Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1332/2022 26.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qasımov Elburus Yusif oğluna qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” fillalı ilə cavabdeh Qasımov Elburus Yusif oğlu arasında bağlanmış 01 oktyabr 2019-ci il tarixli, 122NFPK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit üzrə cəmi 4345.32 (dörd min üç yüz qırx beş manat, 32 qəpik) AZN təşkil, bundan 4239.00 (dörd min iki yüz otuz doqquz manat, 00 qəpik) AZN əsas borcu, 106,26 (bir yüz altı manat, 26 qəpik) AZN faiz borcu, 0.06 (0 manat 06 qəpik) AZN cərimə borcu və iş üzrə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat dövlət rüsumunun cavabdeh Qasımov Elburus Yusif oğlundan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” fillalı ilə cavabdeh Qasımov Elburus Yusif oğlu arasında bağlanmış 01 oktyabr 2019-ci il tarixli, 122NFPK saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4239 (dörd min iki otuz doqquz) manat məbləğində kredit verilmişdir. 19 aprel 2022-ci il tarixli, **********1140 saylı pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh Qasımov Elburus Yusif oğlunun xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4345.32 (dörd min üç yüz qırx beş manat, 32 qəpik) AZN təşkil edir. Bundan 4239.00 (dörd min iki yüz otuz doqquz manat, 00 qəpik) AZN əsas borcu, 106,26 (bir yüz altı manat, 26 qəpik) AZN faiz borcu, 0.06 (0 manat 06 qəpik) AZN cərimə borcu təşkil edir. Cavabdeh Qasımov Elburus Yusif oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onlarən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qasımov Elburus Yusif oğlu arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli 122NFPK nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında cavabdeh Qasımov Elburus Yusif oğluna 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz borcu olmaqla 4239 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Qasımov Elburus Yusif oğlu götürdüyü 4239 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qasımov Elburus Yusif oğlu arasında bağlanmış 01 oktyabr 2019cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Qasımov Elburus Yusif oğluna 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz borcu olmaqla 4239 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qasımov Elburus Yusif oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Qasımov Elburus Yusif oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Açıq Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Qasımov Elburus Yusif oğlundan tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Qasımov Elburus Yusif oğlunun arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli, 122NFPK saylı kredit müqaviləsi ləğv edilməli və cavabdeh Qasımov Elburus Yusif oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4239 AZN əsas, 106.26 AZN faiz, 0.06 AZN cərimə borcu olmaqla, cəmi 4345.32 AZN borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Qasımov Elburus Yusif oğlunun arasında bağlanmış 01 oktyabr 2019cu il tarixli, 122NFPK saylı kredit müqaviləsi ləğv edilsin. Qasımov Elburus Yusif oğlundan 4239 AZN əsas, 106.26 AZN faiz, 0.06 AZN cərimə borcu olmaqla, cəmi 4345.32 AZN borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1332/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1332/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver