Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-127/2025 13.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Respublika X27 filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-48-DA-12/F/2/İ-339/2023 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 1982- 1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu bаrədə əmək kitаbçаsındа və Dövlət Аrхiv Şəki filiаlı аrаyışındа qеydiyyаt аpаrılmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən imtina edilmişdir. Bundan sonra o, iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-351/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsində 2(107)-242/2024 nömrəli iş hakim Rövşən Rəfiyevin sədrliyi ilə icraata götürülmüşdür Cavabdeh apellyasiya şikayətində Respublika X28 filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-48-DA-12/F/2/İ339/20233 nömrəli Arxiv arayışında 1982-1985ci illərdə adında uyğunsuzluq olduğunu bildirmişdir. Şəki Apellyasiya Məhkəməsində 01 may 2024-cü il, 03 iyul 2024-cü il və 14 avqust 2024-cü il tarixlərdə iştirakı ilə məhkəmə iclasları keçirilmişdir. Məhkəmə iclaslarında cavabdeh adında olan uyğunsuzluğa görə arxiv arayışının ona məxsus olmasına şübhə edildiyini bildirmişdir. 14 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə kollegiyası arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etmək tapşırığını vermişdir. Tapşırığın icrası üçün ona 14 gün vaxt vermiş, xx.xx.2024-cü il tarixə təyin olunmuş iclasda Rayon Məhkəməsinə müraciət etməyi barədə sənədləri təqdim etməyini bildirmişdir. Bu səbəbdən X28 filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-48-DA-12/F/2/İ-339/20233 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ərizəsi göndərərək, ərizəçi X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təiyinat üzrə mərkəzi filialı maraqlı şəxs qsimində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası X27 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-12/F/2/l- 339/2023 nömrəli arxiv arayışında adının müvafiq dövrlərdə İlbabə və Rübabə olduğu marədə məlumatlar əks edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan e-2(075)-2083/2024 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. İş üzrə icraat materiallarına əsasən ərizəçi llsmayılova məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X27 filialının xx.xx.2023-cü il tarixli 3-48- DA-12/F/2/l-339/2023 nömrəli arxiv arayışının ona məxsus olması ilə bağlı hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Beəli ki, ərizəçinin təqdim etdiyi arxiv çıxarışında 1982-1983-cü illərdə X10, 1984- 1985-ci illərdə İsmayılova Rübabə, İlbabə İsəbala qızı, 1987-1998-ci ilə kimi isə İddiaçı kimi qeyd edilmişdir.Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imitina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir.Ərizəçi İddiaçı lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İcraatda olan e-2(075)-2083/2024 nömrəli iş üzrə İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən ərizəçi İddiaçı ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 iyun 1984-cü il tarixli, 1635 nömrəli əmək kitabçasından görünür ki, 1982-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş 1980-ci il tarixli, 1555 nömrəli əmək kitabçasından görünür ki, 1980-1998-ci illərdə “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. İşdə olan 12 aprel 2023-cü il tarixli, 3-48-DA-12/F/2/İ-339/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (Rübabə) İsəbala qızı Şəki rayon Qoxmuq kənd 1 May kolxozunda tütünçü işləmiş və onun əmək haqqısı cədvəldəki kimi olmuşdur. Sır Məluma Vəzifəsi Şəxsi GÜ Minimu Pul a t hesab N m hansı il üçün ver 1 1982 Göy tütün 1193 240 170 1760 2 1983 Göy tütün 1193 242 170 2451 3 1984 Tütün,a.məz 1193 222 170 4060 13.07-17.11.84 a.m 4 1985 Göy tütün 2247 232 170 3423 5 1986 23.03- Qis.öd.mə 275 19.12.8 317.21 23.12.86 z 5- 22.03.8 6 a.m 6 1986 2247 198 əlavəsi 362 5 qal 15% 7 1987 Göy tütün 2313 235 170 5842 27.10.87-7.03.88 a.m 8 1988 Kolxozçu, 2313 253 170 4655 məz 9 1989 Göy tütün, 2513 260 170 3190 parnik 10 1990 Göy tütün, 2481 242 170 689 a.məz 27.08-25.11.90 a.m 11 1991 1.1-31.12.91 Qis.öd.mə 365 1200 z 12 1991 - - 3119 540kompensasiy a 13 1992 1.1-1.04.92 Qis.öd.mə 91 170 600 z 14 1992 Göy tütün 3119 245 170 169643 15 1993 Göy tütün, 3119 309 170 413325 quru tütün.parnik 16 1994 Parnik,tərəvə 3119 306 170 92045 z, göy tütün 17 1995 Parnik,göy 3119 256 170 307312 tütün 18 1996 Parnik, göy 3119 246 170 924888 tütün, quru tütün, tərəvəz 19 1997 Parnik, göy 3119 237 170 1080855 tütün, quru tütün 20 1998 kolxozçu 3119 3 170 5486 Qeyd, 1982-1983-cü illərdə X10, 1984-1985-ci illərdə İsmayılova Rübabə, İlbabə İsəbala qızı, 1987-1998-ci ilə kimi isə İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 1963-cü il tarixli, AЗ 360536 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X7 atası X19, anası X8r. İş materiallarına əlavə edilmiş 09 aprel 1981-ci il tarixli il tarixli, İİ-ЖГ saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 arasında 09 aprel 1981-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İHB-nin Qoxmuq kındindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 683 nömrəli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Alməmmədova (Cabbarova) X1 qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İHB-nin Qoxmuq kındindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 631 nömrəli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İsmayılova X2 qeydiyyatdadır və yaşayır. X10 adlı vətəndaş Qoxmuq kəndində qeydiyyatda deyil və yaşamır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, 1 may kolxozunda işləmişdir. 1980-ci ildən bəri İlbabə xanım da onunla işləyib. İlbabə ilə 11 il bir sinifdə işləmişdir. Bir nəfər Rübabə adlı qız da var idi. Onu aralarında “Cubu” deyə çağırırdılar. Kolxozda onlarla birlikdə işləyən daha bir Rübabə adlı xanım da olmuşdur. O, yaşca onlardan kiçik olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, o, kolxozda İlbabə xanımla işləmişdir. Rübabə adlı başqa bir xanım da var idi. Həmin xanım Elşənin yoldaşıdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndində qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən imtina edilməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X27 Filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 3-48-DA-12/F/2/İ-339/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (Rübabə) İsəbala qızı Şəki rayon Qoxmuq kənd 1 May kolxozunda tütünçü işlədiyini əks etdirən arxiv arayışı verilmişdir. Həmin arxiv arayışında Ərizəçi İddiaçı adı texniki cəhətdən yanlış olaraq 1982-1983-cü illərdə X10, 1984-1985-ci illərdə İsmayılova Rübabə, İlbabə İsəbala qızı, 1987-1998-ci ilə kimi isə İddiaçı kimi qeyd edilmişdir. Lakin arxiv arayışında adı yanlış olaraq səhv yazılmış yuxarıda sadalanan şəxs İddiaçı ilə eyni şəxsdir və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X27 Filialı tərəfindən verilmiş həmin 12 aprel 2023-cü il tarixli, 3-48-DA-12/F/2/İ-339/2023 nömrəli arxiv arayışı X3 məxsusdur. İşə əlavə edilmiş etirazdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ərizəsi təqdim etmiş və iddiaçının əvvəlcədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X27 Filialına müraciət etməməsini əsas gətirərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X20 1 May Kovxozunda iddiaçı ilə bir yerdə işləmələrini əks etdirən əmək kitabçaları mövcuddur və həmin əmək kitabçalarının təsdiq edilmiş surətləri işə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, Respublika X27 filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-48-DA-12/F/2/İ- 339/2023 nömrəli arxiv arayışının İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Respublika X27 filialı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-48-DA-12/F/2/İ- 339/2023 nömrəli arxiv arayışının İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-127/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-127/2025
13.01.2025 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver