Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1249/2022 24.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh 25 avqust 2020-ci il tarixli, SKK5861299 saylı kredit müqaviləsinə əsasən 312 manat məbləğində əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 442 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 24 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 25 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 349 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 312 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 748 manat faiz borcu yaranmışdır (312 manat x 240 gün x 1%=748 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 25 avqust 2020-ci il tarixli, SKK5861299 saylı kredit müqaviləsinə əsasən 312 manat əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 442 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı məişət avadanlığına 37 manat ilkin ödəniş etmiş, 12 ay ödəniş cədvəli üzrə aylıq 26 manat olmaqla cəmi 312 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 mart 2021-ci il tarixli,1596 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə 25 avqust 2020-ci tarixində bağlanmış SKK5861299 saylı müqavilə üzrə ödənilməmiş 312 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu, aldığı məişət avadanlığına 37 manat ilkin ödəniş etmiş, 12 ay ödəniş cədvəli üzrə aylıq 26 manat olmaqla cəmi 312 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin 100 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMCnin xeyrinə 25 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin xeyrinə 312 manat əsas borc, 30 manat faiz borcu olmaqla, ümumilikdə 342 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin xeyrinə 312 manat əsas borc, 30 manat faiz borcu olmaqla, ümumilikdə 342 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1249/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1249/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver