Məhkəmə qərarları › İş №e-2(075)-1313/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1313/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1313/2023 12.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2640.24 manat əsas, 15.90 manat faiz borcu olmaqla, cəmi 2656.14 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 46.56 manat məbləğində vəsaitin tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş səhvən yenidən məhkəməyə verildiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4 -cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 46.56 manat dövlət rüsumu İddiaçı QSC BOKT-nın özünə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Ödənilmiş 46.56 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı QSC BOKT -na geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar