Məhkəmə qərarları › İş №e-2(075)-1379/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1379/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1379/2024 25.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Kərimov Şöhrət Həsən oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 dekabr 2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 998.51 (doqquz yüz doxsan səkkiz manat əlli bir qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz borcu olmaqla, cəmi 998.52 (doqquz yüz doxsan səkkiz manat 52 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Kərimov Şöhrət Həsən oğlu arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində nəğd kredit verilmişdir. X4 Həsən oğlu 05 iyul 2019-cu il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 12 dekabr 2023-cü il tarixli, 4983 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Kərimov Şöhrət Həsən oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 04 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, Kərimov Şöhrət Həsən oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 998.51 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 998.52 (doqquz yüz doxsan səkkiz manat 52 qəpik) manat borcu qalmışdır. Cavabdehlər, mərhum Kərimov Şöhrət Həsən oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, yoldaşı mərhum Kərimov Şöhrət Həsən oğlu vəfat etdikdən sonra, onun adına olan kredit borcunu mütəmadi ödəyib. Lakin sonradan bank tərəfindən onlara məktub göndərilib. Qalan borcu da yaxın müddət ərzində hissə-hissə ödəyəcəyini bildirir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Kərimov Şöhrət Həsən oğlu arasında bağlanmış BPM**********04 nömrəli, 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 (iki min) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Kərimov Şöhrət Həsən oğlu götürdüyü 2000 (iki min) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 464 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum Kərimov Şöhrət Həsən oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 göndərdiyi ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, Kərimov Şöhrət Həsən oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3dur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-706 nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədər görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş-Kərimov Şöhrət Həsən oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 miras əmlakdan ¼ hissədə bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə Kərimov Şöhrət Həsən oğluna verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan fərdi yaşayış evindən və 0.017 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Dodu” məhəllə nümayəndəliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə təqdim etmək üçün verdiyi xx.xx.2021-ci il tarixli 281 nömrəli arayışdan görünür ki, mərhum Kərimov Şöhrət Həsən oğlunun vərəsələri yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh4, oğlu Cavabdeh3 və qızı X2r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli xx/xx-3590/10 nömrəli məktubdan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum Kərimov Şöhrət Həsən oğlu tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********273 nömrəli, 16 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********274 nömrəli, 16 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh4 mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********190 nömrəli, 30 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh2 mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********191 nömrəli, 30 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh3 mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********947 nömrəli, 15 iyul 2019-cu il tarixli ərizəsindən görünür ki, X3 mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan fərdi yaşayış evindən və 0.017 ha torpaq sahəsi Kərimov Şöhrət Həsən oğlunun tam mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Kərimov Şöhrət Həsən oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 2000 (iki min) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Kərimov Şöhrət Həsən oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Kərimov Şöhrət Həsən oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Kərimov Şöhrət Həsən oğlu öldükdən sonra onun vərəsələri yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh4 və oğlu Cavabdeh3 miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan fərdi yaşayış evini və 0.017 ha torpaq sahəsi vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Kərimov Şöhrət Həsən oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan fərdi yaşayış evini və 0.017 ha torpaq sahəsi miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Kərimov Şöhrət Həsən oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 10 dekabr 2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 998.51 (doqquz yüz doxsan səkkiz manat əlli bir qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 998.52 (doqquz yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 10 dekabr 2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 998.51 (doqquz yüz doxsan səkkiz manat əlli bir qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 998.52 (doqquz yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar