Məhkəmə qərarları › İş №e-2(075)-124/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-124/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-124/2023 06.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X13 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X7 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı müqaviləyə 440,61 ABŞ dolları əsas, 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılması barədə ərizəsində cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 440,61 ABŞ dolları əsas və 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Cavabdeh1 cavabdeh siyahısından çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X15 ərizənin məzmununa uyğun izahat verərək tələbi belə əsasandırdı ki, İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinə əsasən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmişdir. X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin zaminliyə dair hissəsi Cavabdeh1 tərəfindən imzalanmış və zamin Cavabdeh1 X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən üzərinə düşən öhdəliyə əməl edilərək kredit məbləğinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdehlər X9 və Cavabdeh1 kredit sazişi üzrə üzərlərinə düşən öhdəliyə əməl etməyərək kredit borcunun ödənilməsini təmin etməmişlər. X9 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X6 ondan qalmış mirası qəbul edən qanun üzrə vərəsəsi kimi cavabdeh X10 qalmışdır. Ona görə də mərhum oğlunun İddiaçı ASC-nə olan 440,61 ABŞ dolları əsas və 628.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1069,13 ABŞ dolları borcu və 39 manat məbləğində ödənilmiş dövlət rüsumu X3 qalmış mirası qəbul edən qanun üzrə vərəsəsi kimi cavabdeh X2 tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Bu səbəbdən də bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişindən görünür ki, həmin sazişə əsasən İddiaçı ASC tərəfindən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada hər ay hissə-hissə ödənilməli idi. X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin zaminliyə dair hissəsi Cavabdeh1 tərəfindən imzalanmış və zamin Cavabdeh1 X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 29 may 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, X9 29 may 2015-ci il tarixdə İddiaçı ASC-dən həmin kassa məxaric orderinə imza etməklə 1657 ABŞ dolları kredit almışdır. İşdə olan 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X9 götürdüyü 1657 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 37 ay müddətində qaytarmalı olmuşdur. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2018-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X9 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 08 mart 2019-cu il tarixli, 367 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki rayonu, Baş Zəyzid kənd sakini X9 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, onun vərəsələri kimi qızları X10, X11 və X4 qalmışdır. İşdə olan X11 tərəfindən yazılmış və 08 fevral 2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X11 həmin ərizəsi ilə 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras əmlakdan ona çatası paydan imtina etmişdir. İşdə olan X4 tərəfindən yazılmış və 08 fevral 2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X4 həmin ərizəsi ilə 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras əmlakdan ona çatası paydan imtina etmişdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh2dır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, 9/2635 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən. hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin qeyd olunan şərtləri nəzərə alınmaqla X6 İddiaçı ASC-nə müqavilə bitən müddətə, yəni 29 iyun 2018-ci il tarixə 557,73 ABŞ dolları əsas və 669,03 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra, yəni 14 oktyabr 2022-ci il tarixə 426,47 ABŞ dolları əsas və 1155,84 ABŞ dolları faiz borcu təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı ASC-nə borcun azaldılmasına yönəldilmiş hissə də nəzərə alınmaqla xarici valyutada olan əsas kredit borcu manat hesabı ilə (1 ABŞ dollarının Azərbaycan manatına 1,70 manat məzənnəsi ilə) 749,04 manat təşkil etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə-ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinə əsasən X8 illik 27 faiz olmaqla 37 ay müddətinə 1657 ABŞ dolları məbləğində kredit verilmişdir. X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə X9 arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı kredit sazişinin zaminliyə dair hissəsi Cavabdeh1 tərəfindən imzalanmış və zamin Cavabdeh1 X6 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən üzərinə düşən öhdəliyə əməl edilərək kredit məbləğinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdehlər X9 və Cavabdeh1 kredit sazişi üzrə üzərlərinə düşən öhdəliyə əməl etməyərək kredit borcunun ödənilməsini təmin etməmişlər. Hazırda İddiaçı ASC 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı sazişə əsasən X6 borcunun ödənilməsini Cavabdeh2 tələb edir və İddiaçı ASC-nin zamin Cavabdeh1 qarşı tələbi yoxdur. Belə ki, iş üzrə əsas borclu X9 24 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X1 birinci dərəcəli vərəsələri kimi qızları X10, X11 və X4 qalmışdır. X11 və X4 08 fevral 2019-cu il tarixdə yazdıqları və notarial qaydada təsdiq edilmiş ərizələrində 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras əmlakdan onlara çatası paydan imtina etdiklərini bildirmişlər.Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 24 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh2 qalmış və Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh2 mərhum atası X3 qalmış mirası faktiki olaraq qəbul etdiyindən İddiaçı ASC 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı sazişə əsasən X6 borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 birinci dərəcə üzrə vərəsəsi olduğu X6 iddiaçı İddiaçı ASC-nə 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə iddia tələbində göstərilən məbləğdə borcu qalmamışdır. Belə ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində göstərilmişdir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında 29 mart 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Göründüyü kimi iddiaçı İddiaçı ASC ilə X9 nun arasında bağlanmış 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı ASC-nə borcun azaldılmasına yönəldilmiş hissə də nəzərə alınmaqla xarici valyutada olan əsas kredit borcu manat hesabı ilə (1 ABŞ dollarının Azərbaycan manatına 1,70 manat məzənnəsi ilə) 749,04 manat təşkil etmişdir Lakin İddiaçı ASC iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı İddiaçı ASC-nə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Lakin, İddiaçı ASC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək cavabdeh X6 İddiaçı ASC-nə yaranmış 749,04 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda İddiaçı ASC-nin cavabdeh X3 749,04 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Bütün bunları diqqətə alaraq məhkəmə cavabdeh X6 İddiaçı ASC-nə 29 may 2015-ci il tarixli, RP/56233/51/13 saylı saziş üzrə üzrə cəmi 440,61 ABŞ dolları borcu, yəni 1 ABŞ dollarının Azərbaycan manatına 1,70 manat məzənnəsi ilə 749,04 manat borcunun qalmasını qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 440,61 ABŞ dolları (749,04 manat) borc və 39 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı ASCdən, 50 manatı isə Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 440,61 ABŞ dolları (749,04 manat), ödənildiyi zaman Azərbaycan manatının məzənnəsi ilə və 39 manat ödənilən dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar