Məhkəmə qərarları › İş №e-2(075)-1275/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1275/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1275/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1546/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 27 sentyabr 2013-cü il təvəllüdlü X2 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün tutularaq ona ödənilən 125 manat alimentin miqdarını 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 220 manat olmaqla cəmi 2 uşağa görə 440 manat məbləğinə artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1546/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 13 oktyabr 2012-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 422 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 27 sentyabr 2013-cü il təvəllüdlü X3 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılması, 27 sentyabr 2013-cü il təvəllüdlü X2 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1546/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin оlunmuş аliment hаzırki şərаitdə uşaqlarımın həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına, habelə məktəbə gedibgəlmələri üçün, məktəb ləvazımatları, məktəblilər üçün müəyyən olunmuş vahid geyim formaları almaq üçün uşаqlarının artan tələbatlarını ödəmir. Bundan əlavə ər evindən çıxdıqdan sonra Baltalı kəndində kirayə evdə qalmaq məcburiyyətində qalmışdır ki, bununla da dolınışıq səviyyələri cavabdehin ona və övladlarına olan qərəzli münasibəti səbəbli minimuma enib. Bildirmişdir ki, cavabdeh onu uşaqları ilə birlikdə illərdir yaşadıqları evdən qovması səbəbli hal-hazırda daimi yaşayış yerləri yoxdur və kirayə pulunu isə qardaşının yardımı ilə birtəhər ödəyərək dolanır. Uşaqları körpə olduğu üçün işə düzələ bilmir. İşsizlik müvainəti almaq üçün aidiyyəti quruma müraciət edərək qeydiyyata düşsə də hələki müavinət təyin olunmayıb. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Cavabdeh uşaqların saxlanılması üçün ona alimentdən başqa heç bir yardım etmir. Birgə nikahdan olan uşaqlarının boğazında ət vardır. Bundan başqa uşaqlarda zobla bağlı səhhətlərində problem vardır. Yemək yeyən zaman uşaqların mədələrində ağrılar olur. Onun özünün də gözündə zəiflik vardır. Birgə nikahlarından olan uşaqların saxlanılmasında çətinlik çəkir. Təyin edilmiş aliment məbləği uşaqların maddi ehtiyyaclarını qarşılamır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 14 oktyabr 2013-cü il tarixli, AZ-İİİ 180308 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 sentyabr 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası X6r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 28 dekabr 2019-cu il tarixli, AZ-İV 387080 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 16 dekabr 2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası X6r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(075)-1546/2021 saylı qətnaməsindən görünür ki, X10 ilə Cavabdehnın arasında 13 oktyabr 2012-ci il tarixdə Şəki şrayon qeydiyyat şöbəsində bağlanmış 422 №-li nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 27 sentyabr 2013-cü il təvəllüdlü X3 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 anaları X5 yanında saxlanılmaları, 27 sentyabr 2013-cü il təvəllüdlü X2 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin tutularaq X7 verilməsi, aliment tutulmasının əvvəlinin 06 iyul 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 aprel 2023-cü il tarixli MŞŞ/MT018/2023-00704 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X3 və İddiaçı 25 mart 2023-cü il tarixində və 09 aprel 2023-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X4 keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(075)-1546/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 sentyabr 2013-cü il təvəllüdlü X3 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan tibbi analizlərdən və reseptlərdən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları müəəəyn xəstəliklərdən əziyət çəkdiyi üçün onların xüsusi qulluğa müalicəyə ehtiyyacları vardır. Həmin müalicəlrind həyata keçirilməsi üçün müəyyən maddi vəsait lazımdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(075)- 1546/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların müalicə və digər maddi tələbatları üçün azlıq təşkil edir. Buna görə də Şəki Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(075)-1546/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği qismən artırılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 27 sentyabr 2013-cü il təvəllüdlü X3 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 27 sentyabr 2013-cü il təvəllüdlü X3 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar