmə zalında həbsdən azad edilmişdir. Lakin Cavabdeh azadlığla çıxdıqdan sonra yalnız bir dəfə, 05 noyabr 2019-cu il tarixdə 500 manat ödəniş etmiş, qalan borcunu bu günədək ödəməmişdir. Cavabdeh borcundan hər ay beş yüz manat ödəniş etməklə ona olan cəmi 18901 manat borcunu 04 aprel 2019-cu il tarixdən başlamaqla 37-38 aya, yəni, təxminən 3 ilə ödəməli olmuşdur. Lakin Cavabdeh bu günədək onun qalan 18401 manat pulundan heç bir ödəniş etməmişdir. Beləliklə cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin hazırda ona olan borcu 17595 manat təşkil edir. Cavabdehin depozit hesabına qoyulan 3000-4000 manat pul onun ümumi borcundan çıxılmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, 2010-cu ildə "xxxx" MMC-də satış təmsilçisi kimi işə götürülmüş və 2017-ci ildə işdən çıxarılmışdır. İşə qəbul olan zaman onunla şirkət arasında əmək müqaviləsi bağlanmamış və işdən çıxarılan zaman hər hansı əmr verilməmişdir. Bildirmişdir ki, "xxxx" MMC-dən işdən çıxarılan zaman iddiaçı ona onun şirkətə borcunun olduğu bildirmiş və yoxlama aparılmışdır. Yoxlama nəticəsində onun şirkətə 33304 manat məbləğdə borcunun olması müəyyən olunmuşdur. Bundan sonra barəsində cinayət işi başlanılmış, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək iki il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş, həmin cinayət işi məhkəmənin icraatında olan zaman şirkətə olan borcundan 10000 manat ödəniş etmiş, sonradan da 5000 manat ödəmişdir. O, da İddiaçı ilə razılaşmışdır ki, ona olan borcunu hər ay 500 manat olmaqla qaytaracaqdır. Lakin maddi imkanı aşağı olduğu üçün borcunu qaytara bilməmişdir. İddianı qəbul edir. Lakin onun şirkətin depozit hesabında 4200 manat pulu olmuşdur. Məhz həmin məbləğin ümumi borcdan çıxılmasını istəyir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra bankdan kredit götürüb borcunu ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etməmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, İddiaçı ona qarşı olan iddiasını qəbul edir. İş materiallarına əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu, şirkətin bölgə rəhbəri olan İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 20 dekabr 2018-ci il tarixdən 04 aprel 2019-cu il tarixədək həbsdə olduğu 3 ay 15 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 günə 2 gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh, 09 dekabr 2011-ci il tarixdən 17 yanvar 2017-ci il tarixədək "ARS” MMC-nin Şəki filialında satış təmsilçisi (ekspeditor) vəzifəsində işləyərkən 33304 manat pulu mənimsəmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri cinayət işi açılmış və Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)- 77/2018 saylı hökmü ilə Cavabdeh 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarı ilə Cavabdeh müdafiəçisi X2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qanuni qüvvəsini almış birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarında da hazırkı iş üzrə Cavabdeh həqiqətən də 33304 manat məbləğində pulu mənimsədiyi sübuta yetirilmişdir. İddia tələbində də qeyd edildiyi kimi həmin məbləğin bir qismi cavabdeh tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda İddiaçı, cavabdeh tərəfindən ona ödənilməli olan, lakin bu günədək ödənilməmiş 17595 manat məbləğində borc pulu tələb edir. X1 Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarının məzmunundan (Cavabdeh ifadəsində) görünür ki, İddiaçı ilə Cavabdeh aralarında belə razılaşmışlar ki, qeyd edilən borc məbləği Rövşən tərəfindən Ceylan MMC-yə ödənilir və əvəzində onun Rövşənə 33 304 manat borcu olması barədə notarial qaydada borc müqaviləsi bağlanılır. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh sonuncu dəfə dəymiş ziyanın 5000 manatını ödəmiş, qalan məbləğin isə ayda 500 manat olmaqla ödənilməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi cavabdehin şirkətə vurduğu ziyan iddiaçı tərəfindən ödənilmiş və bu hal iş materialları, həmçinin onun özünün etirafı ilə tam sübuta yetirilir. Cavabdeh, məhkəmə iclasında, işlədiyi müddətdə 4200 manat depozitin yığılmasını, onun iddiaçıya olan 17595 manat məbləğində borcundan həmin depozit məbləğinin çıxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə, onun həmin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, həmin halları sübut etmək Cavabdeh üzərinə düşsə də, o, buna dair məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. İşin həmin halı sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17595 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 17595 manat məbləğində pul və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-123/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-123/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver