Məhkəmə qərarları › İş №e-2(075)-1366/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1366/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1366/2025 10.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 5451,42 manat kredit borcu, 411,61 manat faiz borcu və 74,79 manat cərimə borcu olmaqla, cəmi 5937, manat borcun və 79,38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası keçirilmiş və növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 10 iyun 2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" QSC nümayəndəsinin məhkəmə hazırlıq iclasında iştirakını təmin etməmiş və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin 21may 2025-ci il tarixdə "xxxx" QSC məhkəmə elektron qaydada ərizə göndərərək, cavabdeh tərəfindən borc bağlandığından ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün iddiaçı "xxxx" QSC-nin tərəfindən ödənilmiş 79,38 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3, 114.1.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün iddiaçı "xxxx" QSC-nin tərəfindən ödənilmiş 79,38 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" QSC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar