Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-133/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-133/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-193/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290.17 manat əsas və 14.56 manat faiz olmaqla, cəmi 1304.73 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.45 AZN məbləğində vəsaitin vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 28 avqust 2023-cü il tarixdə, 2(075)- 133/2024 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 4929.50 manat əsas və 81.40 manat faiz olmaqla, cəmi 5010.90 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70.51 AZN məbləğində vəsaitin vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 06 oktyabr 2023-cü il tarixdə, 2(075)- 193/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddiaçı "xxxx" KB ASC ona qarşı olan iddia ərizələri üzrə 2(075)-133/2024 və 2(075)-193/2024 nömrəli mülki işlərin birləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, cavabdehin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-133/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-193/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-193/2024 nömrə ilə qeydiyyata alınsın. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-133/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-133/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver