Məhkəmə qərarları › İş №e-2(075)-132/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-132/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-132/2023 10.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı və xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1505.5 manat məbləğində əsas, 12.28 manat məbləğində faiz və 884.15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2401.93 manat məbləğində bоrcun, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1900.22 manat əsas, 8.18 manat faiz və 701.77 manat cərimə borcu olmaqla, cəmi 2610.17 manat bоrcun və 70.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2388.1 (ikimin üç yüzsəksən səkkiz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 882.6 manat ödəniş etmiş və оnun 1505.5 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 296 gün üçün hesablanmış faiz borcu 12.28 manat təşkil edir. Bundan başqa, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3246.41 (üç min iki yüz qırx altı) manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit bоrcundan 1346.19 manat ödəniş etmiş və оnun iddiaçıya 1900.22 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 175 gün üçün hesablanmış faiz borcu 8.18 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh X3 bildirdi ki, iddianı qəbul etmir. Təqdim edilmiş sənədlər qeyri-qanunidir. Hər ay ödənişlər etmişdir. Sonradan onlara zəng edib ödənişi iki hissəyə bölüb etməli olduqlarını bildirmişlər. Sentyabr ayından bəri hər ay 200 manat ödəniş etmişdir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, X3 hər ay borcundan 200 manat ödəniş edir. Ödəniş etməsinə baxmayaraq bank cərimə borcu hesablayır. İddianı qəbul etmir və məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, iddianı qəbul etmir. Onlara əvvəlcədən iki hissəyə bölüb ödəniş etməli olduqlarını bildirməmişlər. Hər ay ödəniş edirlər. Cərimə borcu çox hesablanmışdır. Məhkəmədən cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, X2 illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 3246.41 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, X2 illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 2388.10 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 X1 bank qarşısında 15 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, X3 götürdüyü 2388.10 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1900.22 manat əsas, 8.18 manat faiz və 701.77 manat cərimə borcu olmaqla, cəmi 2610.17 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1505.5 manat əsas, 12.28 manat faiz və 884.15 manat cərimə borcu olmaqla, cəmi 2401.93 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh X2 2388.10 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh X2 3246.41 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə uzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 884.15 manat məbləğində və 701.77 manat məbləğində cərimələrinin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1505.5 manat əsas, 12.28 manat faiz və 8 manat cərimə borcu olmaqla, cəmi 1525.78 manat borc və xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1900.22 manat əsas, 8.18 manat faiz və 7 manat cərimə borcu olmaqla, cəmi 1915.4 manat borc və 70.12 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 ilə İddiaçıASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1505.5 manat əsas, 12.28 manat faiz və 8 manat cərimə borcu olmaqla, cəmi 1525.78 manat borc; xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1900.22 manat əsas, 8.18 manat faiz və 7 manat cərimə borcu olmaqla, cəmi 1915.4 manat borc və 70.12 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar