Məhkəmə qərarları › İş №e-2(075)-1337/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1337/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1337/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı BOKT İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, "xxxx" MMC-nin xeyrinə 11 mart 2022-ci il tarixli CASum 143258/22 №-li kredit müqaviləsi üzrə 1000 manat məbləğində əsas borc, 603,36 manat faiz borcu, 2977,72 manat məbləğində dəbbə pulu olmaqla, ümumi 4581,08 manat məbləğində borcun və 65,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında 11 mart 2022-ci il tarixdə, CASum 143258/22 №-li kredit müqaviləsi bağlanarkən, 12 ay müddətinə, illik 60 faizlə, 1000 manat məbləğində pul vəsaiti kreditə verilmişdir. Lakin cavabdeh kredit üzrə öhdəliyi yerinə yetirmədiyinə görə, müqavilə üzrə borc öhdəlikləri yaranmışdır. Cavabdehə xəbərdarlığın göndərilməsinə baxmayaraq, tərəfindən kredit öhdəliyi yerinə yetməmişdir Nəticə olaraq cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmış, bu səbəbdən cavabdehə xəbərdarlıq göndərilmiş, müddətin keçməsinə baxmayaraq, cavabdeh xəbərdarlığa münasibət bildirməmişlər. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin bu Müqavilə ilə müəyyən olunmuş qaytarılması şərtlərini (ödəniş cədvəlini) pozduqda, əsas məbləğ üzrə gecikdirilmiş ödənişin hər gün üçün 2(iki) faiz məbləğində dəbbə pulu (cərimə) ödəməlidir. Qeyd etmək istəyirəm ki, 11 mart 2023-cü il tarixli Sum№M076/23 nömrəli maliyyə arayışına əsasən, kredit müqaviləsi bitən günə cavabdehin 1000 manat məbləğində əsas, 603,36 manat məbləğində faiz, 2977,72 manat məbləğində dəbbə ümumi 4581,08 manat məbləğində İddiaçı BOKT MMC-yə borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 11 mart 2022-ci il tarixli CASum 143258/22 №-li kredit müqaviləsi üzrə 1000 manat məbləğində əsas borc, 603,36 manat faiz borcu, 2977,72 manat məbləğində dəbbə pulu olmaqla, ümumi 4581,08 manat məbləğində borc və 65,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq BOKT İddiaçı MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11 mart 2022-ci il tarixli CASum 143258/22 №-li kredit müqaviləsi üzrə 1000 manat məbləğində əsas borc, 603,36 manat faiz borcu, 2977,72 manat məbləğində dəbbə pulu olmaqla, ümumi 4581,08 manat məbləğində borc və 65,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq BOKT İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar