Məhkəmə qərarları › İş №e-2(075)-1347/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1347/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1347/2022 15.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı, (Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2769/2017 saylı qətnaməsi ilə təyin edilən 100 manat alimentin məbləğinin artırılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 23 fevral 2014-cü il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahdan 18 may 2015-ci il tarixdə X3 adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan cavabdehin təqsiri səbəbindən ailə münasibətləri pozulmuşdur. Bildirmişdir ki, cavabdehlə ayrıldqdan sonra birgə nikahlarından olan uşağı ona göstərmədikləri üçün uşaq tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli 2(075)-409/2016 saylı qətnaməsinə əsasən birgə nikahlarından olan uşaqları onun himayəsinə verilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra çox çətinliklə də olsa İcra məmurlarının köməkliyi ilə uşağını geri almışdır. Uşağı aldıqdan sonra cavabdeh ona uşağın saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Uşağın ehtiyaclarını qarşılamaq üçün maddi imkanı olmadığı üçün Cavabdeh qarşı aliment tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2(075)-2769/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay 100 manat aliment tutularaq 18 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, hazırda yaşayış minimumu artmış və uşağa baxmaqda çətinlik çəkir. O, heç yerdə işləmir və maddi imkanı aşağıdır. Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq Mediasiya Şurasına müraciət etmişdir. Lakin mediasiya prosesində aralarında mövcud olan problem öz həllini tapmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı ilə 23 fevral 2014-cü il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahdan 18 may 2015-ci il tarixdə X3 adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Ayrıldıqdan sonra iddiaçı Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli 2(075)-409/2016 saylı qətnaməsinə əsasən birgə nikahlarından olan uşaqları 18 may 2015-ci il təvəllüdlü X3 anasının himayəsinə verilmişdir. Sonradan iddiaçı aliment tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2(075)-2769/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay 100 manat aliment tutularaq 18 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, o, iddiaçıdan ayrıldıqdan sonra ailə qurmamışdır. Maddi imkanı olduqca aşağıdır. Alimenti tam olaraq ödəyə bilmir. Onun artıq miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 dekabr 2015-ci il tarixli, AZ-İİİ 678171 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 yanvar 2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 dekabr 2015-ci il tarixli, AZ-İ 299055 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 18 yanvar 2015-ci il təvəllüdlü X2 atasının Cavabdeh hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 298 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(075)-2769/2017 nömrəli qətnaməsindən görünür ki, Şəki Rayonu Baş Göynük kəndində yaşayan Cavabdeh hər ay 100 (bir yüz) manat aliment tutularaq 18 yanvar 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki rayonu Baş Layısqı kəndində yaşayan İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 28 mart 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 fevral 2022-ci il tarixli, 2022-MŞİH-13542 nömrəli X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 11 fevral 2022-ci il tarixində, 11:00- 13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(075)-2769/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 18 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(075)-2769/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. MPM-nin 119-cu maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 18 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(075)-2769/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar