Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1272/2023 15.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1539.07 (bir min beş yüz otuz doqquz ABŞ Dolları, 07 sent) ABŞ Dolları əsas, 3563.03 (üç min beş yüz altmış üç ABŞ Dolları, 03 sent) ABŞ Dolları faiz, 5062.62 (beş min altmış iki ABŞ Dolları, 62 sent) ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 488.25 (dörd yüz səksən səkkiz ABŞ Dolları, 25 sent) faiz borcu olmaqla, cəmi 10652.97 (on min altı yüz əlli iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları borcun və iş üzrə ödənilmiş 144.33 (bir yüz qırx dörd manat, 33 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 210006702/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2956.18 (iki min doqquz yüz əlli altı ABŞ Dolları 18 sent) ABŞ Dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2016-ci il tarixədək təyin edilir. 210006702/ZM nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş bağlanmış və Zaminlər bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********722 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1Rəsul oğlunun xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 10652.97 (on min altı yüz əlli iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları təşkil edir. Bundan 1539.07 (bir min beş yüz otuz doqquz ABŞ Dolları, 07 sent) ABŞ Dolları əsas, 3563.03 (üç min beş yüz altmış üç ABŞ Dolları, 03 sent) ABŞ Dolları faiz, 5062.62 (beş min altmış iki ABŞ Dolları, 62 sent) ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 488.25 (dörd yüz səksən səkkiz ABŞ Dolları, 25 sent) ABŞ Dolları faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmirlər. İddia müddəti keçmişdir. Zaminlik müqaviləsinə xitam verilməlidir. 1 il ərzində tələb irəli sürülməli idi. Odur ki, zaminə münasibətə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin halları Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 210006702/ZM saylı zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında 30 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Ləğv Prosesində olan İddiaçı ASC qarşısında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü maddəsində zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. Ləğv Prosesində olan İddiaçı ASC-nin ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 3800 (üç min səkkiz yüz) ABŞ Dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. Ləğv Prosesində olan İddiaçı ASC-nin 16 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə 1539.07 (bir min beş yüz otuz doqquz ABŞ Dolları, yeddi sent) ABŞ Dolları əsas, 3563.03 (üç min beş yüz altmış üç ABŞ Dolları, üç sent) ABŞ Dolları faiz, 5062.62 (beş min altmış iki ABŞ Dolları, altmış iki sent) ABŞ Dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 488.25 (dörd yüz səksən səkkiz ABŞ Dolları, iyirmi beş sent) faiz borcu olmaqla, cəmi 10652.97 (on min altı yüz əlli iki ABŞ Dolları, doxsan yeddi sent) ABŞ Dolları borc manat məbləğində borc yaranmışdır. 16 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10652.76 (on min altı yüz əlli iki ABŞ Dolları, yetmiş altı sent) ABŞ Dolları məbləğində borcunu 3 gün müddətində Ləğv Prosesində olan İddiaçı ASC-nə ödəməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. 30 sentyabr 2014-cü il tarixli, 210006702/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında tam öhdəlik üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-1272/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadına əsasən iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiasına Cavabdeh1 vəfat etdiyindən xitam verilmişdir. Bundan əlavə, hazırkı iş üzrə əsas borclu ilə bərabər, verilmiş kreditin təmini üsulu kimi 30 sentyabr 2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Lakin məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərini Cavabdeh2 tələb etməsində haqlı deyildir. İşin hallarından göründüyü kimi, qeyd edilən hala münasibətdə müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 18 ay, yəni, xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir (Zaminlik müqaviləsinin 5.1.4-cü bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti xx.xx.2016cı il tarixidir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik yerinə yetirələnə qədər qüvvədədir. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 1 ildən sonra müəyyən edilən 5.1.4-cü bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək (hallardan asılı olaraq 1 il və ya 2 il) müəyyən edilir. Odur ki, Cavabdeh2 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, xx.xx.2017-ci il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminə qarşı 6 il sonra yəni 02 may 2023-cü il tarixdə iddia qaldırmışdır. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 5.1.4-cü bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddiası rədd edilməlidir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 144.33 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 144.33 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1272/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1272/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver