Məhkəmə qərarları › İş №e-2(075)-131/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-131/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-131/2024 24.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnaməüzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 saylı kredit müqaviləsi üzrə 785.10 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin vərəsəsi-Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnaməüzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlər Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 31 iyul 2014-cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. "xxxx" KB ASC-nin 29 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 3070tkSHEK/14 nömrəli kredit müqaviləsi üzrə 785.10 manat borcu vardır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyul 2016-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 07 iyul 2016-cı il tarixdə ölmüşdür. 29 iyul 2023-cü il tarixli "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 28 yanvar 2023-cü il taixli, 252 nömrəli məktubundan görünür ki, 07 iyul 2016-cı ildə vəfat etmiş X2 vərəsəsi Cavabdeh miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan daşınmaz əmlakdan ibarətdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin ona qarşı 785,10 manat borcun və 30.40 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiasını qəbul etmir. Belə ki, mərhum əri İlham Qaffarov "xxxx" KB ASC-nin Şəki Filialından 1000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və banka bu barədə məlumat verilmişdir. Həmin müddətdən 7 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı məhkəməyə müraciət etməmişdir. Mirasın onun qəbul etdiyi tarixdən belə götürülsə də iddiaçı iddia müddətini ötürmüşdür. Hazırkı mübahisə üzrə iddiaçı qanunla nəzərdə tutulan iddia müddətini buraxmışdır. İş materiallarına, iddia ərizəsinə və işin faktiki hallarına nəzər yetirəndə məlum olur ki, iddiaçı artıq hüququnun pozulduğunu xx.xx.2016-cı il tarixdən bilirdi və ya bilməli idi. Odur ki, iddiaçı "xxxx" KB ASC-nin ona qarşı 785,10 manat borcun və 30.40 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin, İlham Qaffarov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 785.10 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. İlham Qaffarov 07 iyul 2016-cı il tarixdə ölmüşdür. X4 öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum X3 məxsus daşınmaz əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum X2 ölümündən sonra ondan qalmış miras əmlakı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum X3 məxsus daşınmaz əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (785.10) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Adil Kamilovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi - Cavabdeh tələb etməkdə haqlıdır. Eyni zamanda Cavabdeh 24 sentyabr 2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlayaraq "xxxx" X6 Səhmdar Cəmiyyəti ona qarşı 785.10 (yeddi yüz səksən beş manat on qəpik manat borcun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi tələbi barədə” iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə X4 arasında 31 iyul 2014-cü il tarixdə 84 ay müddətinə, yəni 31 iyul 2021-ci il tarixədək kredit müqavilələri imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçının əsas borcluya qarşı məhkəmədə iddia qaldırmaq müddəti 31 iyul 2024-cü il tarixdə bitdiyindən hazırki iş üzrə iddia müddətini ötürməmişdir. Odur ki, ümumilikdə 785.10 (yeddi yüz səksən beş manat on qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 785.10 (yeddi yüz səksən beş manat on qəpik) manat borc və və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30.40 (otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar