Məhkəmə qərarları › İş №e-2(075)-1239/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1239/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1239/2022 07.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yаşınа çаtаnаdək mаddi təminаtları üçün hər аy Cavabdeh bütün növ qazancından sаbit pul məbləğində hər ay 300 manat məbləğində alimentin tutulаrаq ona verilməsini və Cavabdeh ilə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 üç yаşınа çаtаnаdək baxmağı üçün Cavabdeh ona maddi cəhətdən kömək etməyi üçün hər ay 100 manat pulun Cavabdeh tutulаrаq ona verilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el atədi ilə toy edib ailə qurmuşlar. Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 19 noyabr 2019cu il tarixdə nikahları bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 № ilə qeyd edilmişdir. Birgə nikahlarından 14 dekabr 2020-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Qardaşı 2-ci Qarabağ müharibəsində şəhid olduğu üçün uşaqlarına şəhid qardaşı Səbuhinin adını qoymuşlar. Ailə qurduqları ildən bir yerdə yaşasalarda, cavabdehin hüquqa zidd və mentalitetimizə uyğun olmayan hərəkətlərinə görə, ələxsus da dəfələrlə ona əl qaldırdığına görə onların bir yerdə yaşamaqları baş tutmamış, aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Uşaqlarının yaşayış yeri, saxlanması, tərbiyyə olunması və təhsil alması barədə cavabdehlə aralarına razılaşma olmasa da, uşaqlarının ona olan bağlılığı və nəhayət ana nəvazişinə və qayğısına ehtiyacı olduğu üçün o, onunla birlikdə, cavabdehdən ayrı yaşayır. Azyaşlı kimi uşağın qidalanmasını, geyimini və təmizlənməsini təmin etməkdə maddi yardıma ehtiyacı var. Lakin cavabdeh bir dəfə də olsun uşağın qidası, inkişafı və tərbiyəsi maraqlanmamış, könüllü olaraq uşağa maddi yardım göstərməmişdir. Onu da qeyd etmişdir ki, cavabdeh Unibankın Şəki filialında işləyir və kifayət qədər yüksək maaş alır. Cavabdeh hal-hazırda işindən, istirahətindən qalmır, lakin uşağın qayğısına qalmaq istəmir və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəməyə etiraz ərzəsi göndərərək, ərizədə göstərmişdir ki, iddiaçı öz ərizəsində 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Buna münasibətdə bildirmişdir ki, alimentin sabit pul məbləğində verilməsi əsasları Ailə Məcəlləsinin 78-ci maddəsində qeyd olunmuşdur. Həmin maddədə qeyd olunan əsaslara görə aliment verməyə borclu olan şəxsin qazancı və ya gəliri yoxdursa, valideynin qazancı müntəzəm olaraq dəyişkəndirsə və s. sabit pul məbləğində aliment təyin oluna bilər. Halbuki, o əmək müqaviləsi ilə "xxxx" KB ASC-də işləyir (etiraza iş yerinə dair arayış əlavə olunur) və aylıq olaraq qazancı 435 AZN təşkil edir. Ailə Məcəlləsinin 76.1-ci maddəsində qeyd olunur ki, “Alimentin ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideynin aylıq qazancının ¼ %-i miqdarında aliment tutulur. Buna görə də aliment sabit pul məbləğində deyil, aylıq qazancının (435 AZN-in) ¼-i miqdarında tutulmalıdır və onun buna etirazı yoxdur. Bundan başqa iddiaçı öz ərizəsində birgə nikahlarından dünyaya gələn övladlarının 3 yaşına çatanadək baxılması ilə əlaqədar 100 manat pulun ondan tutulmasını tələb edir. Bununla əlaqədar bildirmişdir ki, İddiaçı halhazırda rəsmi olaraq Şəki Rayon Psixiatriya Xəstəxanasında işləyir və rəsmi olaraq burdan maaş alır. Buna görə də, övladlarının 3 yaşına çatanadək baxılması ilə əlaqədar 100 manat pulun ondan tutulmasına ehtiyac yoxdur və iddia tələbinin bu hissədə rədd edilməsini xahiş etmişdir. İşdə olan Şəki regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən 19 noyabr 2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında 19 noyabr 2019-cu il tarixdə bağlanmış nikah 624 nömrə ilə qeydə alınmışdır. İşdə olan Şəki regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 14 dekabr 2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının izahatını, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 19 noyabr 2019-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onların arasında olan səmimi ailə münasibətləri pisləşmiş, hazırda tərəflər ayrı yaşayırlar. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hazırda anaları İddiaçı yanında qalır. İddiaçının İddiaçı iddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Cavabdehin özü isə etiraz ərizəsində aylıq əmək haqqısının 435 manat olduğunu və qazancının dörddə biri miqdarında alimentin tutulmasını qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı və aliment sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda iddiacı iddiasında xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yаşınа çаtаnаdək hər аy Cavabdeh bütün növ qazancından sаbit pul məbləğində hər ay 300 manat məbləğində alimentin tutulаrаq ona verilməsini və X2 üç yаşınа çаtаnаdək baxmağı üçün hər ay 100 manat pulun Cavabdeh tutulаrаq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iddiaçı və onun vəkili tərəfindən Cavabdeh bunun üçün zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə iddiacının iddiasının azyaşlı oğlunun 3 yaşına çatanadək baxması üçün cavabdehin ona maddi cəhətdən köməklik etməsi üçün 100 manat pul məbləğinin hər ay cavabdehdən alınaraq ona verilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 14 dekabr 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 180 manat məbləğində aliment tutulmalı, aliment tutulmasının əvvəli iddiaçının məhkəmə müraciət etdiyi 11 may 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yаşınа çаtаnаdək Cavabdeh sаbit pul məbləğində hər ay 180 (yüz səksən) manat aliment tutulаrаq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar