Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1313/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmri çıxarılması barədə ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq MÜƏYYƏN ETDİM : Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 642 manat əsas borc və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi Kreditor MMC Borclu 642 manat əsas borc və 20 manat dövlət rüsumunun tutularaq Kreditor MMC-yə ödənilməsini xahiş etsə də, kreditor qanunvericiliklə nəzərə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etmək əvəzinə 10 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmişdir. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Kreditor MMCyə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Kreditor MMC-nin Borclu 642 manat əsas borc və 20 manat dövlət rüsumunun xeyrinə tutulması ilə bağlı məhkəmə əmrinin qəbul olunması barədə ərizəsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Kreditor MMC-yə ərizənin forma və məzmununa riayət etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1313/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1313/2021
18.06.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver