Məhkəmə qərarları › İş №e-2(075)-1295/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1295/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1295/2023 11.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə işdən çıxdıqdan sonra bir müddət işsiz qalmışdır. Cavabdeh ona Soccarda iş düzüb qoşa biləcəyini və 600 manat əmək haqqı ala biləcəyini bildirmişdir. Onunla beləcə tanışlığı yaranmışdır. Nəticədə o, ona hissə-hissə olmaqla cəmi 585 manat pul vermişdir. Daha sonralar aralarında pula görə narazılıqlar yaranmışdır. Onun pulunu cavabdeh vermədiyi üçün Binəqədi rayon polis şöbəsinə müraciət etmişdir. Həmin şöbədə onların üzləşmələri aparılmışdır. Cavabdeh ondan aldığı pulu faiz olaraq borc kimi aldığını bildirmişdir. Sonradan Polis şöbəsindən məktub gəlmişdir ki, cinayət işinin başlanmasından rədd olunub. Həmin vaxtlar onun atası Nazim Şirinov pulu ona hissə-hissə qaytarmağı öhdəsinə götürmüş və hissə-hissə olmaqla 85 manat qaytarmışdır. Sonradan atası Nazim Şirinov rəhmətə getmişdir. Bu günə kimi pulunu qaytarmamışdır. Sonuncu dəfə Qəbələ Polis şöbəsində Kamil adlı şəxsdən də pul alması faktı üzrə araşdırma aparılmışdır. Onun həmin polis şöbəsində də izahatı alınmış və ordada eyni izahatı vermişdir. O, polis şöbəsində izahat vermişdir ki, guya o borcu bağışlamışdır. Lakin bu yalandır. Cavabdeh bu günə kimi onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda onun ona 500 manat verəcəyi qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ilə Bakıda tanış olmuşlar. Ona şirniyyat sexində işlədiyini və onu işə duzətməyə köməklik göstərəcəyini bildirmişdir. Bunun üçün ondan 585 manat məbləğində pul almış, borcundan 300 manatını qaytarmışdır. Lakin sonradan yenidən ondan 200 manat istəmiş və həmin pulu ona vermişdir. Pulu almasına baxmayaraq, cavabdeh onu heç bir yerə işə düzəltməmişdir. Dəfələrlə pulu qaytaracağını bildirsə də, atası vasitəsi ilə ona 85 manat puldan başqa bugünə kimi qalan 500 manat pulu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 11 avqust 2018-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından, eləcə də Binəqədi rayon Pİ-nin 5-ci PB-nin polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Zaur Qüdrətovun qəbul etdiyi 11 avqust 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda əks olunmuş iddiaçının izahatı ilə müəyyən olunur ki, ididiaçı 585 manat pulu onu işə düzəltməsi üçün cavabdehə vermiş, həmin puldan 200 manatını qaytarmış, lakin sonradan yenidən əlaqə saxlayaraq 200 manat məbləğində pul istəmişdir. Cavabdeh aldığı puldan sonradan atası vasitəsi ilə 85 manatdan başqa heç bir ödəniş etməmiş və onun 500 manat borcu qalmaqdadır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iddaçının izahatı ilə cavabdehin iddiaçıdan ümumilikdə 500 manat pulu aldığı, lakin həmin borcu qaytarmadığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 (iki min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 (iki min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar