Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-135/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı «X20» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X20» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X20» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsi üzrə 404.68 manat əsas borc və 12.68 manat faiz borcu olmaqla, cəmi 417.36 manat borcun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 28 avqust 2023-cü il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiasına sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış və bununla bağlı bildiriş tərəflərə göndərilmişdir. 30 avqust 2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçı Unibank KB ASC-nin ona qarşı “pul" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(075)-2067/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «X20» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 30% ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli iddiaçının yazılı izahatından görünür ki, X1na təqdim olunan plastik kartın ilkin limiti əvvəlcə 300 AZN olmuşdur. Sonradan mərhum ödənişlər etdikcə plastik kartın limiti xx.xx.2013-cü ildə 600 AZN-a, xx.xx.2014-cü ildə isə 800 AZN-a qədər artırılmışdır. Bu, hesabdan çıxarışda da öz əksini tapır. Bunun nəticəsində də mərhum ona təqdim olunan plastik kartdan ümumilikdə 1133.86 AZN vəsait nağdlaşdırmış və ödənişlər etmişdir. Lakin cavabdeh tərəfindən edilən ödənişlər borcun tam ödənilməsi üçün kifayət olmamışdır. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh 1133.86 AZN əsas kredit borcundan 729.18 AZN ödəniş etmişdir. (1133.86 - 729.18=404.68) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Bundan başqa, məlumat üçün bildirim ki, sözügedən iş məlum Fərmanın təsir dairəsinə düşmüşdür və mərhuma hesablanan kompensasiyanın 246.44 AZN-i hamin kredit müqaviləsi üzrə borcundan silinmişdir (Palatanın çıxarışı əlavə olunub). Cavabdeh 30 avqust 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1306.1 və 1309-cu maddələrinə istinad edərək onun mərhum anası X5 iddiaçı X20 ASC-yə olan borcunu tələb edir. Qanunvericiliyin tələbindən göründüyü kimi vərəsələr ölmüş şəxsdən miras əmlak qəbul etdikdə ona düşən paya münasib şəkildə miras qoyanın borcunu ödəməyə borcludurlar. Lakin o, X1nın qanun üzrə vərəsəsi olsa da, ondan heç bir miras əmlak qalmamış və o, mərhu X4 miras qəbul etməmişdir. İddiaçı ondan 2013-cü il tarixində X1na verilmiş krediti tələb edir. X1 16 may 2014-cü ildə vəfat etmişdir. Artıq X1nın vəfatından 9 ildən də artıq müddət keçmiş və bu illər ərzində iddiaçı tərəfindən onun vərəsələrinə qarşı heç bir tələblə məhkəməyə müraciət edilməmişdir. Lakin iddiaçı ondan 13 sentyabr 2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsi üzrə 404.68 manat əsas və 12.68 manat faiz olmaqla, cəmi 417.36 manat borcu tələb edir. Hesab edir ki, iddiaçı Mülki Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürmüşdür. Göründüyü kimi 2014cü il tarixdən hazırki müddətə kimi 9 ildən də artıq müddət ötmüşdür. Həmçinin iddiaçı Unibarık KB ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 28 yanvar 2023-cü il tarixli № 252 nömrəli məktubuna istina edərək sadəcə onu mərhum anası X5 birinci dərəcəli vərəsəsi kimi təqdim etsə də, anasının birinci dərəcəli vərəsəsi sadəcə o deyildir. Belə ki, nənəsi X19 da mərhum anasının birinci dərəcəli vərəsəsidir və anası vəfat etdikdən sonra iddiaçı tərəfindən nənəsinə qarşı da hazırkı iddia tələbi ilə müraciət edə bilərdilər. Lakin göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müəddəti ötürülməkmə məhkəməyə müraciət edilmişdir. İddiaçı Unibank KB ASC-nin ona qarşı “pul" tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh 04 sentyabr 2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ondan 2013-cü il tarixində X1na verilmiş krediti tələb edir. X1 16 may 2014-cü ildə vəfat etmişdir. Artıq X1nın vəfatından 9 ildən də artıq müddət keçmiş və bu illər ərzində iddiaçı tərəfindən onun vərəsələrinə qarşı heç bir tələblə məhkəməyə müraciət edilməmişdir. Lakin iddiaçı ondan 13 sentyabr 2013cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsi üzrə 404.68 manat əsas və 12.68 manat faiz olmaqla, cəmi 417.36 manat borcu tələb edir. Buradan da göründüyü kimi iddiaçı Mülki Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürmüşdür. Göründüyü kimi 2014-cü il tarixdən hazırkı müddətə kimi 9 ildən də artıq müddət ötmüşdür. Həmçinin iddiaçı Unibank KB ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 28 yanvar 2023-cü il tarixli № 252 nömrəli məktubuna istina edərək sadəcə onu mərhum anası X5 birinci dərəcəli vərəsəsi kimi təqdim etsə də, anasının birinci dərəcəli vərəsəsi sadəcə o deyildir. Belə ki, nənəsi X19 da mərhum anasının birinci dərəcəli vərəsəsidir və anası vəfat etdikdən sonra iddiaçı tərəfindən nənəsinə qarşı da hazırkı iddia tələbi ilə müraicət edə bilərdilər. Lakin göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə də hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiaçı X20 ASC-nin ona qarşı “pul” tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh 07 noyabr 2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ondan 2013-cü ildə X1na verilmiş krediti tələb edir. X1 16 may 2014-cü ildə vəfat etmişdir. İddiaçı tərəfindən Elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş izahat və bank hesabından çıxarışdan da görünür ki, mərhum anası tərəfindən sonuncu dəfə onun vəfatından təxmini 2 ay qabaq yəni 11 mart 2014-cü il tarixdə ödəniş edilmiş və ondan sonra həmin kredit müqaviləsi üzrə heç bir ödəniş ediməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi həmin kredit müqaviləsi üzrə sonuncu ödənişin edilməsindən 9 ildən də artıq müddət keçmiş və bu illər ərzində iddiaçı tərəfindən onun vərəsələrinə qarşı heç bir tələblə məhkəməyə müraciət edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlərlə tanış olarkən ona məlum oldu ki, anasının həmin kredit borcu məlum Fərmanın təsiri dairəsinə düşmüş və mərhuma 246.44 manat kompensasiya hesablanmış və həmin kompensasiya 19 aprel 2019-cu il tarixdə mərhum anasının kredit müqaviləsi üzrə borcundan silinmişdir. Həmin silinmənin tarixindən bankın hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə taxirinədək 4 il 4 aydan da artıq müddət keçmişdir. Ona görə də hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiaçı X20 ASC-nin ona qarşı “pul” tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «X20» ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 30% ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. X2 16 may 2014-cü il tarixdə vəfat etmişdir. Buna görə də məcbur qalıb borclunun vərəsəsinə qarşı iddia qaldırmalı olmuşlar. Bildirmişdir ki, onlar mərhum borclunun vərəsələrinin müəyyən edilməsi ilə bağlı 2017-ci ilin noyabr ayında Notariat Kontoruna müraciət olunmuşdur. Lakin onlara notarius tərəfindən heç bir cavab verilməmişdir. Bu səbəbdən iddia qaldıra bilməmişlər. Onlar sonradan mərhum borclunun vərəsələrinin müəyyən olunması ilə bağlı müraciət etmişlər. Sonradan, yəni 2023-cü ildə onlara “Asan Xidmət”də fəaliyyət göstərən notarius orqanı tərəfindən cavab verilmişdir. Mülki Məcəllənin tələbləri baxımından vərəsələr məlumat verməyə borclu idi. Lakin vərəsələr tərəfindən məlumat verilmədiyindən onların məlumatı olmamışdır. Onlar anca mərhum borclunun vərəsələrini 2023-cü ildə bilmişlər. Vərəsələri bilmədikləri üçün bu vaxta kimi iddia qaldırmamışlar. Hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Göstərmişdir ki, kredit müqaviləsi X13 ilə 2013-cü ildə 36 ay müddətinə bağlanmışdır. Müqaviləyə əsasən 300 manat məbləğdə kredit xətti açılmışdır. Sonradan müqaviləyə əsasən müəyyən olunmuş limit artırılmış, 500 manat olmuşdur. Bankdan 300 manatdan artıq məbləğ çıxarılmışdır. Bu səbəbdən iddia tələbində əsas məbləğ çox tələb olunur. Müqavilə üzrə axırıncı ödəniş 2014-cü ilin aprel ayında olmuşdur. Bildirmişdir ki, onlar rəsmi qaydada vərəsənin müəyyən olunması üçün “Asan Xidmət”ə müraciət etmişlər. “Asan Xidmət”-in sorğuya cavabında nənənin vərəsə olması qeyd olunmamışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X27 Səhmdar Cəmiyyəti ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1174sSHEK/13 nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X6 36 ay müddətinə illik 36%-dək olmaq şərtilə 300 AZN məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2013-cü il tarixli 1174sSHEK/13 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X27 Səhmdar Cəmiyyətinə 404,68 manat əsas, 12,68 manat faiz olmaqla, cəmi 417,36 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X27 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh X1nın banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 29 may 2014-cü il tarixli, AZ-İ 676833 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 16 may 2014-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 216 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 noyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi X7r. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında, 0,0967 ha torpaq sahəsində yerləşən, 58.1 kv.m yaşayış sahəsi, 34.2 kv.m yardımçı sahəsi, 92.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ¼ hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında, 0.0967 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 yaşayış otaqlı, 58.1 kv.metr yaşayış sahəsindən və 34.2 kv.metr yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ¼ hissəsi X10, ¼ hissəsi X14, ¼ hissəsi X15 və ¼ hissəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 noyabr 2014-cü il tarixli, 1012 saylı arayışdan görünür ki, X13 16 may 2014-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi qızı Cavabdehdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 19 avqust 2014-cü il tarixli, 654 saylı arayışdan görünür ki, X9 şəhəri, Topqarağac məhəlləsi, F.Sadıqov küçəsi 1/14 saylı evdə yaşayır. Onun ailə tərkibi oğlu X16 və oğlu X8 ibarətdir. X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 07 oktyabr 2023-cü il tarixli, ***-**** saylı məktubundan görünür ki, X24 İmtahan və texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən X5 adına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İddiaçı «X20» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılan zaman Cavabdeh 04 sentyabr 2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə elektron ərizə ünvanlayaraq iddiaçı X20 ASC-nin ona qarşı “pul” tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, «X20» ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmiş və bununla da MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, iddiaçı «X20» ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1174sSHEK/13 nömrəli kredit xətti müqaviləsinə əsasən həmin müqavilə əsasında X6 36 ay müddətinə illik 36%-dək olmaq şərtilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə 2014-cü ilin aprel ayında son ödəniş edilmişdir. İş materialları ilə müəyyən olunur ki, X2 16 may 2014-cü il tarixdə vəfat etmişdir. 17 noyabr 2014-cü il tarixdə Cavabdeh X3nın vərəsəsi olduğu üçün borclunun bank qarşısındakı öhdəliklərinin icrası Mülki Məcəllənin tələblərinə əsasən onun vərəsələrinin üzərinə keçmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018j-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçı «X20» ASC xx.xx.2013-cü il tarixli 1174sSHEK/13 nömrəli kredit xətti müqaviləsinə əsasən yaranmış borc məbləğlərini Cavabdeh X1ndan vərəsəliyi qəbul etdiyi 17 noyabr 2014-cü il tarixdən iddia ərizəsinin elektron qaydada məhkəməyə təqdim edildiyi, yəni 28 avqust 2023-cü il tarixədək 7 ilə yaxın müddət keçmişdir. Qanunvericiliyin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç il müddətinə müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit xətti müqaviləsi üzrə yaranmış borc məbləğini tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «X20» ASC-nin Cavabdeh qarşı "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsi üzrə 404.68 manat əsas borc və 12.68 manat faiz borcu olmaqla, cəmi 417.36 manat borcun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı «X20» ASC-nin Cavabdeh qarşı "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1174sSHEK/13 saylı kredit müqaviləsi üzrə 404.68 manat əsas borc və 12.68 manat faiz borcu olmaqla, cəmi 417.36 manat borcun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-135/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-135/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver