Məhkəmə qərarları › İş №e-2(075)-1294/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1294/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1294/2023 13.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cil tarixli, QK-00028-01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 4517.41 manat əsas borc, 491.04 manat faiz borcu, 164.13 manat dəbbə borcu, ümumilikdə 5172.58 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 71.73 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QK-00028- 01/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 4700 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 12 iyul 2023cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Əvvəllər Bakıda mühafizə polisində işləmişdir. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur. Maddi imkanı yaxşı olmadığından ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İş materiallarında olan iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, QK-00028-01/22A kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 4700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 4700 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-nə olan borcu 4517.41 manat əsas, 491.04 manat faiz, 164.13 manat cərimə, cəmi borc 5172.58 manat təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, QK-00028-01/22A kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 4700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı Bank "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 164.13 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də Bank "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 467-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QK-00028-01/22A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə 4517.41 (dörd min beş yüz on yeddi manat qırx bir qəpik) manat əsas, 491.04 (dörd yüz doxsan bir manat dörd qəpik) manat faiz, 50 (əlli) manat cərimə, cəmi borc 5058.45 (beş min əlli səkkiz manat qırx beş qəpik) manat borc, 71.73 (yetmiş bir manat yetmiş üç qəpik) manat dövlət rüsumu və 0.40 ) qırx qəpik) manat bank xidməti haqqı tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 164.13 manat cərimə tələbinin 114.13 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QK-00028- 01/22A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4517.41 (dörd min beş yüz on yeddi manat qırx bir qəpik) manat əsas, 491.04 (dörd yüz doxsan bir manat dörd qəpik) manat faiz, 50 (əlli) manat cərimə, cəmi borc 5058.45 (beş min əlli səkkiz manat qırx beş qəpik) manat borc, 71.73 (yetmiş bir manat yetmiş üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar