Məhkəmə qərarları › İş №e-2(075)-1378/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1378/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1378/2024 25.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Mustafayev İsrafil Əhməd oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 23 noyabr 2018-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 432.3 (dörd yüz otuz iki manat otuz qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz olmaqla, cəmi 432.31 (dörd yüz otuz iki manat otuz bir qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Mustafayev İsrafil Əhməd oğlu arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, BPM**********24 nömrəli kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2280 manat məbləğində nəğd kredit verilmişdir. X7 Əhməd oğlu 17 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 12 dekabr 2023-cü il tarixli, 4983 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Mustafayev İsrafil Əhməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 04 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, Mustafayev İsrafil Əhməd oğlununvəfat etdiyi tarixə Banka ödənilməmiş 432.3 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 432.31 (dörd yüz otuz iki manat 31 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum Mustafayev İsrafil Əhməd oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, yoldaşı mərhum Mustafayev İsrafil Əhməd oğlu vəfat etdikdən sonra, ona bir ədəd avtomobil və torpaq sahəsi miras qalmışdır. Hal-hazırda tək gəlir yeri aldığı pensiyadır. Kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mustafayev İsrafil Əhməd oğlu arasında bağlanmış BPM**********24 nömrəli, 23 noyabr 2018-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Mustafayev İsrafil Əhməd oğlu götürdüyü 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 35 ay müddətinə qaytarmalı olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum Mustafayev İsrafil Əhməd oğlunun vərəsəsi Cavabdeh göndərdiyi ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, Mustafayev İsrafil Əhməd oğlunun vərsəsi Cavabdehdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-619 nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədər görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-Mustafayev İsrafil Əhməd oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2011-ci il tarixdə Mustafayev İsrafil Əhməd oğluna verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 80.4 kv/m olan daşınmaz əmlakdan və Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC133661 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L000026V10031600, buraxiliş ili 1996-cı il olan Opel Omega minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildənibarətdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Qurcana” məhəllə nümayəndəli tərəfindən verilmiş arayışdan görünür ki mərhum Mustafayev İsrafil Əhməd oğlunun vərəsələri yoldaşı Cavabdeh, oğlu X5, oğlu X6 və oğlu X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2020-ci il tarixli xx/xx-1584/10 nömrəli məktubdan görünür ki, “Eleketron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum Mustafayev İsrafil Əhməd oğlu tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********978 nömrəli, 24 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********153 nömrəli, 04 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********044 nömrəli, 11 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X3 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********248 nömrəli, 15 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X6 mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 80.4 kv/m olan fərdi yaşayış evi Mustafayev İsrafil Əhməd oğlunun tam mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qeydiyyat İmtahan və X11 tərəfindən təqdim etdiyi nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumatdan görünür ki, **-BN-*** dövlət nömrə nişanlı “Opel Omega” minik markalı avtomobil həbsdə, girovda və axtarışda yoxdur. Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin 13 noyabr 2013-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Omega” minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil Mustafayev İsrafil Əhməd oğlunun adınadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Mustafayev İsrafil Əhməd oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 35 ay müddətinə illik 27 faiz olmaqla 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir. Lakin, Mustafayev İsrafil Əhməd oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Mustafayev İsrafil Əhməd oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mustafayev İsrafil Əhməd oğlu öldükdən sonra onun arvadı Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – “Opel Omega” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 80.4 kv/m olan fərdi yaşayış evini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Mustafayev İsrafil Əhməd oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı – “Opel Omega” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 80.4 kv/m olan fərdi yaşayış evini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Mustafayev İsrafil Əhməd oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, 23 noyabr 2018-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 432.3 (dörd yüz otuz iki manat otuz qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 432.31 (dörd yüz otuz iki manat otuz bir qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 23 noyabr 2018-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 432.3 (dörd yüz otuz iki manat otuz qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 432.31 (dörd yüz otuz iki manat otuz bir qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar